Yazarlar - Sumqayit.TV

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...
Bəzən bir neçə saniyəlik söhbətin içində bütöv bir millətin duyğuları, bir dövlətin özünəinamı, bir liderin diplomatik məharəti və tarixdən gələn böyük bir yaddaş gizlənir. Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında baş verən qısa dialoq bunun ən əyani təzahürü idi.
Söhbət ilk baxışda çox sadədir. Pezeşkiana İran nümayəndə heyətinin biri, stolun üstündə Azərbaycan içkiləri olsa da, Pezeşkiana “Borjomi” süzür. Pezeşkian suyu içmək istəyəndə İlham Əliyev isə səmimi şəkildə deyir:
- “Borjomi” də yaxşı sudur. Amma Azərbaycan suyundan da için.
Sonra diqqəti Azərbaycanın öz sularına yönəldir:
- “Badamlı” var, “İstisu” var. Əla “İstisu” var, özümlə gətirmişəm.
Adi bir söhbət kimi görünür. Amma deyil. Bu bir neçə cümlənin içində İlham Əliyevin dövlət başçısı kimi xarakterindən çox şey görünür.
Əvvəlcə o, “Borjomi”yə münasibət bildirir: "yaxşı sudur", - deyir. Bu kiçik detal əslində böyük diplomatik mədəniyyətin göstəricisidir. Qarşısındakı ölkənin məhsulunu, onun milli simvollarından birini kiçiltmədən öz ölkəsinin nemətini təqdim edir. Yəni Azərbaycanı göstərmək üçün başqasını kölgəyə salmağa ehtiyac duymur.
Sonra isə söhbəti Azərbaycanın özünə gətirir: “Azərbaycan suyundan da için...”
Bu cümlənin ardınca “İstisu”nun adını çəkməsi sadəcə bir mineral suyun reklamı deyil. Çünki söhbət hər hansı yerdən gələn sudan yox, Azərbaycanın tarixində xüsusi yeri olan Kəlbəcərin suyundan gedir.
Kəlbəcər...
Bu ad Azərbaycan üçün yalnız coğrafi məkan deyil. Bu ad illərlə həsrətin, ağrının, mübarizənin və nəhayət, Qələbənin yaddaşıdır. İşğal altında qalmış Kəlbəcər bu gün Azərbaycanın dövlət başçısının səyləri, rəhbərliyi və Ali Baş Komandanlığı ilə azad edilmiş torpaqlardan biridir. Və həmin torpağın qoynundan çıxan “İstisu” artıq sadəcə mineral su kimi deyil, azad edilmiş Kəlbəcərin nəfəsi kimi təqdim olunur.
İlham Əliyevin “özümlə gətirmişəm” deməsi də bu baxımdan xüsusi səslənir.
Sanki o, özü ilə yalnız su gətirməyib. Kəlbəcərdən bir parça gətirib.
İllərlə həsrəti çəkilən dağlardan, yenidən Azərbaycan bayrağının dalğalandığı torpaqlardan bir nişanə gətirib.
Bir vaxtlar işğal altında olan Kəlbəcərin suyunu bu gün beynəlxalq görüşdə İran Prezidentinin qarşısına qoymaq, əslində, Azərbaycanın keçdiyi yolun səssiz, amma son dərəcə təsirli nümayişidir.
Və bunu İlham Əliyev uzun nitqlə izah etmir.
Bir cümlə ilə göstərir:
“Əla “İstisu” var, özümlə gətirmişəm".
Bəlkə də həmin anın ən böyük gücü elə bundadır.
Çünki böyük siyasətin bəzən ən təsirli dili sadə cümlələrdir.
Amma bu dialoqun daha incə, daha düşündürücü bir tərəfi də var.
İlham Əliyev Pezeşkiana Azərbaycan suyunu təqdim edir. Azərbaycan dilində danışır. Qarşısındakı insan isə azərbaycanlıdır. Lakin o, eyni zamanda İran İslam Respublikasının Prezidentidir. Yəni beynəlxalq görüşdə öz dövlətini təmsil edən dövlət başçısıdır.
İlham Əliyev bu həssaslığı çox yaxşı bilir.
O, Pezeşkianın azərbaycanlı kimliyinə toxunur, amma onun İran Prezidenti statusunu bir an belə kölgədə qoymur. Azərbaycan dilinin doğmalığını hiss etdirir, amma bunu siyasi nümayişə çevirmir. Qarşısındakı insana öz kimliyini xatırladır, amma onu hər hansı seçim qarşısında qoymur.
Əsl diplomatik məharət də elə budur.
Yaxınlıq yaratmaq, amma həddi keçməmək!
Milli duyğunu ifadə etmək, amma qarşı tərəfi narahat vəziyyətdə qoymamaq!
Özünü göstərmək, amma başqasını kiçiltməmək!
Və sonra gözəl bir mənzərə yaranır.
Pezeşkian Azərbaycan dilində danışır.
İran Prezidentinin Azərbaycan dilində danışması həmin anı daha da mənalandırır. Çünki bu, sadəcə dil seçimi deyil. Bu, bir azərbaycanlı dövlət xadiminin öz doğma dilində, başqa bir dövlətin başçısı kimi, Azərbaycan Prezidenti ilə səmimi ünsiyyətidir.
Burada heç bir ziddiyyət yoxdur.
Əksinə, çox incə bir uyğunluq var.
Pezeşkian İran Prezidentidir və İran dövlətini təmsil edir. Eyni zamanda Azərbaycan türkü olaraq Azərbaycan dilinin doğmalığını da daşıyır. İlham Əliyev isə bu həssas məqamı elə ustalıqla yaradır ki, Pezeşkian Azərbaycan dilində danışarkən nə siyasi statusundan uzaqlaşır, nə də protokol baxımından narahat vəziyyətdə qalır.
Bu, məcbur edilən bir dil deyil.
Bu, təbii doğan bir yaxınlıqdır.
İlham Əliyev ona Azərbaycan dilində danışmağı əmr etmir, tələb etmir, xüsusi olaraq vurğulamır. Sadəcə, elə bir səmimi mühit yaradır ki, Pezeşkian özü də həmin doğma dilə keçir.
Və həmin anda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün tamamilə başqa bir mənzərə yaranır.
İki prezident.
İki dövlət.
Bir dil.
Biri müstəqil Azərbaycanın Prezidenti İlham Əliyev!
Digəri İranın Prezidenti, Azərbaycan türkü Məsud Pezeşkian!
Və hər ikisi Azərbaycan dilində danışır.
Bu, dünyanın hər yerində yaşayan azərbaycanlılar üçün təbii olaraq qürur doğuran bir mənzərədir. Çünki Azərbaycan dili yalnız Azərbaycan Respublikasının dövlət dili deyil, bu dil milyonlarla insanın ailəsindən, yaddaşından, nənəsinin-babasının danışığından, milli duyğusundan keçərək bu günə gəlib çıxan böyük mənəvi sərvətdir.
Bişkekdə həmin dil beynəlxalq diplomatiyanın yüksək səviyyəsində səslənir.
Həm də çox təbii şəkildə.
Sanki heç nə planlaşdırılmayıb.
Sanki bu, sadəcə iki insanın söhbətidir.
Amma bəzən ən böyük siyasi və mənəvi məqamlar məhz belə təbii görünür.
İlham Əliyevin davranışında diqqət çəkən başqa bir məqam da budur: o, milli qüruru diplomatik nəzakətlə birləşdirə bilir. “Borjomi”ni pisləmir. Gürcüstanın xətrinə dəymir. Əksinə, “Borjomi”nin yaxşı su olduğunu etiraf edir və yalnız bundan sonra Azərbaycanın suyunu təqdim edir.
Bu, kiçik görünən, amma böyük mədəniyyət tələb edən davranışdır. İlham Əliyevin bir neçə cümləlik söhbətdə yaratdığı diplomatik balans da məhz budur: həm Azərbaycanı göstərmək, həm Gürcüstana hörməti saxlamaq, həm də İran Prezidentinə ehtiramı qorumaq!
Bu qədər həssas məqamı bir neçə sadə cümləyə sığdırmaq isə təsadüfi bacarıq deyil.
Bu, dövlət adamının davranış mədəniyyətidir.
İlham Əliyev Azərbaycanın Prezidentidir. Onun üçün Azərbaycanı dünyaya tanıtmaq böyük siyasi missiyanın bir hissəsidir. Lakin bu tanıtım yalnız rəsmi çıxışlarda, beynəlxalq tribunalarda, böyük layihələrdə və siyasi bəyanatlarda baş vermir. Ən xırda, ən kiçik nüanslarda əyaniləşir. Bişkekdə gerçəkləşən dialoq məhz belə bir məqam idi. İki dövlət başçısı arasında insani və milli-mədəni bir yaxınlıq yarandı.
Və o yaxınlığın dili Azərbaycan dili oldu!

