Şamaxıda üzümçü fermerlərə tarla seminarı keçirilib


Sumqayit.tv-nin məlumatına görə, Şamaxı rayonunda üzümçülük fermer təsərrüfatları üçün “Üzümçülükdə yay mövsümündə aqrotexniki, aqrokimyəvi və bitki mühafizə tədbirləri yüksək məhsuldarlığın və keyfiyyətin əsasıdır” mövzusunda tarla seminarı keçirilib. Kənd Təsərrüfatı Nazirliyi, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi üzümçülükdə aqrotexnoloji tədbirlərin həyata keçirilməsi qaydalarını fermerlərin diqqətinə çatdırmaqdır.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun “Üzümün aqrotexnikası” şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Azər Şükürov, “Üzümün emalı və şərabın texnologiyası” şöbəsinin aparıcı elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Mövlud Hüseynov və Şamaxı DAİM-in nümayəndəsi Orxan Hüseynov tərəfindən üzümlüklərdə bioloji məhsuldarlığın təyini və buna əsasən yığım üçün lazımi tədbirlərin görülməsi, boz çürümə, oidium, antraknoz, salxım yarpaqbükəni, tor gənəciyi, mildiu və s. xəstəlik və zərərvericilərə qarşı preventiv əməliyyatların aparılması barədə tədbir iştirakçılarına məlumat verilib. Bundan başqa, gilələri tam iriliyə çatan və 0,5-1% şəkər toplamış texniki üzüm sortlarının qeyri-standart salxımlarının seyrəldilərək dərilməsi, ən tez yetişən üzüm sortlarının (Kardinal, Prima, Viktoriya, Blackmagic, ağ kişmişi, attika və s.) yığım üçün yoxlanılması, zoğların uclarının vurulması, biclərin qoparılması, məhsulun ağırlığından sallanan zoğların bağlanılması, salxımların ətrafındakı yarpaqların qismən qoparılması, dəmyə şəraitində becərilən üzümlüklərdə 10-12 sm dərinlikdə kultivasiya aparılaraq kapilyarın pozulması nəticəsində torpaqda nəmliyin qalmasına şərait yaradılması, sortlar üzrə üzüm yığımına 15-20 gün qalmış aqrotexniki qulluqların dayandırılması, suvarma, dərmanlama işlərinin başa çatdırılması və digər tədbirlərin zəruriliyi fermerlərin diqqətinə çatdırılıb.
Təlim zamanı tarla refraktometri, xüsusi qayçı və bıçaqlar, ucvurma bağ qayçısı, bağlama üçün ip, “tənəkarası becərən hidravlik frez”, mövsümə uyğun olaraq üzümün aqrotexnikası, aqrokimya və inteqrir mübarizə texnologiyalarının əks olunduğu çap materiallarından istifadə edilib və bəzi əməliyyatlar praktiki olaraq həyata keçirilib.
Qeyd edək ki, təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilir və Salyan, Şamaxı və İsmayıllı DAİM-lərinin üzümçülük sahəsində potensialının inkişaf etdirilməsi məqsədi daşıyır.

25-08-2021, 16:56 182

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106