Kadırov bu dəfə Krım müftisini hədələdi: “Səni tapacam və...”


Çeçenistanın rəhbəri Ramzan Kadırov işğal olunmuş Krım Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Ayder Rustemovu təqiblərlə hədələyib.
Sumqayit.tv
xarici agentliklərə istinadən xəbər verir ki, o, müftinin əsir düşmüş çeçen döyüşçülərlə söhbətinə sərt  reaksiya verib. Siyasətçi bildirib ki, məhbuslar Rusiyaya qayıtsalar, Rüstəmovdan qisas almaq üçün dərhal yenidən müharibəyə getməlidirlər.
Qeyd edək ki, bu ilin yanvarın sonunda ukraynalı bloqer Vladimir Zolkinin kanalında Kiyev tərəfindən tanınan müfti ilə aralarında 5 çeçen hərbçinin də olduğu məhbuslarla söhbətin videoyazısı dərc edilib.
Ayder Rüstəmov onlara Ukraynaya qarşı aparılan  müharibənin cinayət olduğunu söyləyib. Müftinin fikrincə, bu savaş Çeçenistan hakimiyyəti tərəfindən mütəmadi olaraq təkrarlanan cihad (müqəddəs müharibə) adlandırıla bilməz. Bu, müftinin əsir düşmüş müsəlmanlarla ikinci görüşüdür, birincisi ötən ilin avqustunda baş tutub.
Bundan sonra Ramzan Kadırov Ayder Rüstəmovun ünvanına təhqiramiz ifadələr səsləndirib.
“Harada olursansa ol, mən şəxsən səndən hesab soracam... əsirlər geri qayıtsalar cəbhədə olub, səni axtaracaqlar”,-deyə Kadırov bildirib. Onun iddiasına görə, əsir götürülmüş çeçenlər "silah gücü ilə" ukraynalı din xadiminin dediyi hər şeyi deməyə məcbur ediliblər.
Halbuki, ötən ilin oktyabr ayında Çeçenistan rəhbərinin özü iqamətgahında əsir götürülmüş ukraynalı hərbçilərlə danışıb. Ukraynalı əsirlər heç bir əsas olmadan onun yanına, Qroznıdakı iqamətgahına gətirilib. Burda onlara “səfərbər edilmiş ukraynalılardan “top yemi” kimi istifadə edildiyini deyib. Əsirlər həmin vaxt “müharibədə iştiraklarının mənasız olduğunu” deyib, eyni zamanda Rusiya təbliğatının irəli sürdüyü tezisləri səsləndiriblər.
Musavat.com

10-02-2023, 17:00 111

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106