Elnarə Akimova,

Milli Məclisin deputatı,

YAP İdarə Heyətinin üzvü,

Filologiya elmləri doktoru

Artıq Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz
Son günlər Rusiyanın bir sıra media və informasiya platformalarında Azərbaycana, Azərbaycan xalqına və ölkə rəhbərliyinə qarşı müşahidə olunan aqressiv ritorika artıq adi media polemikası çərçivəsindən çıxıb. Təhqir, təhdid, fiziki zorakılığa çağırış və Azərbaycanın daxili siyasi proseslərinə müdaxilə cəhdlərini ehtiva edən bu kampaniya mahiyyət etibarilə informasiya müstəvisində təzyiq göstərmək cəhdidir. Bunun jurnalistika ilə heç bir əlaqəsi yoxdur. Jurnalistikanın vəzifəsi həqiqəti araşdırmaq, sual vermək, fərqli mövqeləri təqdim etməkdir. Bir xalqı və onun seçdiyi siyasi rəhbərliyi hədəfə almaq, zorakılığa çağırış səsləndirmək isə artıq tamam başqa məqsədlərə xidmət edir.
Məsələnin diqqətçəkən tərəfi budur ki, bütün bunlar Azərbaycan-Rusiya münasibətlərinin normallaşması və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi barədə siyasi səviyyədə səsləndirilən fikirlərin fonunda baş verir. Yəni bir tərəfdən dövlətlərarası münasibətlərdə əməkdaşlıqdan, digər tərəfdən isə Rusiyanın müəyyən media platformalarında Azərbaycana qarşı görünməmiş aqressivlikdən danışılır. Bu ziddiyyət istər-istəməz sual yaradır: Azərbaycan öz müstəqil siyasətini daha qətiyyətlə həyata keçirdikcə, bundan narahat olan qüvvələr niyə informasiya hücumlarını intensivləşdirirlər?
Cavab əslində aydındır. Azərbaycan artıq kiminsə regional təsir dairəsində hərəkət edən, qərarlarını başqalarının münasibətinə uyğunlaşdıran ölkə deyil. Azərbaycan öz milli maraqlarını əsas götürən, müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər quran və xarici siyasətinin istiqamətini özü müəyyən edən dövlətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas xüsusiyyətlərindən biri də məhz budur: Azərbaycan heç bir tərəfə qarşı düşmənçilik siyasəti aparmır, amma heç bir tərəfin də Azərbaycanın müstəqil qərarvermə hüququna müdaxiləsinə imkan vermir.
Bu, bəzi dairələri narahat edə bilər. Çünki güclənən Azərbaycan əvvəlki geosiyasi təsəvvürlərə sığmır. Azərbaycan Vətən müharibəsində öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yalnız tarixi ədaləti təmin etmədi, eyni zamanda Cənubi Qafqazda yeni siyasi reallıq yaratdı. Ardınca ölkənin nəqliyyat, enerji və diplomatik imkanlarının genişlənməsi, Türk dövlətləri ilə əlaqələrin dərinləşməsi, Avropa ilə strateji tərəfdaşlığın inkişafı və regional kommunikasiya layihələrində Azərbaycanın əsas təşəbbüskar mövqeyə yüksəlməsi ölkəmizin geosiyasi çəkisini daha da artırdı.
Bu gün Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında mühüm bağlantı məkanlarından biridir. Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Orta Dəhliz, Zəngəzur istiqamətində formalaşan yeni nəqliyyat perspektivləri Azərbaycanın yalnız regional deyil, daha geniş coğrafiyada əhəmiyyətini artırır. Azərbaycan həm enerji, həm nəqliyyat, həm də siyasi dialoq baxımından artıq hesablaşılmalı ölkəyə çevrilib. Belə bir Azərbaycanın müstəqil siyasət yürütməsi isə təbii ki, əvvəlki təsir mexanizmlərinin işləməsini arzulayan bəzi çevrələr üçün narahatlıq doğurur.
Amma burada mühüm bir həqiqəti xüsusi vurğulamaq lazımdır: informasiya hücumu Azərbaycanın siyasi iradəsini dəyişmək gücündə deyil. Əksinə, təhdid dili və təhqiramiz ritorika cəmiyyətin bu cür təzyiqlərə qarşı daha da səfərbər olmasına gətirib çıxarır. Azərbaycan xalqı artıq belə kampaniyaların mahiyyətini yaxşı anlayır. Xüsusilə Vətən müharibəsi və ondan sonrakı dövrdə xalqımız dəfələrlə gördü ki, Azərbaycanın haqq mövqeyinə qarşı müxtəlif təzyiq və manipulyasiya cəhdləri nə qədər çox olsa da, dövlət öz yolundan dönmədi.
Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ hansısa ölkənin mediasında nə yazılması deyil, dövlətimizin öz milli maraqlarını necə müdafiə etməsidir. Dövlətin gücü həm də burada üzə çıxır: təxribat qarşısında emosional qərarlar verməmək, amma milli ləyaqətə, suverenliyə və dövlətçilik prinsiplərinə toxunan məsələlərdə qəti mövqe nümayiş etdirmək. Azərbaycan məhz bu balansı qorumağı bacarır.
Mən xüsusilə hesab edirəm ki, Rusiyanın müəyyən media qurumlarında Azərbaycan əleyhinə aparılan kampaniyanı bütövlükdə Rusiya xalqının mövqeyi kimi təqdim etmək doğru olmaz. Azərbaycanla Rusiya arasında tarixi, humanitar və iqtisadi əlaqələr var. Bu əlaqələrin dəyərini ayrı-ayrı media platformalarının məsuliyyətsiz çıxışları müəyyən edə bilməz. Azərbaycan xalqının Rusiya xalqına münasibəti ilə müəyyən siyasi və informasiya dairələrinin Azərbaycana qarşı mövqeyini eyniləşdirmək düzgün deyil. Söhbət iki xalqdan deyil, konkret olaraq Azərbaycana qarşı təhdid və təhqir ritorikasından gedir.
Daha mühüm məqam isə odur ki, bu kampaniya Azərbaycanın dövlət siyasətinə təsir göstərməyəcək. Çünki bu gün Azərbaycan öz xarici siyasətinin nəticələrini real uğurlarla nümayiş etdirir. Ölkəmizin beynəlxalq münasibətlər sistemində çəkisi artır, Azərbaycan müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıqlar qurur, Türk dünyasında aparıcı mövqeyini möhkəmləndirir, Avropa ilə enerji və nəqliyyat əməkdaşlığını genişləndirir, regionda sülh gündəliyinin formalaşmasında fəal rol oynayır. Bu siyasətin əsas dayağı isə Azərbaycanın öz gücünə və imkanlarına arxalanmasıdır.
Bütün bunların arxasında Prezident İlham Əliyevin ardıcıl və uzaqgörən liderliyi dayanır. Onun həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə qəbul olunma miqyasını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Prezident İlham Əliyev yalnız Azərbaycanın siyasi lideri kimi deyil, mürəkkəb geosiyasi proseslərdə mövqeyi nəzərə alınan, regional proseslərə təsir imkanları olan lider kimi qəbul edilir. Azərbaycanın uğurlu xarici siyasəti bunun ən mühüm göstəricilərindəndir.
Xalqın öz liderinə inamı da məhz bu nəticələrdən qidalanır. Vətən müharibəsində qazanılan Zəfər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, işğaldan azad edilmiş ərazilərdə aparılan nəhəng quruculuq işləri və Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi dövlət siyasətinin cəmiyyət tərəfindən dəstəklənməsinin əsas səbəblərindəndir. Xalq gördü ki, qarşıya qoyulan məqsədlər sadəcə siyasi bəyanat olaraq qalmır, ardıcıl şəkildə reallığa çevrilir.
Ona görə də bu gün Azərbaycana qarşı səsləndirilən təhdidlər əslində başqa bir həqiqəti də göstərir: Azərbaycan artıq əvvəlki Azərbaycan deyil. Öz gücünə güvənən, müstəqil qərar verən və regional proseslərin istiqamətini müəyyənləşdirən Azərbaycanla təzyiq dili ilə danışmaq mümkün deyil.
Azərbaycanın cavabı da məhz bu olmalıdır: təmkin, prinsipiallıq, dövlətçilik iradəsi və öz yolundan dönməmək. Çünki müstəqillik yalnız bayraq, himn və sərhəd deyil; müstəqillik həm də heç bir təzyiq qarşısında milli iradəni itirməməkdir. Bu gün həmin iradəni nümayiş etdiririk. Dövlətimizin yüksəlişindən narahat olanlar nə qədər informasiya səs-küyü yaratsalar da, tarix artıq öz sözünü deyib: Azərbaycan öz yolunu özü seçir və bu yoldan geri dönmək niyyətində deyil.

Elnarə Akimova

Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Sumqayıtda zibil qutuları niyə azalıb? – Sakinləri düşündürən məsələ-FOTO
Son zamanlar Sumqayıtda küçədə gəzəndə müşahidə edirəm ki, zibil yeşikləri elə bil çox azalıb. Ən azı gözə az dəyir. Həm də əlindəki zibili atmaq istəyəndə zibil yeşiklərinin azlığı faktı qabarıq üzə çıxır.
Bir müddət əvvəl elə bil çox idi. Hətta şəhərdə daşdan da düzəldilmiş zibil yeşiklərinə rast gəlirdim. Bu problem barədə ətrafımdan da çox adam mənə müraciət edib.
Məsələn, bizim 13-cü mikrorayonun yaxınlığındakı Üzeyir Hacıbəyovun adını daşıyan parkda, 4-cü mikrorayonla 45-ci məhəllənin, 2-ci mikrorayonla 40-cı məhəllənin arasındakı xiyabanlarda zibil yeşikləri yoxdur. Başqa başa düşmədiyim yerlərdə də ya yoxdur, ya da çox azdır.
Düzdür, bir çox yerlərdə də var, hətta çoxdur. Məsələn, Heydər Əliyev Parkında.
İndi bilmirəm, hər cür möhkəm materialdan olan zibil qutularını nə edirlər?! Oğurlayırlar, sındırırlar, “yeyirlər”, yoxsa keyfiyyətsizdir deyə sıradan çıxırlar? Axır ki, çox vaxt əlində zibil gəzdirirsən, atmağa yer tapmırsan. Düzdür, insafən, bir çox xiyabanlarda, parklarda zibil yeşikləri kifayət qədərdir.
Bəzən elə olur ki, su içirsən, nəsə yeyirsən, plastik butulkanı, zibili atmağa zibil yeşiyi tapmırsan, axırda evə gəlib evdəki zibil qabına atırsan. Təbii ki, bunu cərimədən qorxub və ya qınağa görə etmirəm, sadəcə elementar olaraq vicdanım buna yol vermir ki, zibili yerə atım.
Halbuki, bir də görürsən, kimsə ağıllı adama oxşayır, yanında gedir, zibili vicdan əzabı çəkmədən rahatca yerə atır. Və ya çox vaxt müşahidə edirsən ki, siqareti çəkib, nəyisə içib dəmir qutusunu maşından çölə atırlar. Bulvarda gəzirsən, görürsən, yaşlı qadındır, rahatca tumu çırtlayıb qabığını, paketi yerə atır. Bu da insanın mədəniyyətinin göstəricisidir. Bunun üçün imkanlı və ya kasıb, məmur və ya sadə vətəndaş olmağın heç bir fərqi yoxdur.
Bu şəhərdə heç bir obyektim olmasa da, bu şəhər mənim şəhərimdir, ümumi evimizdir. Evimi niyə zibilləməliyəm ki? İnsan öz yaşadığı evdə zibili döşəməyə atmırsa, niyə şəhəri öz evindən ayrı hesab etməlidir?
Bir çox insanlar məsuliyyətsizcəsinə yediyini-içdiyini yerə atır. Əlbəttə, şükür Allaha, hamı belə deyil. Mən nə qədər adam tanıyıram ki, zibili cibində gəzdirir, ta ki zibil qutusu tapana qədər.
Amma bir var zibil qutusu ola-ola atmayasan, bir də var tapa bilmirsən.
Ən azından düşünmək lazımdır ki, sonra həmin zibili əziyyət çəkib analarımız, bacılarımız olan süpürgəçilər əlavə əziyyət çəkib yığışdırırlar. Hansılar ki, 400-500, bəlkə də daha az pul alırlar.
Normal insan niyə qarğış yiyəsi olmalıdır ki?!

Bu, həm də insana ailədə verilən tərbiyə məsələsidir. Əlbəttə, demək olar ki, bu xırda məsələdir və şəhərdə nə qədər böyük problemlər var.
Bir tərəfdən razıyam, amma hər şey xırdadan başlayır və antisanitariya, şəhərin görünüşü heç də xırda məsələ deyil.
Adicə bir turist də çaşıb Sumqayıta gələndə birinci baxdığı, gözə çarpan şeylərdən biri onun təmizliyidir.
Ara-sıra bu problem işıqlandırılır və şikayət ediləndə ora-bura zibil yeşikləri qoyulur. Amma məsələyə kompleks yanaşılmalıdır.
Mütləq deyil ki, kimsə yazsın, nəsə edilsin. Aidiyyəti qurumlar da özləri mütəmadi nəzarət etməli, tədbir görməlidirlər.
Üstəlik, qutuların sadəcə qoyulması kifayət deyil. Onlar vaxtında boşaldılmalı, zədələndikdə təmir edilməli və ya yenisi ilə əvəzlənməlidir.
Küçədə çoxu zibilini obyektlərin, supermarketlərin zibil qablarına atmağa məcbur olur.
Sumqayıt kimi böyük şəhər üçün zibil yeşiklərinin sayı azdır.
Bundan başqa, əksəriyyəti kiçiktutumlu zibil qutuları ilə bərabər, böyüktutumlu zibil qutuları da olmalıdır. Ən əsası da, bütün sivil ölkələrdə olduğu kimi, zibil yeşikləri çeşidli tullantılar üçün nəzərdə tutulmalıdır.
Şəhər də təkcə muzeyləri, tarixi abidələri və göydələnləri ilə tanınmır.
Mədəniyyət bəzən ən kiçik görünən detallarda özünü büruzə verir. Bu detalların ən sadələrindən biri isə zibil yeşiyidir.
Yaponiya küçələrinin təmizliyi ilə dünyada nümunə göstərilən ölkələrdən biridir. Maraqlıdır ki, burada küçələrdə zibil qutuları çox azdır. İnsanlar tullantılarını özləri ilə evə aparmağa üstünlük verirlər.
Yapon məktəblərində şagirdlər hər gün sinif otaqlarını, dəhlizləri və hətta tualetləri özləri təmizləyirlər. Bu ənənə uşaqlara kiçik yaşlarından məsuliyyət, ictimai əmlaka hörmət və ətraf mühitə qayğı hissi aşılayır.
Yeri gəlmişkən, Azərbaycanda küçəyə, parka və digər ictimai yerlərə məişət tullantıları atmağa görə fiziki şəxslər üçün 100 manatdan başlayan inzibati cərimə nəzərdə tutulur.
Sinqapurda, məsələn, ilk pozuntuya görə təxminən 300–2 000 Sinqapur dolları, təkrar hallarda isə 4 000–10 000 Sinqapur dollarına qədər cərimə və ictimai təmizlik tətbiq oluna bilər.
Amma bu ölkələrin təcrübəsi göstərir ki, zibil problemini yalnız cərimələrlə həll etmək mümkün deyil. Maarifləndirmə, rahat infrastruktur və insanları həvəsləndirən depozit sistemi birlikdə tətbiq olunduqda nəticə daha uğurlu olur.

