Kasparov: "Rus xalqı artıq Putinin uduzduğunu başa düşməlidir"

Münxendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında Rusiya müxalifətinin nümayəndələri ilə görüş keçirilib.
Sumqayit.tv
xarici agentliklərə istinadən xəbər verir ki, burada Mixail Xodorkovski, Harri Kasparov, Janna Nemtsova və “Memorial” hüquq müdafiə təşkilatının nümayəndəsi İrina Şerbakova iştirak ediblər.
Müzakirə Kremlə müxalifətdə olan siyasətçilərin Rusiyanın mümkün gələcəyi ilə bağlı fikirlərinə həsr olunub.
Harri Kasparov Ukraynanın müharibədə qələbəsini Rusiya cəmiyyətində istənilən müsbət dəyişikliklər üçün zəruri şərt adlandırıb. Onun fikrincə, rus xalqı artıq Putinin uduzduğunu başa düşməlidir. O, ilhaq edilmiş Krımın Ukraynaya qaytarılmasını anlaşmanın açarı adlandırıb. “Krım Putin mifologiyasının əsasıdır”, - deyən Kasparov Qərb ölkələrini Ukraynanın qələbəsinə hər cür töhfə verməyə çağırıb.
Mixail Xodorkovskinin fikrincə, Qərb hərbi əməliyyatların genişlənməsindən qorxmamalıdır. Onun sözlərinə görə, deeskalasiya və Kremlin şərtləri ilə barışıq qəbuledilməzdir.
“Bu o deməkdir ki, oğru qənimətini alıb qaça bilər ”, - deyə, Xodorkovski bildirib. O, prezident hakimiyyətinin zəiflədilməsini və hakimiyyətlərin bölünməsi prinsipinin gücləndirilməsini Rusiyanın uğurlu demokratik gələcəyinin açarı hesab edib.
Janna Nemtsova diqqəti Rusiyada çoxlarının Ukraynadakı müharibənin təfərrüatlarını bilməməsinə və onlarla maraqlanmamasına diqqət çəkib.
“Memorial”ın rəhbəri İrina Şerbakova da onu dəstəkləyib. Onun rəyinə görə, Qərb indiki Rusiya hökumətinin dağılması halında xaosdan qorxmamalıdır. Çünki bu cür qorxuları, əslində, Kremlin özü alovlandırır və onlara qalib gəlmək lazımdır.

19-02-2023, 14:48 150

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106