Qarabağ klanının daha bir “başı” kəsildi


Ermənistanın keçmiş müdafiə naziri, parlamentdə müxalifətdə olan “Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan barədə cinayət işinin açılması Baş nazir Nikol Paşinyanın əlini gücləndirir.
Sumqayit.tv
xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Seyran Ohanyan barədə açılan cinayət işini şərh edərkən deyib.
“Nikol Paşinyan hər zaman bildirir ki, ordu o hakimiyyətə gəlməmişdən əvvəl bərbad durumdaydı, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan korrupsiya ilə məşğul idilər. Seyran Ohanyana qarşı qaldırılan cinayət işinin materialları Paşinyanın haqlı olduğunu göstərir. Ermənistanın Baş prokuroru Ohanyanın müdafiə naziri olduğu vaxtlar 2 hərbi hissənin ərazisini və binalarını ucuz qiymətə yaxınlarına satmaqda ittiham edib. Seyran Ohanyana qarşı başqa ittihamlar da var. Seyran Ohanyanın korrupsiyaya bulaşdığı onun nazir olduğu illərdə də bəlli idi. Ohanyan 2010-cu ildə İrəvanın mərkəzində bütöv bir binanı satın almışdı”, - politoloq bildirib.
O qeyd edib ki, Nikol Paşinyan rəqiblərindən birini də neytrallaşdırdı:
“Qarabağ klanı itir-itirə gedir. Klanın lderləri Robert Köçəryan və Serj Sərkisyan Paşinyana rəqib deyillər, çünki erməni cəmiyyətində nüfuzları qalmayıb. Bu səbəbdən faktiki hər ikisi siyasətdən uzaqlaşıb.
Paşinyan Kremlin xoşuna gəlmir, erməni baş nazirin açıqlamaları Moskvanı qıcıqlandırır. Rusiya hakimiyyətinin imkanı olsa, onu devirər. Ancaq Kremlin hazırda Ermənistanda bunu reallaşdıracaq adamı yoxdur. Kreml 1990-cı illərin ortalarında prezident Levon Ter-Petrosyanı asanlıqla devirdi, çünki baş nazir Robert Köçəryan və daxili işlər naziri Serj Sərkisyan qiyama rəhbərlik etdilər, o zaman üçün onlar nüfuzlu idilər. İndi isə belələri yoxdur. Paşinyanın İkinci Qarabağ müharibəsində Azərbaycana məğlub olmasına baxmayaraq, ölkəsində rəqibi yoxdur”. /axar.az/

14-02-2023, 11:15 108

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106