Müəllif: İmran Kərimli

Sumqayıtda sərnişindaşıma problemləri: Köhnə sistem yeni şəhərin tələblərinə cavab verirmi?
Sumqayıtda sərnişindaşıma sistemi uzun illərdir ki, müxtəlif problemlərlə müşayiət olunur. Şəhərdə fəaliyyət göstərən marşrut xətlərinin əhəmiyyətli hissəsi hələ mikroavtobus – "marşrutka" dövründən miras qalıb. Eyni zamanda, bəzi marşrutların istiqamətləri sovet dövründə formalaşmış nəqliyyat sxeminə əsaslanır. Son illərdə yeni marşrut xətlərinin açılması və müəyyən dəyişikliklərin aparılması müsbət addım olsa da, şəhərin sürətlə böyüyən ehtiyacları fonunda bu tədbirlərin kifayət etmədiyi görünür.

Məlumdur ki, mikroavtobus əsaslı sərnişindaşıma sistemi daha çox kommersiya maraqları üzərində qurulub. Belə modeldə əsas məqsəd mümkün qədər çox sərnişin daşımaq və gəlir əldə etməkdir. Nəticədə marşrutlar əsasən sərnişin axınının çox olduğu küçələrə yönəlir, tələbatın aşağı olduğu ərazilər isə diqqətdən kənarda qalır. Bu yanaşmanın təsirləri bu gün də Sumqayıtda hiss olunur.

Vaxtilə şəhərin əsas ticarət və sosial mərkəzi Mərkəzi bazar ətrafı olduğundan, avtobus marşrutlarının böyük hissəsi Sülh küçəsi və Nərimanov küçəsi istiqamətindən keçəcək şəkildə qurulmuşdu. Lakin son illərdə şəhərdə yeni yaşayış massivləri salınıb, iri ticarət və xidmət obyektləri müxtəlif mikrorayonlarda fəaliyyətə başlayıb. Əhalinin hərəkət istiqamətləri dəyişsə də, marşrut şəbəkəsi böyük ölçüdə əvvəlki vəziyyətdə qalıb.

Bu gün Sumqayıtda elə küçələr və yaşayış sahələri var ki, oradan ümumiyyətlə ictimai nəqliyyat keçmir. Digər tərəfdən, bəzi istiqamətlərdə eyni marşrutların təkrarlanması müşahidə olunur. Nəticədə həm sərnişinlər əlavə vaxt itirir, həm də şəhərin müəyyən hissələrində nəqliyyat sıxlığı artır.

Mövcud vəziyyətdən çıxış yolu marşrut şəbəkəsinin elmi əsaslarla optimallaşdırılmasından keçir. Bunun üçün ilk növbədə sərnişin axınları təhlil edilməli, insanların daha çox hansı dayanacaqlardan istifadə etdiyi müəyyənləşdirilməlidir. Həddindən artıq uzun marşrut xətlərinin bölünməsi gecikmələrin qarşısını ala bilər. Pik saatlarda – səhər və axşam vaxtlarında avtobus sayının artırılması da vacib məsələlərdən biridir.

Şəhərdə avtobus parkının yenilənməsi də aktual problemlərdəndir. Bir çox marşrutlarda istismar müddəti faktiki olaraq başa çatmış nəqliyyat vasitələri istifadə olunur. Halbuki dünyanın əksər ölkələrində şəhərdaxili avtobusların istismar müddəti adətən 8-10 ildən artıq olmur. Məsələn, Bulvar istiqamətində fəaliyyət göstərən 6 nömrəli marşrut xəttində işləyən bəzi "Karsan" markalı mikroavtobusların texniki vəziyyəti uzun müddətdir sərnişinlərin narazılığına səbəb olur. Bu marşrutda daha tutumlu və müasir avtobusların istifadəsi artıq zərurətə çevrilib.

Digər ciddi problem isə axşam saatlarında ictimai nəqliyyatın çatışmazlığıdır. Saat 20:00-dan sonra şəhərin əksər istiqamətlərində avtobus tapmaq çətinləşir. Yalnız şəhərin "metrosu" adlandırılan 7 nömrəli marşrut gecə saatlarına qədər fəaliyyətini davam etdirir. Müasir şəhər üçün bu vəziyyət normal hesab oluna bilməz.

Müsbət məqamlardan biri isə odur ki, son dövrlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən müntəzəm marşrutlar üzrə sərnişindaşıma hüququna dair müsabiqələr keçirilir. Bu proses artıq Sumqayıtı da əhatə edib. Belə ki, 15 nömrəli (Çerkassi küçəsi – Sultan Məcid Qənizadə küçəsi) və 20 nömrəli (Kamal Axundov küçəsi – Fərman Cəfərov küçəsi) şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılıb. Gözlənilir ki, müsabiqədən sonra həmin xətlərdə avtobus parkı yenilənəcək və xidmət keyfiyyəti yüksələcək.

Şübhəsiz ki, Sumqayıtda sərnişindaşıma sahəsində müəyyən dəyişikliklər artıq başlayıb. Lakin şəhərin sürətlə böyüməsi və əhalinin artan tələbatı fonunda bu prosesin daha sürətli və sistemli aparılmasına ehtiyac var.

Sumqayıt sakinləri rahat, təhlükəsiz və müasir ictimai nəqliyyat sistemi istəyirlər. Ümid edək ki, yaxın illərdə şəhərimizin nəqliyyat xəritəsi də onun inkişaf tempinə uyğun şəkildə yenilənəcək.

Müəllif: Cabir Sultanov

Güclü dövlət, milli birlik və dəyişən dünyanın Azərbaycan həqiqətləri
Şuşa bu gün artıq regionun və dünyanın diqqətlə izlədiyi siyasi fikir, diplomatik dialoq və qlobal media məkanına çevrilib. IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı da bunun növbəti təsdiqi oldu. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən forumda dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın yeni geosiyasi reallıqlara baxışını, milli maraqlarını, regional liderlik mövqeyini və gələcəyə hesablanmış dövlət strategiyasını özündə ehtiva edən siyasi manifest idi.
Dövlətimizin başçısı bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq hadisələri izləyən deyil, onların istiqamətini müəyyənləşdirən dövlətdir. Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması Cənubi Qafqazda onilliklər boyu mövcud olmuş status-kvonu tarixə çevirdi. Bu gün regionun siyasi xəritəsini müəyyən edən əsas amil beynəlxalq hüquqa söykənən Azərbaycan reallığıdır.
Cənab Prezidentin forumda səsləndirdiyi "Biz Cənubi Qafqazda davamlı sülhün tərəfdarıyıq və hesab edirik ki, bunun alternativi yoxdur" fikri Azərbaycanın dəyişməz siyasi kursunun mahiyyətini əks etdirir. Azərbaycan müharibəni başa çatdıran, indi isə sülh müqaviləsinin imzalanması üçün təşəbbüs göstərən tərəfdir. Rəsmi Bakı kommunikasiyaların açılmasını, iqtisadi əməkdaşlığı və regionun təhlükəsizlik məkanına çevrilməsini dəstəkləyir. Lakin bu sülh yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa əməl edilməsi və yeni reallıqların qəbul olunması üzərində qurula bilər. Ermənistanın revanşist yanaşmalardan imtina etməsi regionun gələcəyi üçün ən vacib şərtlərdən biridir.
Forumun ən diqqətçəkən məqamlarından biri Prezidentin qlobal geosiyasi proseslərlə bağlı səsləndirdiyi fikirlər oldu. Dövlətimizin başçısı açıq şəkildə bildirdi ki, dünya sürətlə dəyişir, yeni təhdidlər və yeni çağırışlar meydana çıxır. Onun "Azərbaycana qarşı olan qüvvələr heç vaxt öz niyyətlərindən əl çəkməyəcəklər" fikri təsadüfi deyil. Son otuz ilin siyasi tarixi göstərdi ki, ölkəmiz müxtəlif təzyiqlərlə, ikili standartlarla, informasiya hücumları ilə dəfələrlə üzləşib. Lakin milli həmrəylik, güclü dövlət idarəçiliyi və qətiyyətli siyasi iradə bütün bu sınaqlardan Azərbaycanı daha da güclü çıxarıb.
Ölkə başçımızın çıxışında xüsusi yer tutan məqamlardan biri də milli təhlükəsizlik məsələsi idi. Onun dediyi kimi, hüquqlarımızın, milli kimliyimizin və dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizə heç vaxt dayanmamalıdır. Bu fikir müasir dövrdə dövlətçilik fəlsəfəsinin əsas istiqamətlərindən birini müəyyənləşdirir. Çünki XXI əsrdə təhlükələr yalnız hərbi müstəvidə deyil, siyasi, iqtisadi, informasiya və ideoloji sahələrdə də meydana çıxır.
Prezident İlham Əliyevin forumda səsləndirdiyi daha bir mühüm fikir Azərbaycanın qarşılaşdığı geosiyasi risklərlə bağlı idi:
"Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir. Keçmişdə də belə olmuşdur. Keçmişdə bu, siyasi xarakter daşıyırdı. Biz bunun öhdəsindən uğurla gəldik. Bu gün isə bu avantüralar daha ciddi və təhdidedici xarakter daşıyır. Ona görə də özümüzü müdafiə etməyə, konsolidasiya edilmiş müəyyən dairələrlə mübarizə aparmağa öyrəşmişik."
Bu sözlər təkcə xəbərdarlıq deyil, həm də Azərbaycanın milli maraqlarını qorumaq əzmindən irəli gələn siyasi mövqedir. Son illərin hadisələri sübut etdi ki, ölkəmizə qarşı aparılan siyasi, diplomatik və informasiya təzyiqləri Azərbaycanın strateji kursunu dəyişə bilməyib.
Möhtərəm cənab Prezidentin çıxışında Zəngəzur dəhlizinə xüsusi yer ayırması da təsadüfi deyildi. Bu layihə təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək nəqliyyat marşrutu deyil. Zəngəzur dəhlizi Türk dünyasını vahid nəqliyyat və iqtisadi məkan ətrafında birləşdirən, Orta Dəhlizin imkanlarını genişləndirən və Avrasiya logistikasının yeni xəritəsini formalaşdıran strateji layihədir. Bu dəhliz regionda iqtisadi inteqrasiyanı gücləndirəcək, ticarət dövriyyəsini artıracaq və Cənubi Qafqazın geosiyasi əhəmiyyətini daha da yüksəldəcək. Azərbaycanın bu layihəyə yanaşması aydındır: əməkdaşlıq, qarşılıqlı fayda və regional inkişaf.
Forumda səslənən fikirlər Azərbaycanın xarici siyasət kursunun ardıcıllığını da nümayiş etdirdi. Prezident dost və qardaş ölkələrlə münasibətlərin ölkəmizin xarici siyasətinin əsas sütunlarından biri olduğunu vurğuladı. Türkiyə ilə müttəfiqlik münasibətləri artıq regional təhlükəsizlik modelinə çevrilib. "Bir millət, iki dövlət" prinsipi bu gün konkret siyasi, iqtisadi və hərbi əməkdaşlıqla möhkəmlənir. Pakistan, Mərkəzi Asiya dövlətləri və digər strateji tərəfdaşlarla əlaqələrin genişlənməsi Azərbaycanın beynəlxalq nüfuzunun davamlı şəkildə artdığını göstərir.
Dövlət başçısı ABŞ Prezidenti Donald Trampla münasibətlərə də toxunaraq praqmatik dialoqun və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın vacibliyini qeyd etdi. Bu, Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipini bir daha ortaya qoyur: ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır, lakin milli maraqlar heç vaxt müzakirə predmeti ola bilməz.
Forumdakı çıxışda informasiya təhlükəsizliyi də xüsusi yer tutdu. Qarabağ müharibəsi göstərdi ki, müasir dövrdə qələbə yalnız döyüş meydanında qazanılmır. İnformasiya məkanında həqiqətin müdafiəsi də milli maraqların qorunmasının mühüm tərkib hissəsidir. Uzun illər ərzində Qarabağ həqiqətlərinin təhrif edilməsinə qarşı aparılan mübarizə nəticəsində bu gün beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyini daha obyektiv qiymətləndirir. Məhz buna görə Şuşada media forumunun keçirilməsi dərin rəmzi məna daşıyır. Bir vaxtlar işğalın simvoluna çevrilmiş şəhər bu gün həqiqətin danışıldığı beynəlxalq tribunadır.
Prezident İlham Əliyevin çıxışında səslənən "Azərbaycan öz sözünün sahibidir. Biz nə demişiksə, onu da etmişik" fikri son illərin siyasi tarixinin ən dəqiq xülasəsidir. Azərbaycan həm ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, həm də işğaldan azad olunmuş torpaqlarda görünməmiş quruculuq prosesinə başladı. Qarabağ və Şərqi Zəngəzurda salınan müasir şəhərlər və kəndlər, beynəlxalq hava limanları, avtomobil və dəmir yolları, enerji layihələri, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri Zəfərin inkişaf strategiyasına çevrildiyini bütün dünyaya nümayiş etdirir.
Şuşadan səslənən bu çıxış bir daha göstərdi ki, Azərbaycan bu gün öz taleyini özü müəyyən edən, milli maraqlarını qətiyyətlə qoruyan, dostları ilə etibarlı tərəfdaşlıq münasibətləri quran və regionun gələcəyini müəyyənləşdirən aparıcı dövlətdir. Qalib Azərbaycan revanşizmə deyil, sülhə üstünlük verir, qarşıdurmaya deyil, əməkdaşlığa çağırır. Ancaq eyni zamanda hər kəsə aydın mesaj verir: dövlətimizin suverenliyi, milli ləyaqəti və müstəqilliyi heç vaxt güzəşt mövzusu olmayacaq.
IV Şuşa Qlobal Media Forumu yalnız media nümayəndələrinin toplantısı deyil, yeni dövrün siyasi və ideoloji çağırışlarının müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü. Şuşadan dünyaya ünvanlanan mesaj isə birmənalıdır: güclü dövlət, milli birlik, obyektiv informasiya, etibarlı tərəfdaşlıq və qətiyyətli siyasi iradə Azərbaycanın bugünkü uğurlarının da, sabahkı inkişafının da əsas təminatıdır.

Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

Qara Kölgə – Arif Ərşadın hekayəsi
Professor Mədət Həsənbəyli işdən evə qayıdanda şəhər artıq gecənin qaranlığına
bürünmüşdü. O, soyuq payız küləyinin qulağına pıçıldadığı xışıltıya diqqət kəsilə-kəsilə
addımlayırdı. Ayaqları onu evə aparsa da, ürəyi hər addımda geri çəkilirdi. Şəhərin boş
küçələrində yol boyu sıra ilə düzülmüş yaraşıqlı dirəklərdən sallanan lampaların titrək
işıqları sanki yolunu kəsir, pıçıltı ilə ona “tələsmə” deyirdi. Binaların pəncərələrindən
süzülən zəif işıqlar isə professora öz evindəki sükutun ağır nəfəsini xatırladırdı.
Əvvəlki illərdən fərqli olaraq o, işdən çıxandan sonra evə getməyə heç də tələsmirdi.
Yeridikcə öz-özünə pıçıldayırdı; Allah pis övladın üzünü qara eləsin!
Gözünün ağı-qarası olan yeganə oğlu nəinki evə getmək , hətta onun yaşamaq
həvəsini öldürmüşdü. Bu səbəbdən səhərə kimi şəhərin küçələrində dolaşmaq, yorulanda
isə parklardakı qara rəngli oturacaqların birində əyləşib dincini almaq keçirdi könlündən.
Hətta qınayan olmasaydı elə bu oturacaqlarda uzanıb səhərə kimi yatardı. Ən azından
burada əsəbləri sakit olar, stress yaşamazdı.
Professorun evinin nizamı çoxdan pozulmuşdu və bu məsələdə ən böyük günahkar
özünü sayır, harada və nə zaman zəflik göstərdiyini özlüyündə araşdırırdı. Ailəsindəki
sakitlik ilk baxışda rahat görünürdü, amma bu sakitlik gərginlikdən doğulan, nəfəsi
tutulmuş bir sükuta bənzəyirdi.
Leyla universitetdən gələndən kitablarla dolu olan otaqda əyləşib ingilis dilindən
etdiyi tərcümələr üzərində çalışırdı. O, məqalənin hər sözünü, hər cümləsini dəqiqliklə
seçir, mənasına diqqət yetirirdi. Amma onun gözləri kitaba dikilsə də, ürəyi qardaşının
yanındaydı. Rəşidin davranışı, həyat tərzi son vaxtlar evin bünövrəsini zədələmiş,
havasını zəhərləmiş, ailənin hüzurunu pozmuşdu.
Rəşid uca boylu, sağlam bədənli, yaraşıqlı, sakit təbiətli, savadlı və müasir
düşüncəli bir oğlan idi. Bütün yaşıdları kimi onun da öz dünyası vardı. İntellekt səviyyəsi
yüksək olduğundan onunla istənilən mövzuda söhbət etmək, fikirlərini dinləmək hər kəsə
maraqlı gəlirdi. Valideynləri universiteti qurtarandan sonra Rəşidi akademik uğurlara
yönəltmək haqqında düşünür və onun elm sahəsində böyük nailiyyətlərə nail olacağına
inanırdılar. Anası onu atası kimi alim görmək istəyir, gələcəkdə universitetlərin birində
çalışmasını arzulayırdı. Amma sən saydığını say…
Rəşidin təzə dostlarına qoşulduqdan sonra narkotikə qurşanması səbəbindən həyat
tərzini dəyişməsi, dərsəlrə getməməsi onun universitetdən qovulmasına gətirib çıxartdı.
Bütün bu olanlar isə içində qəzəb və boşluq yaradır, tədricən onu qaranlıq bir yola
çəkirdi. Əslində onu qaranlıq yola altı ay əvvəl təsadüfən tanış olduğu dostları çəkmişdi.
Bu dostluğun ömrü heç də uzun olmadı. Rəşid, cibindən pullar tükəndikcə, ətrafında olan
dostlarının sayı da günbəgün azaldığının fərqindəydi. Tək qaldığını görsə də, heç kimə və
hətta ailəsinə belə lazımsız olduğunu anlasa da, artıq geriyə addım atmaq gücündə
deyildi. Ailəsi onun müalicəsinə nə qədər cəhd göstərsələr də o, iradəsinin zəifliyindən
dəfələrlə müalicəni yarımçıq saxlamışdı. Ehtiyacı olan narkotik maddələri almaq üçün
aradabir evin dəyərli əşyalarını satmağa və ailə büdcəsinin pullarını gizlicə götürməyə
başlamışdı. İlk günlərdə bu kiçik oğurluqlar onu təmin etsə də, zaman keçdikcə
anasından daha böyük məbləğlər tələb edirdi və bu artıq mütamadi hal almağa
başlamışdı. Hər dəfə pulları əldə etdikdən sonra, içindəki boşluq daha da böyüyürdü.

Bu gün yenə Rəşid həmişəki kimi evdə səs-küy salaraq anasından pul tələb edirdi.
Gülər xanım isə oğlunu sakitləşdirməyə çalışır, göz yaşlarını silə-silə ona yalvarırdı:
– Rəşid, dayandır bu işləri, biz sənə kömək etmək istəyirik, oğul!
Rəşidin gözlərində mərhəmət işığı yox idi. Onun baxışları bir insanın içində ola
biləcək ən soyuq boşluğu və qaranlığı əks etdirirdi.
Professor işdən gəldikdə evində xoş olmayan səhnəylə üzləşdi. Qızı Leyla qorxmuş
halda divanda büzüşmüş, arvadı isə ağlayaraq oğluna yalvarırdı. Rəşid anasının
dediklərinə əhəmiyyət verməyərək ondan pul tələb edirdi. Bütün bunları görən professor
dərindən nəfəs aldı və səsini ucaltmadan baxışlarını sərt şəkildə oğluna yönəltdi:
– Sən bu andan bizim ailənin üzvü deyilsən! Mən səni artıq nəinki evdə, heç binamızın
həndəvərində belə görmək istəmirəm!
Atasının dediyi sözlərdən diksinən Rəşid sussa da, baxışlarında qəzəb və nifrət
sezildi. Bütün bu olanlardan qəddi əyilmiş, ayaq üstə dayanmağa çalışan professor artıq
son qərarını verdi:
– Belə oğul bizim ailəyə lazım deyil. Sən bizim ailəyə ləkəsən. Rədd ol, bu evdən!
Rəşid qapını arxasınca möhkəm çırparaq evdən çıxdı. Çırpılan qapının səsi evdəki
qaranlığı daha da dərinləşdirdi. Leyla ağlayan anasını qucaqlayaraq onu ovundurmağa
çalışır və eyni anda ürək ağrısı ilə atasının üzündəki kədəri izləyirdi. Onun üçün həyat
artıq qalın üz qabığı olan bir kitab kimi açıq idi, amma qardaşı səhifələrini yandırmışdı.
Evdən çıxandan sonra Rəşidin həyatı tamamilə qaranlıq boşluğa çevrildi. O,
tanışlardan, qohumlardan borc pul almağa çalışır, narkotik əldə etmək üçün hər yolu
sınayırdı. Hər istifadədən sonra içindəki boşluq daha da böyüyürdü. Artıq o, nəinki
ailəsini, dostlarını, hətta özünü itirmişdi. Narkotikə qurşandığı gündən onun həyat
leksikonundan şəxsiyyət anlayışı, ləyaqət sözü silinmiş və dəyərsizləşmişdi. Onun bu
hala düşməsi bütün ailəni sarsıtmışdı. Şəkər xəstəliyindən əziyyət çəkən professor, ağır
emosional stress halında, qəzəb içərisində yaşayırdı. Anası isə hər gecə yataq otağına
çəkilib xısın-xısın ağlayır, oğlunun bu hala düşməsində özünü günahlandırırdı. Leylanın
da bacı kimi ürəyi qan ağlayırdı, qardaşının taleyi onu narahat edirdi. Bir vaxtlar şux və
gülərüz qadın olan anasının həm mənəvi, həm də fiziki cəhətdən bükülməsi, elm
aləmində söz sahibi olan, lakin öz evində kədərlə susan atasına qarşı həyatın ədalətsizliyi
onu sıxır, ürəyini ağrıdırdı. Bütün günü başını kitablarla qatırdı. Tərcümələri onun üçün
bir sığınacaq, dünyaya çıxış yoluydu. Bütün bunlara baxmayaraq bir anlıq da olsa qardaşı
onun fikrindən çıxmırdı. Hər yerdə gözü onu axtarır, onu düşünürdü. Qardaşı nəinki
ailəsindən uzaqlaşmış, bir məhlədə böyümüş dostları, qohumları və hətta ailənin yaxın
çevrələri ilə də əlaqəni tamamilə kəsmişdi.
Ağır və çətin olsa da professorun ailəsi öz sevincsiz həyatını yaşayırdı. Onları bu
həyatı yaşamağa bir vaxtlar evlərinin sevinci olan Rəşid məhkum etmişdi.
Rəşid üçün isə həyat artıq sonu görünməyən qaranlıqda davam edirdi. Bu onun öz
ağlının seçimi idi. Qarşıda işıq belə sezilməyən, qayıdışı və sabahı məlum olmayan
mənasız bir yolun yolçusuna çevrilən Rəşidi, indi təkcə özünün qara kölgəsi izləyirdi.
Uzanan qara kölgə ondan uzun, ondan ağır idi və haraya getsə ardınca sürünəcəkdi.

