Rusiyalı məşhur bloqer saxlanıldı


Rusiyalı məşhur bloqer və “Arzular Marafonu”nun (Marafona jelaniy) yaradıcısı Yelena Blinovskaya vergidən yayınmaqda şübhəli bilinərək saxlanılıb.
Rusiya İstintaq Komitəsi ona qarşı cinayət işi başladıb. O, külli miqdarda gəlirini dövlətdən gizlətdiyinə görə istintaqa cəlb olunan üçüncü rusiyalı bloqer olub.
Blinovskaya barəsində cinayət işinin başladılması aprelin 26-da məlum olub, o, aprelin 27-də Almatıya təyyarə bileti alıb. Lakin gecə bloqerə xəbərdarlıq edilib ki, təhlükəsizlik qüvvələri onu yola düşənə qədər Moskva hava limanında saxlamaq niyyətindədirlər. Bu səbəbdən Blinovskaya qəfil planını dəyişib, sürücüsü ilə “Maybach” çağırıb və Belarus istiqamətinə yol alıb. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları Blinovskayanı qabaqlayıblar - o, dövlət sərhədindən çox da uzaq olmayan Smolensk vilayətində saxlanılıb.
O, gəlirlərini aşağı qiymətləndirib, nəticədə əlavə dəyər vergisi və fiziki şəxslər üçün nəzərdə tutulan vergini ödəməyib. Bloqer maliyyə əməliyyatları edərək pul vasitələrini leqallaşdırıb.
İstintaq hesab edir ki, 2019-2021-ci illərdə o, 918 milyon rubldan çox (təxminən 19 milyon AZN) vergidən yayınıb.
2022-ci ildə Blinovskayanın sosial media izləyicilərinin sayı altı milyona çatıb.
Mənbə: Kommersant

27-04-2023, 13:35 152

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106