TƏCİLİ! Putini qəzəbləndirən bəyanat - Rusiya HEÇ VAXT qalib gəlməyəcək

ABŞ prezidenti Co Bayden Ukraynaya gözlənilməz səfərindən sonra gəldiyi Polşada Rusiya-Ukrayna müharibəsinin 1-ci ildönümünə sayılı günlər qalmış müharibə ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, Bayden Rusiya prezidenti Vladimir Putinin bir il əvvəl "Ukraynaya qanlı hücuma keçdiyini" xatırladıb.
"75 ildən artıqdır ki, sülhün təməl daşı olan qlobal prinsiplər riskə atılıb. Bir il əvvəl dünya Kiyevin süqutuna hazırlaşırdı. Mən Kiyevdən gəlmişəm və deyə bilərəm ki, Kiyev güclüdür" - o deyib.
Bayden Rusiyanın Ukraynaya təcavüzü ilə dünyanın bütün demokratiyalarının sınaqdan keçirildiyini bildirib: "Biz demokratiya üçün ayağa qalxdıq. Demokratiya Putin üçün çox güclü idi".

Putinin Finlandiya və İsveçin NATO-ya üzv olmasını təmin etdiyini izah edən Bayden NATO-nun "həmişəkindən daha birləşdiyini" söyləyib. Bayden əlavə edib ki, Putin NATO-nun dağılacağını və parçalanacağını düşünürdü: “Əvəzində NATO əvvəlkindən daha çox  birləşdi. O, enerjini silahlandıra biləcəyini, Avropanın qətiyyətini qıra biləcəyini düşünürdü və bunun əvəzinə biz Avropanın Rusiya yanacaqlarından asılılığına son qoymağa çalışırıq. Putin özünün sərt olduğunu düşünürdü, sonra amerikalıların dəmir iradəsi ilə üz-üzə gəldi".
Bayden deyib ki, NATO-nun istəyi Putinin uğursuzluğa düçar olmasıdır:
“Putin artıq koalisiyamızın gücündən şübhə etmir. Ukraynaya dəstəyimiz sarsılmayacaq, NATO parçalanmayacaq və yorulmayacaq. Prezident Putinin torpaq və güc hərisliyi sona çatacaq və Ukrayna xalqının vətən sevgisi qalib gələcək. Rusiyanın qələbəsi olmayacaq heç vaxt! Rusiya həyasızcasına insanlığa qarşı cinayətlər törədir”.
ABŞ lideri Rusiyanın səylərinə baxmayaraq, Ukraynanın hələ də "müstəqil və azad" olduğunu xatırladıb:
"Ukraynalı döyüşçülər Xersondan Xarkova qədər bütün torpaqlarını geri aldılar. Qərb Rusiyaya hücum etməyi planlaşdırmır və müharibənin heç vaxt zərurət deyil. Putin bu müharibəni seçdiyi kimi onu asanlıqla bitirə bilər. Rusiya Ukraynaya müdaxiləni dayandırarsa, müharibə başa çatacaq, lakin Ukrayna özünü müdafiə etməyi dayandırsa, bu, Ukraynanın sonu olacaq və buna görə də Ukrayna Qərb müttəfiqlərindən dəstək almağa davam edir".
Rusiya xalqına müraciət edən Bayden deyib: “ABŞ və Avropa ölkələri Rusiyanı nəzarətdə saxlamağa və ya məhv etməyə çalışmır. Putinin dediyi kimi, Qərb Rusiyaya hücum etməyi planlaşdırmır. Bu müharibə heç vaxt zərurət deyil, faciədir. Prezident Putin bu müharibəni seçdi”.
Bayden Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyini də açıqlayıb.

23-02-2023, 16:22 291

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106