Arif Ərşad

Şuşadan dünyaya verilən mesaj: Bir millət, iki dövlətin müttəfiqlik zirvəsi
2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması türk dünyasının gələcəyinə yönəlmiş tarixi strateji manifest oldu. Bu sənəd Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələsini müəyyənləşdirməklə yanaşı, regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına da mühüm təsir göstərən geosiyasi hadisə kimi tarixə düşdü.
Azərbaycan və Türkiyə münasibətlərinin təməlində əsrlərin sınağından çıxmış qardaşlıq dayanır. Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” fikri ilə Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı bu münasibətlərin ideoloji sütunlarını təşkil edir. Prezident İlham Əliyevin Şuşada səsləndirdiyi kimi, məhz bu tarixi irsə sədaqətin təzahürü olaraq azad edilmiş Şuşada müttəfiqlik sənədinin imzalanması xalqlarımızın keçmişinə ehtiramın, gələcəyinə isə inamın ifadəsi idi.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrini strateji tərəfdaşlıq mərhələsindən müttəfiqlik səviyyəsinə yüksəltdi. Bununla iki qardaş ölkə beynəlxalq ictimaiyyətə aydın mesaj verdi: Azərbaycanın və Türkiyənin təhlükəsizliyi, rifahı və gələcəyi artıq daha sıx şəkildə bir-birinə bağlıdır. Bu sənəd dövlətlərimizin siyasi iradəsinin, qarşılıqlı etimadının və ortaq milli maraqlarının hüquqi ifadəsinə çevrildi.
Bəyannamə siyasi əməkdaşlıqdan iqtisadiyyata, enerji təhlükəsizliyindən nəqliyyata, müdafiə sənayesindən təhsilə, mədəniyyətdən diaspor fəaliyyətinə qədər geniş sahələri əhatə edir. Məhz buna görə də sənəd iki ölkə arasındakı münasibətlərin yol xəritəsi hesab olunur. Bu əməkdaşlıq modeli artıq təkcə Azərbaycan və Türkiyə üçün deyil, bütövlükdə region üçün sabitlik və inkişaf nümunəsinə çevrilib.
Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə regionda yeni geosiyasi reallıqlar yaratdı. Şuşa Bəyannaməsi həmin reallıqların hüquqi və siyasi təsbitinə çevrildi. Sənəddə xüsusi yer tutan Zəngəzur dəhlizi layihəsi yalnız Azərbaycan ilə Naxçıvan arasında əlaqənin bərpası ilə yanaşı həm də Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi və nəqliyyat xəttinin formalaşması deməkdir. Orta Dəhlizin inkişafı, Bakı-Tbilisi-Qars xəttinin genişləndirilməsi, Qars-Naxçıvan dəmir yolu və digər layihələr regionun iqtisadi xəritəsini yenidən formalaşdırır.
Bu gün Azərbaycan və Türkiyə enerji təhlükəsizliyi sahəsində də qlobal əhəmiyyət daşıyan tərəfdaşlardır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və digər strateji layihələr iki ölkənin əməkdaşlığının nəticəsi olaraq dünya enerji bazarında mühüm rol oynayır. Bu layihələr təkcə iqtisadi qazanc mənbəyi deyil, həm də siyasi sabitlik və regional əməkdaşlıq platformasıdır.
Şuşa Bəyannaməsinin ən mühüm məqamlarından biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsidir. Sənəd iki ölkənin təhlükəsizliyinə qarşı yönələn təhdidlərə birgə reaksiya verilməsini, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini və silahlı qüvvələrin qarşılıqlı fəaliyyət imkanlarının artırılmasını nəzərdə tutur. Bu isə yalnız Azərbaycan və Türkiyənin müdafiə qabiliyyətini gücləndirmir, eyni zamanda bölgədə sülhün və sabitliyin qorunmasına xidmət edir.
Bəyannamə həm də Ermənistanda revanşist düşüncələrin yenidən baş qaldırmasına qarşı ciddi siyasi mesajdır. Bu sənəd göstərir ki, regionda yeni reallıqlar dəyişməzdir və sülh, əməkdaşlıq, qarşılıqlı hörmət prinsipləri əsasında qurulan münasibətlər gələcəyin yeganə yoludur.
İqtisadi sahədə sənəd qarşılıqlı investisiyaların artmasına, yeni biznes və ticarət imkanlarının yaranmasına, işğaldan azad olunmuş ərazilərin sürətli bərpasına geniş imkanlar açıb. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrində Türkiyə şirkətlərinin fəal iştirakı qardaşlığın real iqtisadi nəticələrini nümayiş etdirir. Bu əməkdaşlıq həm yeni iş yerlərinin yaradılmasına, həm də regionun inkişafına mühüm töhfə verir.
Şuşa Bəyannaməsi eyni zamanda informasiya və diaspor sahəsində yeni əməkdaşlıq mərhələsinin əsasını qoydu. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı və türk icmalarının birgə fəaliyyətinin gücləndirilməsi, ortaq informasiya məkanının formalaşdırılması, beynəlxalq platformalarda koordinasiyalı fəaliyyət müasir dövrün çağırışlarına verilən mühüm cavabdır.
Bu gün Şuşa Bəyannaməsinin ildönümlərinin hər il Şuşada beynəlxalq konfranslarla qeyd olunması da təsadüfi deyil. Bu tədbirlər sənədin yalnız iki dövlət arasında münasibətləri deyil, bütövlükdə türk dünyasının inteqrasiyasını və yeni geosiyasi baxışlarını formalaşdıran mühüm strateji platformaya çevrildiyini göstərir.
Tarixi Qars müqaviləsindən yüz il sonra azad Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi türk dünyasının siyasi yaddaşında xüsusi yer tutur. Bu sənəd keçmişdən gələn qardaşlıq bağlarını müasir dövrün reallıqları ilə birləşdirərək gələcəyə uzanan güclü körpü yaradıb. Şuşadan yüksələn bu birlik mesajı bu gün regionun sabitliyinə, təhlükəsizliyinə və rifahına xidmət edir, sabah isə daha böyük hədəflərə aparan yolun mayakına çevrilir.
Şuşa Bəyannaməsi sadəcə bir sənəd deyil. O, Azərbaycanın və Türkiyənin ortaq iradəsinin, ortaq taleyinin, ortaq gələcəyinin siyasi manifestidir. Bu manifest isə bir həqiqəti bütün dünyaya bir daha nümayiş etdirir: bir millətin iki dövlətdə təcəssüm edən gücü qarşısında heç bir maneə dayana bilməz.

Elnarə Akimova,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü,
Filologiya elmləri doktoru

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi
28 May Azərbaycan xalqının taleyinə həkk olunmuş müqəddəs tarixdir. Bu gün sadəcə təqvimdə bir bayram olmaqla yanaşı, əsrlərlə azadlıq arzusu ilə yaşayan bir xalqın milli iradəsinin, siyasi yetkinliyinin və dövlətçilik əzminin təntənəsidir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı öz müstəqilliyini elan etməklə bütün Şərqə və müsəlman aləminə sübut etdi ki, azadlıq, demokratiya və hüquqi dövlət idealları bu torpaqlarda da yaşaya və qalib gələ bilər.
Məhz həmin gün yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası kimi tarixə düşdü. Bu, təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin siyasi tarixində yeni eranın başlanğıcı idi. Çətin geosiyasi şəraitdə, müharibələrin və qarşıdurmaların hökm sürdüyü bir dövrdə xalqımızın qabaqcıl ziyalıları, dövlət adamları və milli mübarizə liderləri tarix yazdılar.
Ulu Öndər Heydər Əliyev bu böyük tarixi hadisənin mahiyyətini belə ifadə edirdi:
“Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır.”
Bu sözlər Azərbaycan Xalq Cümhuriyyətinin təsadüf nəticəsində deyil, xalqın milli oyanışının, ziyalı təfəkkürünün və azadlıq idealının məntiqi nəticəsi olduğunu təsdiqləyir.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti gələcək müstəqil dövlətin təməl sütunlarını yaratmağa nail oldu. İlk parlament formalaşdırıldı, dövlət atributları təsis edildi, milli ordu quruldu, Azərbaycan vətəndaşlığı institutu yaradıldı, ana dilində təhsilə başlanıldı, Bakı Dövlət Universitetinin əsası qoyuldu. Qadınlara seçki hüququ verilməsi kimi mühüm demokratik addımlar isə Azərbaycanın nə qədər mütərəqqi dövlət olduğunu bütün dünyaya nümayiş etdirdi.
Azərbaycan Xalq Cümhuriyyəti xalqımıza yalnız dövlət qurmadı — o, millətin özünəinamını qaytardı. Əsrlərlə imperiyalar arasında bölünən xalq ilk dəfə öz taleyinin sahibi olduğunu hiss etdi. Məhz buna görə 28 May bir dövlətin yaranış günü olmaqla yanaşı, milli kimliyin dirçəlişi günü kimi də qiymətləndirilir.
Lakin tarix sübut etdi ki, müstəqilliyi qazanmaq qədər onu qorumaq da çətindir. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti bolşevik işğalı nəticəsində süqut etsə də, istiqlal ruhu xalqın yaddaşından silinmədi. O müqəddəs ideya onilliklər boyu ürəklərdə yaşadı və nəhayət, XX əsrin sonunda yenidən həqiqətə çevrildi.
Ulu Öndər Heydər Əliyevin məşhur fikri bu həqiqətin ən dolğun ifadəsidir:
“Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi.”
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb və ağır sınaqlarla üz-üzə qaldı. Ölkədə siyasi böhran, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü dövlətçiliyi ciddi təhlükə altına salmışdı. Məhz belə bir taleyüklü zamanda xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçilik sütunlarını möhkəmləndirdi və müstəqilliyin dönməzliyini təmin etdi.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən möhtəşəm səhifələrindən biridir. Bu gün Azərbaycan bayrağının işğaldan azad edilmiş torpaqlarda dalğalanması 1918-ci ildə qaldırılan istiqlal bayrağının zəfər yürüşüdür.
Prezident İlham Əliyevin sözləri bu tarixi varisliyi aydın şəkildə ifadə edir:
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdı.”
Bu gün 28 May artıq yalnız istiqlalın deyil, həm də qələbənin, suverenliyin və milli qürurun bayramıdır. Laçında, Şuşada, Xankəndidə, Zəngilanda dalğalanan üçrəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının ruhuna verilən ən böyük cavabdır. Çünki onların yarımçıq qalan arzusu artıq gerçəyə çevrilib — güclü, müstəqil və qalib Azərbaycan dövləti tarix səhnəsində əzəmətlə dayanır.
28 May bizə xatırladır ki, dövlətçilik sadəcə siyasi institut deyil — bu, millətin şərəfi, yaddaşı və gələcək qarşısında məsuliyyətidir. Azərbaycan xalqı yüz ildən artıqdır ki, bu müqəddəs mirası qoruyur, yaşadır və daha da ucaldır.

Yaşasın Müstəqil Azərbaycan!

Yaşasın 28 May – Müstəqillik Günü!

Elnarə Akimova

Milli Məclisin deputatı,
YAP İdarə Heyətionin üzvü,
Filologiya elmləri doktoru

Yağış yağır, Sumqayıtda insanlar bir-birinin üstünə düşür - VİDEO
Vüsal Hacısoy yazır...

Bəzən bir şəhərin problemi sadəcə kanalizasiya olmur. Problem insanların illərlə görməzlikdən gəlinməsi, çarəsizlik içində tək buraxılması olur.

Bu gün Sumqayıtın Stansiya Sumqayıt və Dəmiryolunun Yük Həyəti adlanan ərazisində yaşanan vəziyyət artıq sıradan kommunal problem olmaqdan çıxıb. Burada söhbət insanların normal yaşayış hüququndan gedir.

Təxminən 60 hektarlıq ərazidə 600-dən çox ev tikilib. İnsanlar yaşayır, ailələr böyüyür, uşaqlar məktəbə gedir. Amma bu qədər yaşayışın olduğu yerdə nə kanalizasiya sistemi var, nə də yağış sularını axıdacaq kollektor xətti.

Nəticə isə hər yağışdan sonra eyni olur.

Küçələr sanki Baykal gölünə çevrilir. Həyətlər çirkab sularla dolu olduğundan insana Hindisatanı xatırladır. Sakinlər çarəsiz halda suyu öz evindən uzaqlaşdırmaq üçün yola axıtmağa məcbur qalır. Nəticədə çirkli sular bir-birilərinin həyətinə dolur. İnsanlar söz davasına çıxır. Sabah bu münaqişə başqa xoşagəlməz nəticələr verəndə kim cavab verəcək ?! Yağış suyu kanalizasiya suyu ilə qarışır, əraziyə ağır qoxu yayılır, insanlar isə bir-biri ilə üz-üzə gəlir.

Ən təhlükəlisi də budur.

