Ermənistanda əhalinin azalmasına səbəb nədir? - ŞOK FAKTLAR


Ermənistan əhalisinin sayı sürətlə azalmağa davam edir.
Ermənistan Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən əhalinin sayı 2 milyon 638 min 917 nəfər olub. Əvvəlki illərlə müqayisədə rəqəmlərdə azalma qeydə alınıb. Belə ki, 2022-ci ilin oktyabrına olan məlumata görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfər təşkil edib. Son bir il ərzində əhali sayında təxminən 290 min azalma müəyyən edilib. 
Ermənistanda vətəndaşların sürətli azalmasına təsir edən əsas səbəblər nələrdir?
Politoloq Elçin Abdullayev HİT.az-a açıqlamasında bildirib ki, BMT-nin Əhali Fondu 2050-ci ilə qədər bir sıra ölkələrdə demoqrafik vəziyyətin mənfiyə doğru gedəcəyini proqnozlaşdırır:
 
"O cümlədən, postsovet respublikaları çərçivəsində bizə qonşu olan Rusiya, Gürcüstan və düşmən ölkə olan Ermənistanda vəziyyətin ürəkaçan olmayacağı proqnozlaşdırılır. Təbii ki, ölkələrdə əhalinin sayının azalmasının müxtəlif səbəbləri var. Hesab edirəm ki, burada iqtisadi və sosial amillər rol oynayır. Həmçinin, bu məsələnin psixoloji tərəflərini də nəzərə almaq lazımdır. Ona görə də əhali arasında müəyyən azalmalar meydana gələ bilir".
Ekspert vurğulayıb ki, Ermənistanda iqtisadi vəziyyət də ürəkaçan deyil: "Ermənistan yaşlılar ölkəsi hesab olunur. Yəni orada gənclərin sayında kifayət qədər azalma var. Bu da onunla bağlıdır ki, ermənilər əsasən xarici ölkələrə inteqrasiya edirlər. Xüsusən də bir məsələyə diqqət çəkmək istəyirəm. Ümumiyyətlə, erməni xalqı adətən öz gənclərini 15-18 yaş həddindən sonra xarici ölkələrə göndərməyə çalışır. Xüsusən da öz qızlarını, qadınlarını xarici ölkəyə göndərməyə meyillidirlər. Ermənistan dövləti mövcud olduğu vaxtan indiyə kimi heç vaxt öz təhlükəsizliyini qoruyub saxlaya bilməyib. Hər zaman xarici dövlətlərdən özünə havadar axtarmağa başlayıb. Bunu da öz xanımlarının əli ilə etməyə çalışıblar. Erməni qadınları normal təhsil ala bilmədikləri üçün xaricə çıxanda sosial sferada özlərinə yer tapa bilmirlər. Belə olduğu halda, onlar, başqa millətlərlə ailələr qururlar və gələcəkdə Ermənistan dövləti adına havadar axtarmağa başlayırlar. Bu, erməni xalqının psixologiyasıdır. Təbii ki, bu da Ermənistandan xaricə bir axın yaradır".
Politoloq onu da əlavə edib ki, iqtisadi sarsıntılara və sosial problemlərə görə də Ermənistandan gedənlər olur:
"Amma həm də məqsədli şəkildə ölkəni axın-axın tərk edənlərə də var. Yəni daha çox qadınlar xaricə üz tutduğu üçün Ermənistandakı qadın nüfuzu da azalmağa başlayır. Düşünürəm ki, bu faktorlar Ermənistanda demoqrafik vəziyyətin mənfiyə doğru aparan əsas səbəblərdən biridir. 2050-ci ilə kimi Ermənistandakı vəziyyət daha da acınacaqlı olacaq və qocalma həddi də artacaq. Bildiyimiz kimi, bir cəmiyyətdə qocalma həddinin çoxluq təşkil etməsi həm dövlətə yük olur, həm də əmək fəaliyyətinin məşğuliyyətini aşağı salır".
Pərviz

3-05-2023, 18:29 97

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106