Qarabağda növbəti atəşkəs pozuntusu xəbəri-Rusiya MN


Rusiya hərbi kontingenti Qarabağda üç atəşkəs pozuntusu qeydə aldığını bildirib.
Sumqayit.tv
xəbər veir ki, Musavat.com-un məlumatına görə, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumat bülletenində məlumat verilib. “Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməkdə davam edir. Otuz müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyətə nəzarət edir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Mardakert və Şuşa rayonlarında atəşkəs rejiminin üç dəfə pozulması faktı qeydə alınıb. Ölən və yaralananlar olmayıb. Bu faktlar üzrə Rusiya sülhməramlı kontingentinin komandanlığı Azərbaycan və Ermənistan tərəfləri ilə birgə araşdırma aparır”-açıqlamada deyilir. Dünənki məlumatda olduğu kimi, bu dəfə də Rusiya atəş açan tərəfi konkretləşdirməyib və bununla növbəti dəfə erməni terrorçu dəstələrinin cinayətlərini pərdələməyə çalışıb. Bundan əlavə, rəsmi Bakının xəbərdarlığına və ən yüksək səviyyədə çağırışına baxmayaraq, yenə də arxaik “Dağlıq Qarabağ” ifadəsindən, həmçinin ermənisayağı “Mardakert”, “Stepanakert” yarlığından istifadə olunub.
Rəsmi məlumatda daha sonra deyilir ki, Rusiya sülhməramlıları “Stepanakert-Qoris” (?!) yolunda maneəsiz hərəkətin bərpası ilə bağlı danışıqlar prosesini davam etdirir. “Mardakert, Martuni, Şuşa rayonlarında və Laçın dəhlizində dörd marşrut üzrə patrul xidməti həyata keçirilib. Rusiya sülhməramlılarının humanitar yük daşıyan karvanı Qoris-Stepanakert marşrutu üzrə müşayiət olunub”.

23-02-2023, 09:09 118

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106