Çünki sosial problemlər bir müddət sonra insanların psixologiyasına təsir edir. Gərginlik artır. Narazılıq böyüyür. İnsanlar artıq problemi yox, bir-birini günahlandırmağa başlayır.

Əslində isə burada günahkar nə sakinlərdir, nə də yağış.

Problem illərlə həll olunmayan infrastrukturdadır.

Bir şəhərin inkişafı yalnız binaların tikilməsi ilə ölçülmür. İnsanların necə yaşaması ilə ölçülür. Əgər bir ərazidə insanlar hər yağışdan sonra həyətlərinə dolan çirkab su ilə mübarizə aparırsa, burada artıq ciddi yanaşmaya ehtiyac var.

İslam dinində insanın təmizliyi və gigiyenası ilə bağlı çoxlu sayda qaydalar mövcuddur. Qurani-Kərimdə buyurulur: “Allah təmiz, pak olanları sevər”. “Təmizlik imandandır” deyimi də əsrlərdir insanların həyat fəlsəfəsinə çevrilib.

Amma təəssüf ki, bu gün bəzi insanlar həmin təmizliyi yaşaya bilmirlər.

Çirkab su ilə dolan “şambo”lar torpağı zəhərləyir, ağacların və bitkilərin inkişafına mane olur. Kanalizasiya sularının xüsusi maşınlarla daşınması zamanı yayılan ağır qoxu insanların həyatını dözülməz hala gətirir. Yağışdan sonra yaranan süni göllər isə təkcə küçələri yox, insanların sağlamlığını və psixologiyasını da zədələyir.

Ən ağrılı məqam isə budur ki, insanlar buna məcbur qalırlar.

Heç kim çirkab suyun içində yaşamaq istəməz. Heç kim hər yağış yağanda həyətinə dolan suyu başqa istiqamətə axıtmaq üçün çarə axtarmaq məcburiyyətində qalmaq istəməz. Sadəcə illərlə davam edən laqeydlik insanları bu vəziyyətlə barışmağa məcbur edir.

Bəzən düşünürsən: görəsən bu mənzərəni yaşayan insanların yerində məsul vəzifəlilər olsaydı, eyni səssizlik davam edərdimi?

İnsanların abır-həyası, rahatlığı, sağlamlığı təhlükə altındadır. Sakinlər normal yaşayış şəraiti, kanalizasiya xətti, yağış kollektor sistemi və insan kimi yaşamaq hüququ tələb edirlər.

Çünki bu problem bu gün həll olunmasa, sabah daha ağır sosial nəticələr doğura bilər. Odur ki, nə qədər gec deyil, mövzusunu açdığımız əraziyə əncam çəkmək lazımdır.

Arif Ərşaddan duyğusal hekayə: “Cehiz”
Üç il olardı ki, ayağının biri ambutatsiya olduğundan evdən çölə çıxmağa çətinlik
çəkirdi. Nüsrət müəllim xəstəxanadan çıxandan sonra çətinliklə də olsa özü bir-iki dəfə liftlə
aşağı düşüb, binalarının yaxınlığındakı mağazadan lazım olan xırda ərzaqları alaraq güc-bəla ilə
evə qayıtmışdı. Amma indi evdən çıxmağa daha nə halı, nə də ki, həvəsi qalmışdı. Həyat yoldaşı
Güləndamın hələ dörd il bundan qabaq ürək çatışmamazlığı nəticəsində qəfil dünyasını
dəyişməsindən sonra, gümanı həftədə iki dəfə ona baş çəkməyə gələn “sobez” işçisinə qalmışdı.
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona ayrılan işçinin qayğıkeş, səliqəli, təmizkar, ən
başlıcası isə doğru-dürüst birinin olmasına görə hər axşam Allaha təşəkkür edirdi. “Sobez işçisi”
hər gələndə onun üçün iki-üç günlük zəruri ərzaq mallarını mağazadan alıb soyuducuya
yerləşdirirdi. Ehtiyac olanda aptekdən iynə-dərmanları da alıb gətirir və hətta evin səliqə-
səhmanına da əl gəzdirirdi. Həftədə bir dəfə kişinin əynindən çıxan dəyişəkləri, iki hətədən bir
isə yataq ağlarını paltaryuyan maşınından çıxardıb qurutmaq üçün eyvandakı ipə sərər, qurumuş
paltarları ehtiyac olanda ütüləyib dolaba yığardı. Sonda aldığı ərzaqlardan iki-üç günlük iki cür
şorba bişirib soyuducuya qoyar və gəlməyəcəyi günlərdə xörəklərin mütləq yeyilib qurtarmasını
ona tapşırardı. Artıq uzun müddət “xəstə və tənha qocalara xidmət” sahəsində işləyən və öz
işinin peşəkarı olan bu qadının 42 yaşı olmasına baxmayaraq, xarici görünüşündən 50-55 yaşı
olan kimi görünürdü. Qara örpəyinin altından görünən ağappaq saçları qarabuğdayı üzünə çox
yaraşırdı. Qara rəngli paltarlar onun qarderobunda üstünlük təşkil edirdi. Geyindiyi paltarların
çox hissəsi nimdaş olsa da, yaraşıqlı bədən qurluşuna malik olduğundan qadının əynində səliqəli
görünürdü. O, əl kremindən başqa heç bir kosmetikadan və ya hansısa bəzək-düzəkdən istifadə
etmirdi. Danışdıqca səsi məlahətli, sözləri aydın, səs tembiri səlis də və gümrah eşidilirdi,
insanın qulağını yormurdu. Bir sözlə adama əsli-nəcabəti olan kübar qadın təsiri bağışlayırdı.
Yoxsa, bəzi iş yoldaşları kimi sızlayıb mızıldayaraq qulluğunda durduğu hansısa qoca və ya
yataq xəstəsinin əzizlərinin zəhləsini tökmür, görməli olduğu işlər üçün əlavə “hörmət” tələb
etmirdi. Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən ağır döyüşlərdə yeganə oğlunu
itirən Qaragilənin dərdi içini dağıtsa da, üzdə özünü nikbin aparır, başını dik tutaraq yaşamağa
və işləməyə davam edirdi. Evdə 14 və 16 yaşlı iki məktəbli qızları ilə şəhərin mərkəzindən xeyli
aralı qaldıqları bir otaqlı gecəqonduda rahat və mehriban dolandıqlarını söyləyər, söhbət
əsnasında bəzən heç kimə və heç nəyə ehtiyaclarının olmadığını deyərdi. Torpaqlarımızın
işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində erməni faşistlərinin
üzərində qələbə çalmağımız onun da hamı kimi çoxdankı arzularının çin olacağına, yaxın
vaxtlarda doğma Şuşasına, doğma evinə qayıdacağına gümanını artırmışdı. Ən böyük arzusu
əzizlərinin orada qalan məzarlarını ziyarət etmək idi. Görəsən ordakı məzarları uçurtmayıblar ki?
Daşı-daş üstündə qoymayan ağzın ermənilər görən qəbirstanlığı şumlamayıblar ki?..
Tez-tez Şuşada keçən uşaqlıq və gənclik illərindən söhbət açardı. Hərdən oğlu haqqında da
maraqlı xatirələrini danışmağı sevər, onun uşaq vaxtı elədiyi dəcəllikləri yada salıb gülümsəyər,
sonra üzünü yana çevirib gözlərinin yaşını Nüsrət müəllimdən gizlətməyə çalışardı. Bəzən
söhbət əsnasında avtomabil qəzası nəticəsində dünyasını dəyişən həyat yoldaşı Qaraxanı da
hörmətlə xatırlayar, sonda onun da ruhuna dua edib salavat çevirərdi.
Nüsrət müəllim də Qaragilənin söhbətlərinə həmişə həvəslə qulaq asar, onu dinləməkdən
yorulmazdı. Qaragilənin növbəsi olan günləri sanki kişinin “çiçəyi çırtlayar”, ağrılarını az da
olsa unudardı, elə bil rəngi də açılardı. Həmin günü axşama qədər kişi özünü yaxşı hiss edər,
yeməyini az da olsa iştahla yeyər, dərmanlarının içmək vaxtına ciddi nəzarət edərdi. Çox vaxt

mətbəxdə iş görən Qaragiləyə mane olmamaq üçün qonaq otağına çəkilib sakitcə televizora
baxar və ya kitab oxuyardı. Mənzilin qonaq otağının bir divarı başdan-başa kitab rəfi idi.
Rəflərdə səliqə ilə yığılmış kitablar arasında milli yazarlarımızdan tutmuş avropa və dünya
klassiklərinin əsərlərinə qədər hamısına rast gəlmək mümkün olardı. Kitab rəflərinin orta
gözündə isə yan-yana düzülmüş on dörd bədii kitab onun öz yaradıcılığının məhsulu idi.
Sonuncu hekayələr kitabı düz bir il bundan qabaq işıq üzü görmüşdü. Artıq yazmağa nə fiziki
imkanı, nə də ki, həvəsi vardı. Düzünə qalsa zəhrimara qalmış şəkəri də ona yaradıcılıqla məşqul
olmağa imkan vermirdi. Ayağının ambutasiya olunmasının əsas səbəbi də elə qanda şəkərin
artması olmuşdu. Nə vaxtsa ayaq dırnaqlarını tutan zaman ehtiyatsızlıq səbəbindən barmağının
mayasını kəsmiş, sonradan yaranın gec sağalmasına məhəl qoymamışdı. Diqqətsizlik və
səhlənkarlıq səbəbindən açıq yaraya infeksiyanın düşməsi sonda, sağ ayağında qanqrenanın
əmələ gəlməsi ilə nəticələnmişdir. Son vaxtlar ürəyi də sözünə baxmırdı. Bütün bunlar azmış
kimi qan təzyiqi də təzə peyda olmuşdu, bu da tez-tez baş ağrılarının olması ilə özünü göstərirdi.
Bütün bunlara baxmayaraq şirniyatsız keçinə bilmirdi. Hərdən qapıbir qonşunun oğlunu paxlava
almaq üçün mağazaya göndərirdi. Həmişə də altı dilim paxlava aldırardı və gündə birini yeməklə
gözünün qurdunu öldürmüş olsa da, axşamlar əziyyət çəkəndə bir daha paxlava aldırmayacağını
özünə söz verirdi. Bir həftə keçəndən sonra isə yenidən, “Eh, bir dəfə yeməklə nə olasıdır ki? Bu
dəfə də yeyim, vəssalam, bu sonuncudur!”deyib, özünə ürək-dirək verirdi. Çox vaxt paxlavanı
aldırıb, Qaragilə görməsin deyə, öz çarpayısının yanındakı tumbuçkasında saxlayırdı. Elə yerdə
paxlavanın gizlədilməsi heç kimin ağlına gəlməzdi, o ki ola şəxsi saxlanc yerlərini eşələməyi
sevməyən Qaragilənin. Axı, Qaragilə paxlavanı görəndə yeyilməsinə imkan vermirdi, əks
təqdirdə “sabahdan mənim yerimə başqa qadın gələcək”, deyərək nimçəni Nüsrət kişinin
qabağından yığışdırırdı. Nüsrət kişi də nədən onun belə “şantaj”larına dözürdü, heç özü də
anlamırdı. Amma həmişə Qaragilənin elədiklərinin üstündən gülümsəməklə keçirdi və “nə
edirsə, mənim sağlamlığım üçün edir” deyə, öz-özünə mızıldanırdı.
Artıq təxminən üç ilə yaxın olardı ki, Qaragilə bu evə gəlib-gedir, həvəslə Nüsrət
müəllimə qulluq edirdi. Bu müddət ərzində nəinki o, elə Nüsrət kişinin özü də ona çox
öyrəşmişdi. Son vaxtlar hava xoş olanda bazar və ya bayram günləri Qaragilə qızlarını da özü ilə
gətirirdi. O, Nüsrət kişini arabasına otuzduraraq liftlə aşağı endirər, ehmalca itəliyərək arabanı
yaxınlıqdakı parka aparmalarını qızlarına tapşırırdı. Qızlar da Nüsrət kişinin qulluğunda həvəslə
dayanır, onun maraqlı söhbətlərini dinləyərək parkı dolaşırdılar. Parkda keçirdikləri iki-üç saat
ərzində o, qızlara Əziz Nesinin, Dostayevskinin, Çexovun və başqa yazıçıların hər hansı bir
hekayəsini danışıb qurtarandan sonra evə qayıdırdılar. Bu vaxt ərzində Qararagilə həm evləri
yığışdırıb qurtarır, hələ xörək bişirərək nahar süfrəsini açmağa da imkan tapırdı. Belə günlərdə
onların da süfrə başında əyləşib, naharı onunla birgə etmələrini Nüsrət kişi israrla rica edirdi. Bu
ritual get-gedə artıq bir ailə ənənəsinə çevrilirdi. Belə hallarda Nüsrətin əhvalı çox yüksək olurdu
və bu xoş ünsiyyət Qaragilənin də ovqatında özünü biruzə verirdi. Artıq demək olar ki, biri
digərinin xasiyyətlərini tam öyrənmiş, çox vaxt susmaqla da bir-birilərini anlayırdılar. Ən
başlıcası isə Nüsrət kişi Qaragiləyə ehtibar edir, ona inanır və onunçün darıxırdı. Bu hal sonda
bir neçə gün bundan qabaq evin açarlarını ona təqdim etməsi ilə nəticələndi və bunu “birdən
sənin üzünə qapını açmağa imkanım olmayanda evə daxil olmağın problem olmasın”, kimi fikiri
ilə əsaslandırdı. Açarları Qaragiləyə təqdim edəndən sonra, Nüsrət kişidə daxili rahatlıq əmələ
gəlmişdi, hətta özünü azacıq da olsa xoşbəxt hiss edirdi. Yeməyini, dava-dərmanlarını vaxtlı-
vaxtında qəbul eləməsini, şirin şeylərdən qəti olaraq uzaq durmasını tələb etməsi baxımından
Qaragilə ona həyat yoldaşı Güləndamı xatırladırdı. Eləcə mehriban, eləcə qayğıkeş, bəzən də
eləcə ötkəm ...

