ABŞ aviasiyasının ən yaxşı “F-16” pilotu Ukrayna üçün döyüşməyə razılıq verdi - FOTO


ABŞ aviasiyasının “ən ölümcül “F-16” pilotu”, istefada olan polkovnik-leytenant Den Hempton Ukrayna səmasını müdafiə etməyə hazır olduğunu açıqlayıb. O hesab edir ki, Ukrayna “F-16” qırıcılarını idarə etmək təcrübəsi olan əcnəbi pilotlar tapmalıdır, bu, qələbəni yaxınlaşdırmağa kömək edəcək.
Amerikalı hərbçi vurğulayıb ki, tərəfdaşlar arzulanan təyyarələri Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəklər, ancaq ən əsası - həmin təyyarələri idarə edə bilən, qırıcılarda minlərlə saat uçuşu olan və təlimə ehtiyacı olmayan insanları tapmaqdır.
“Bu, ukraynalı pilotları ABŞ-yə təlim keçmək üçün göndərməkdən daha sürətlidir. Yenə də hökumətlər və siyasətçilər qərar verməlidirlər”, - deyə Hempton bildirib.
O hesab edir ki, ölkələrin hökumətləri problemlərini həll etsələr, Ukrayna səmasını müdafiə etməyə hazır olan kifayət qədər amerikalı pilot var.
“Hətta özüm gedəcəyəm, bir nömrə olacağam, mənə arxalana bilərsiniz!” - deyə Hempton vurğulayıb.
Xatırladaq ki, ABŞ-nin “The Politico” qəzeti həm Demokratlar, həm də Respublikaçılar partiyasından olan bir qrup senatorun “F-16” qırıcılarının ən qısa zamanda Ukraynaya təhvil verilməsini tələb edərək Ağ Evə təzyiq göstərdiyini yazıb. Onların fikrincə, belə dəstək döyüş meydanında oyun qaydalarını dəyişə bilər.
Den Hempton həyatı boyu 151 hərbi uçuş həyata keçirib. O, Fars körfəzi, Kosovo və İraqdakı müharibələrdə iştirak edib.








17-03-2023, 11:08 102

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106