...Düz beş il bundan qabaq Nüsrət müəllimin 70 illik yubileyini sakit şəraitdə elə
evlərində keçirməyi qərara alanda şair Xəlil Dumanlını və tərcüməçi Fazil Sayadoğlunu da
xanımları ilə birgə məclisə dəvət etmişdilər. Böyük və yaraşıqlı qonaq otağında keçirilən
xüdmani məclisə Nüsrət müəllim tərəfindən dəvət olunan daha iki nəfər iş yoldaşı da təşrif
buyuracaqdılar. Onlar Nüsrət müəllimin işlədiyi universitetin professorları idilər.
İlk olaraq məclisə əllərində böyük gül buketi tutan şair dostu Xəlil Dumanlı xanımı ilə
birlikdə gəldi. Heç iki dəqiqə keçməmiş qapı yenidən döyüldü, Nüsrət müəllim eyni sevinclə də
qapıda görünən professor dostlarını da qarşılayıb masaya dəvət etdi. Sonra əllərində böyük tort
tutmuş Fazil müəllim xanımı ilə mənzilə daxil oldular. Vurmağa özünə yoldaş olacağını
gördükdə bayaqdan yerində sakitcə oturan Xəlil Dumanlının kefi açıldı. Axı, son on il olardı ki,
həkimlərin qəti göstərişləri və qadağaları sayəsində dostu Nüsrət müəllimin içkidən
uzaqlaşdığını bilirdi. Onsuz da gəncliyindən içkiyə elə də alüdə olmayan Nüsrət müəllim
həkimlərin qadağalarına ciddi əməl edirdi, amma bir şeydən başqa. Yüksək şəkərinin olmasına
baxmayaraq imkan olanda və ya süfrədə qabağına çıxanda, bəzən də küçədə getdiyi yerdə
kafelərin birinə daxil olub bir dilim paxlava ilə çay içməyi heç cürə özünə tərgitdirə bilmirdi.
Napalyon tortu üçün isə lap ürəyi gedirdi. Tortu görəndə nimçənin dibini “yalayıb” qurtarana
qədər şəkər xəstəsi olduğunu unudurdu, elə iştahla yeyirdi ki... Sonra da səhərə qədər əziyyət
çəkdiyini xanımından gizlətməyə çalışsa da, mümkün olmurdu. Hər yarım saatdan bir mətbəxə
gedib yanğısını su ilə söndürür, elə həmin sayda da ayaqyolunun qapısını cırıldadırdı.
Güləndamın - “şəkərin niyə qalxıb, yenə nə yemisən?” sualına isə, “şirin şey yeməmişəm, yəqin
havadandır” deyib, ciddi-cəhdlə yediklərini qəti olaraq boynuna almırdı. Ümumiyyətlə, Nüsrət
müəllimin evində söz-söhbət ancaq onun şirin şeylər yeməyinin üstündə düşürdü. Yoxsa, şəhərin
mərkəzində yerləşən üç otaqdan ibarət geniş evdə nələri əskik idi ki?! Belə vaxtlarda bu
topdağıtmaz evdə yüksəkdən çıxan ancaq Güləndamın səsi olurdu. O da nə edirdisə, canından
çox sevdiyi ərinin sağlamlığının qayğısına qalmaq üçün edirdi. Onun yediyini-içdiyini imkan
qədər nəzarətdə saxlamağa çalışan arvadı, Nüsrət müəllimi nə qədər danlasa da xeyri olmurdu.
Axşamlar yenə də narahatçılıq keçirəcəyini nəzərə almayan Nüsrət, Güləndamın gözündən
yayınan kimi cibində gizlincə gəzdirdiyi şokaladlı konfeti ağzına ataraq oğrun-oğrun çayını
içirdi. Şəkərinin qalxmasından narahat olduğu vaxtlarda xanımı başını bulayaraq çarpayısından
ayağa qalxar, insulinini vurandan sonra yarım stəkan abqoraya su qatıb ona içizdirər və haqlı
olaraq da deyinərdi:
-A kişi, sən kimi aldadırsan? Sən bu şirniyyatı yeməsən, şəkərin niyə qalxsın ki? Heç
havadan da şəkər qalxar? Özün bilərsən a kişi, canıva yazığın gəlsin. Allah eləməmiş şəkər
gözüvü kor eləsə, uzaq olsun, böyrəyin dialez olsa, dilim qurusun, birdən ayağını qanqrenadan
kəssələr, bəs onda necə olacaq? Sənə kim baxacaq, ay yetim, heç bunu fikirləşmisənmi? Vallah
heç kim sənə baxmayacaq!
-Sən baxacaqsan, aşqım! Mən ancaq səni sevmişəm və ölənə kimi də sevəcəm! Mənim
səndən başqa kimim var ki, ay arvad?! – Nüsrət kişi gülərək dillənərdi.
Güləndam da ümidsiz halda başını yellədərdi:
-Heç indi bu gündən sabaha ehtibar yoxdur. Bu zəhrimara dönmüş xəstəliklər o qədər
cavanlaşıb ki, bu gün görüşdüyün adamın sabah dünyasını dəyişdiyini eşidirsən. Mənə bel
bağlama, a kişi. Son vaxtlar ürəyim də mənə qarşı “namərdlik” eləyir. Mən də bu gün varam,
sabah yox. Öz sağlamlığının qayğısına özün qal ki, sonra heç kimə möhtac olmayasan. İlk olaraq
özünü sev, özünü sevməyən və öz sağlamlığının qayğısına qalmayan insanın, başqasını sevməyi
inandırıcı deyil. Eh... zamanında Allah bizə bir övlad da vermədi ki, heç olmasa qoca
vaxtımızda bizə baxsın... Bəxtimiz olsaydı uşaq evində böyüməzdik ki?!...

Havanın qaralmasına baxmayaraq məclis hələ də davam edirdi. Məclisi şənləndirən şair
Xəlil Dumanlı maraqlı tostlardan başqa, arada öz şeirlərindən də söyləyirdi. Bir sözlə masanın
üzərində olan araq butulkaları boşalıb qurtarandan az sonra şairin də səsi yavaş-yavaş eşidilməz
oldu. Qadınlar stolun üstünü yığışdırıb çay süfrəsinə hazırlıq görməyə başladılar. Stolun baş
tərəfində əyləşən Nüsrət müəllim həsrətlə tortun gəlməsini gözləyirdi. Bilirdi ki, arvadı
Güləndam bir belə qonaqların qabağında tortu yeməməyi ona qadağan edə biləcək hünərə malik
deyil. Üstü şamla bəzənmiş tortu masaya gətirdikdən sonra Fazil müəllimin xanımı şamları
yandıraraq Nüsrət müəllimi öz yanına səslədi. Alqış sədaları altında Nüsrət müəllim ona
yaxınlaşıb yanan şamları üfürərək söndürdü və yenidən öz yerinə qayıtdı. Güləndam tortu özü
doğrasa da, dilimləri nimçələrə qoyub paylayan şairin xanımı idi. O, ilk nimçəni etiketə uyğun
olaraq yubilyarın qabağına qoymaq istəyirdi ki, Güləndam gülümsəyərək dilləndi:
-A bacı, Nüsrət müəllim nəinki tort yemir, heç ümumiyyətlə şirin olan heç nəyə gözünün
ucu ilə də baxmır. O, şəkər həkiminin qadağasına ciddi əməl edir.
Xanım üzürxahlıq edirmiş kimi gülümsəyərək dinməzcə əlindəki nimçəni öz ərinin
qabağına qoydu. Çay süfrəsi də hardasa bir saat çəkdi. Hamı danışır, deyir-gülür, təkcə Nüsrət
müəllim üzündə süni gülüş olmaqla fikirli və yorğun görünürdü. Özündən asılı olmayaraq
qonaqlar tərəfindən ağıza qoyulan hər bir tort tikəsi ilə dolu olan qaşığı aralıdan gözü ilə
müşayiət eləmək artıq onu bezdirmişdi. Bu əsəbi prosesin tez başa çatması üçün Nüsrət
qonaqların getmələrini səbirsizliklə arzulayırdı. Bir qədər sonra qonaqlar getməyə hazırlaşanda
hələ tortun demək olar ki, toxunulmamış kiçik bir hissəsi süfrədə qalırdı və bu da onu
sevindirirdi. Qonaqlar dəhlizdə ayaqqablarını geyinməyə başlayanda Güləndam hamının
eşidəcəyi səslə kənardan onları süzən ərinə qayğıkeşliklə səsləndi:
-Nüsrət müəllim, pencəyini at çiynivə, sən də düş həyətə, həm qonaqları ötür, həm də bir
az gəziş kolorin azalsın.
Heç bir söz demədən Nüsrət pencəyini geyinib, ürəyində deyinə-deyinə qonaqlarla
birlikdə həyətə endi. Maşınların yanına çatanda professor dostları və Fazil müəllim onunla
xudahafisləşib hərəsi öz maşınlarına oturub getdilər. Maşınının qapısını açmaqda çətinlik çəkən
şair Xəlil Dumanlının halının dumanlı olması artıq kənardan daha aydın görünürdü. Məclisin
gözəl təşkil olunmasından xeyli razılıq bildirəndən sonra, yubiley münasibəti ilə Nüsrət
müəllimə bir şeir ithaf edəcəyinə də söz verdi. Qapını açıb maşına oturandan sonra başını
pəncərədən bayra çıxardıb dünən axşam yenicə yazdığı şeirlərindən birini əzbərdən söyləməyə
başladı. Onun bu halda maşını necə sürəcəyi yanında şəstlə əyləşən arvadını deyəsən heç narahat
da eləmirdi. Artıq iyirmi dəqiqə olardı ki, Nüsrətin özü şairin yanında olmasına baxmayaraq,
fikri süfrədəki tort parçasının yanında idi. Nəhayət, xanımının təpkisindən sonra şair başını içəri
salıb, sağollaşmadan maşınını sürüb getdi.
Nüsrət mənzilə daxil olanda artıq arvadı süfrəni yığışdırmış, qonaq otağını səliqəyə
salmışdı. Elə bil bayaqdan bu otaqda heç bir tədbir keçirilməmişdi. Nüsrət qonaq otağının işığını
söndürüb mətbəxə keçdi. Arvadı yuyulmuş qabları qurulayıb hərəsini öz yerlərinə yığmaqla
məşqul idi. Nüsrət nə masanın, nə də ki, mətbəx mebelinin üzərində tort nimçəsini görməyib
məyus oldu. Arvadının nimçəni soyuducuya qoyduğunu düşündü, amma onun yanında əlini ora
uzatmağa utandı. Həm də mənası yox idi, onsuz da yeməyə imkan verməyəcəkdi. O, yenidən
qonaq otağına qayıdıb televizoru işə saldı. Ekranda ona maraqlı gəlməyən xarici filim gedirdi.
Başqa əlacı yox idi, baxmalıydı, arvadının mətbəxdən çıxıb yatmağa gedəsi vaxta qədər oturub
gözünü ekrana zilləməyə məhkum idi. İyirmi dəqiqədən sonra arvadı işini qurtarıb, mətbəxin
işığını söndürərək ərinin yanına gəldi:
-Yatmaq istəmirsən?

-Yox, sən get yat. Maraqlı kino gedir, qurtarsın gələcəm.
Güləndam heç bir söz demədən sakitcə yataq otağına keçdi. Yerinə uzanıb gecə
lampasının altında kitab oxumaq onun tələbəlik adəti idi. Nə qədər yorğun olsa da hər axşam
yatmazdan qabaq 5 – 10 səhifə oxumasaydı yuxulaya bilməzdi. Nüsrətin isə bir gözü televizorda,
bir gözü yataq otağına sarı idi. Arvadının işığı söndürüb yuxuya getməsinə qədər maraqsız və
çox primitiv tərcümə olunan filmə baxmaq artıq onu əsəbləşdirirdi. Nəhayət saat 01-30
radələrində arvadı işığı söndürdü. Nüsrət tələsməməyə, arvadının tam yuxuya getməsi üçün ən
azından daha 10 dəqiqə gözləməyi qərara aldı. Bu vaxt ərzində kino da sona çatdı. Qonaq
otağının işığını söndürdükdən sonra o, əl telefonunun fənərini yandırıb barmaqlarının ucunda
mətbəxə keçdi. Həyacanla soyuducuya yaxınlaşdı, qapısını ehmalca açdıqda gördüyündən çaşıb
qaldı. Soyuducuda tort yox idi. Axı, arvadı bu dolu nimçəni hara qoya bilərdi? Ehtiyatla mətbəx
mebelinin bütün dolablarını bir-bir yoxladı. Gümanı eyvanda olan boş banka-balon yığılan şkafa
gəldi. Düzdür, xırda qarışqaların əlindən ora heç vaxt ərzaq qoyulmadığını bilsə də, yenə də
yoxlamağı qərarlaşdırdı. Fənərin işığı altında oranı da diqqətlə nəzərdən keçirdi, tortun heç izi-
tozu da yox idi. Eyvanın qapısını yenə də ehmalca bağlayıb mətbəxə qayıdaraq stulun üstündə
əyləşdi. Yorğun olsa da qızarmış gözlərində azacıq da olsa yuxu əlaməti hiss olunmurdu. Artıq
həyacanlanırdı, son gümanı giriş qapısının blok tərəfdən divardan asılmış zibil salafanına qalırdı.
Barmaqlarının ucunda qapıya yaxınlaşdı. Qapını açıb bloka çıxdı, blok qaranlıq olsa da telefonun
fənəri buranı əməllicə işıqlandırırdı. Fənərin işığını torbanın içinə saldı, dişlənmiş xırda ət-çörək
tikələrindən, çox da iri olmayan sümük parçalarından və işlənərək əzilmiş yağlı kağız
siləcəklərdən başqa gözünə heç nə dəymədi. Birdən arxadan gələn şıqqıltı səsi onu diksindirdi.
Telefonun işığını səs gələn tərəfə çevirdi. Tortun boş kardon qabının içini yalayan qara pişiyi
gördükdə bir balaca özünə gəldi. Sakit səslə - “Tfu sənə, elə bildim arvaddır, qorxutdun məni!”
deyib, içəri keçdi, qapını ehmalca bağlayaraq yenidən mətbəxə qayıtdı. Stul çəkib oturdu,
əsəbindən qaranlıq mətbəxin divarında bərq vuran mobil telefonun işığı ilə uşaq kimi
məzələnməyə başladı. Birdən gözü fənərin işıqları altında parlayan mikrodalğalı sobaya sataşdı.
Axı, necə olmuşdu ki, bunun içinə baxmaq onun ağlına gəlməmişdi? Bu onun son ümidi idi. Tort
burdan da çıxmasa, daha heç nə... Son olaraq özünü toplayıb ayağa qalxdı və mikrodalğalı
sobaya yaxınlaşdı. Sobanın qapısını açdıqda tort nimçəsini orada görcək gözləri işıqlandı.
Əslində həyacandan mətbəxin işığının yanmasına də əhəmiyyət vermədi. Nimçəni stolun üzərinə
qoyub elə qaşığı əlinə almaq istəyirdi ki, arvadının uzun gecə paltarında əllərini qoynuna
qoyduğu halda mətbəxin qapısına söykənib yazıq-yazıq ona tamaşa etdiyini gördü ...
Həmişəki kimi səhər saat 10-00-da Qaragilə qapının zəngini basdı. Daha iki dəfə zəngin
düyməsini basdıqdan sonra qapının açarını çıxartmaqdan ötəri sumkasını eşələməyə başladı. Bu
vaxt qonşunun qapısı açıldı. Qapıbir qonşuluqda yaşayan xanım əlindəki bağlı zərfi Qaragiləyə
uzadaraq dilləndi:
-Salam xanım. Axşam saat 12 olardı Nüsrət müəllimi xəstəxanaya apardılar. O bizə zəng
edib yoldaşımı evə çağıranda saat heç səkkiz olmazdı. Hə, olmazdı, çünki “Günün ekranı” hələ
başlamamışdı. Qapı örtülü olsa da içəridən kilidlənmədiyindən yoldaşımla birlikdə mən də içəri
keçdim. Kişinin vəziyyəti heç xoşa gələn deyildi. İnsulin iynəsini soyuducudan gətirilməsini
xahiş etdi. Gətirib verdik, özü iynəni qoluna vurandan bir qədər sonra, elə bil toxtadı. Amma
vəziyyətinin ağır olması rənginin ağappaq olmasından da məlum olurdu. Nəfəs almağı getdikcə
çətinləşsə də, həkim çağırmağa razılıq vermirdi. Kitab rəfində yerləşən özünün sonuncu
hekayələr kitabını gətirməyi məndən xahiş etdi. Kitabın içindən bu ağzı bağlı zərfi götürüb, sənə
çatdırmağı xahiş etdi. Az sonra halı qəfil dəyişdi. Kişi elə bil boğulurdu, gözləri bərəlmiş halda

yerində çabalayırdı. Biz artıq düşünmədən təcili yardıma zəng vurduq. Yaxşı ki, onlar da tez
özlərini çatdırdılar. Vəziyyətin ağır olduğunu deyib, onu xəstəxanaya apardılar.
-Bəs niyə mənə axşamdan xəbər eləmədiniz? Bilmirsiz hansı xəstəxanaya apardılar,
həkimlər demədilərmi?
Qadın nəyisə yadına salırmış kimi:
-Hə, dedilər, təcili yardım xəstəxanasına.
Qaragilə taksi ilə özünü xəstəxanaya çatdırdı. Xəstəxananın qəbul şöbəsindən Nüsrət
müəllimin ağır vəziyyətdə gətirildiyini və hal-hazırda üçüncü mərtəbədəki reanimasiya otağında
yerləşdirildiyini öyrənib liftin enməsini gözləmədən pilləkənlərlə yuxarı qalxdı. Reanimasiya
otağına yaxınlaşanda ordan çıxan həkim maraqla onu süzərək dilləndi:
-Siz təsadüfən Qaragilə xanım deyilsiniz ki?
Qaragilə daha da həyacanlandı, bu həkim mənim adımı hardan bilir, deyə düşündü:
-Yəqin bilirsiniz ki, xəstə bizə çox ağır vəziyyətdə daxil olub. Bir-iki dəfə “Qaragilə”
dedi və qəfildən komaya düşdü. Biz bütün gecəni səhərə qədər çalışsaq da, əlimizdən gələni
etsək də onu həyata qaytarmağa nail ola bilmədik. Allah yoldaşınıza rəhmət eləsin! Allahdan
sizə səbr diləyirəm. Möhkəm olun!
Həkim divara söykənərək ağlayan Qaragiləni sakitləşdirməyə çalışdı:
-Ağlamayın xanım, bir az səbrli olun. Mən sizə bir şeydə kömək edə bilərəm. Əgər indi
yoldaşınızın meyitini xəstəxanadan çıxardıb evə aparmasanız, bir saatdan sonra yarılmaq üçün
onu “morqa” göndərəcəklər.
Qaragilə son üç ildə ona çox əziz olan adamını itirmişdi. O, heç nə dərk etmir, həkimin
söylədikləri ona çatmırdı:
-Siz tək gəlmisiz, xanım? Gəlin onda belə edək. Siz indi təcili gedin evə, mənzili
hazırlayın. Yarım saat sonra mən təcili yardım maşını ilə yoldaşınızın meyitini evinizə yola
salacam.
Həkim Qaragiləni liftə qədər ötürüb, özü geri döndü. Qaragilə yenidən taksiyə minib
Nüsrət müəllimin nənzilinə qayıtdı. Açarla qapını açıb özünü güclə mətbəxdə olan stulun üstünə
saldı. Başı dumanlı idi, heç nə dərk eləmirdi. Stolun üzərindəki nimçənin içində iki dilim paxlava
vardı. Dişlənmiş üçüncü paxlava tikəsi isə çay stəkanı olan nəlbəkinin içində idi. Bütün bunları
görəndə onu hönkürtü ilə ağlamaq tutdu. Qaragilə bir stəkan su içib çantasındakı məktubu
çıxartdı, tələsmədən zərfi açıb ağlaya-ağlaya oxumağa başladı; “Əzizim Qaragilə. Nə vaxtsa sən
bu məktubu açıb oxuyanda mən artıq həyatda olmayacam. Mən bir vaxtlar evimdə səni adi
“sobez” işçisi kimi qarşıladım. Amma sonra sənin mənə qarşı təmənnasız xidmətin, insan kimi
rəftarın məni bu qənatə gətirdi ki, mən bu addımı atım. Sənə demişdim axı, biz Güləndamla
uşaq evində tanış olmuşuq və o gündən də onun ömrünün sonuna kimi bir-birimizdən
ayrılmamışıq. Amma sevgi ilə yaranmış bu ailənin uşaq dünyaya gətirmək, onların qayğısına
qalmaq, oxutmaq, vaxtı gələndə oğul evləndirib, qız köçürmək, sonra da bütün xoşbəxt baba-
nənələr kimi nəvə oynatmaq, onları sevərək əzizləmək və sonda bu dünyadan rahat və arxayın
köçmək kimi xoşbəxtlik bizə nəsib olmadı. Amma mən səni görəndən sonra özümü başqa bir
ampulada hiss elədim. Bu çox qəribə bir hiss idi ki, sən hər bizə gələndə mən o hissləri
keçirirdim. Həyatımın belə bir vaxtında bu hissi mənə yaşatdığına görə sənə minnətdaram.
Əziz qızım Qaragilə! Aşağıda yazdığım telefon nömrəsi küçəmizin sonunda yerləşən
notariusun nömrəsidir. Sən ən başlıcası özünü ələ al, darıxma. Sən igid, qəhrəman oğul və həm
də zəhmətkeş ər itirən bir qadınsan! Dəfnlə bağlı lazım olan bütün işlər bitəndən sonra həmin
nömrəyə zəng elə və mənim dünyadan köçdüyümü onlara söylə. Mən evimi, binanın altında
yerləşən qarajımı, maşınımı sənə vəsyyət eləmişəm. Vəsiyyətnamənin bir nüxsəsi komotun

içərisindədir. Komotun içində həm də sizin bundan sonra da hələ uzun müddət rahat yaşamağınız
üçün kifayyət qədər vəsait var. Bütün bunları məndən “atanın qızına verdiyi cehiz” kimi qəbul
elə. Halal xoşun olsun, qızım!”
Arif Ərşad
yazıçı, publisist.