Deputat: Azərbaycan qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasındakı çıxışında Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərini, qarşıdakı dövr üçün prioritetləri və beynəlxalq əməkdaşlıq perspektivlərini aydın şəkildə təqdim edib. Azərbaycan artıq yalnız zəngin enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji təhlükəsizliyinin formalaşmasında fəal və etibarlı tərəfdaş kimi çıxış edir.

Sumqayit.tv xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova səsləndirib.

Deputatın sözlərinə görə, son illər həyata keçirilən ardıcıl və düşünülmüş enerji siyasəti nəticəsində Azərbaycan regionun aparıcı enerji mərkəzlərindən birinə çevrilib:

“Bu siyasətin əsasında uzunmüddətli strateji baxış, milli maraqlara söykənən praqmatik yanaşma və dəyişən qlobal enerji bazarına çevik adaptasiya dayanır. Enerji infrastrukturunun modernləşdirilməsi, yeni ixrac marşrutlarının yaradılması və mövcud kəmərlərin ötürücülük qabiliyyətinin artırılması Azərbaycanın beynəlxalq enerji xəritəsində mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Xüsusilə Cənub Qaz Dəhlizi çərçivəsində reallaşdırılan layihələr ölkəmizin təşəbbüskar və etibarlı tərəfdaş rolunu daha da gücləndirib. Bu dəhliz vasitəsilə Xəzər qazının Avropa bazarlarına çıxarılması təkcə iqtisadi dividendlər qazandırmır, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin təminində mühüm amil kimi çıxış edir. Bu gün Azərbaycan qazı bir sıra ölkələrin enerji balansında sabitləşdirici faktor rolunu oynayır”.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Azərbaycanın 12 ölkəyə qaz tədarük etdiyini vurğulayıb:

“Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici ölkəmizin beynəlxalq enerji bazarındakı rolunun ardıcıl şəkildə artdığını və enerji diplomatiyasının real nəticələr verdiyini aydın şəkildə göstərir. Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına görə Azərbaycanın dünyada birinci yerdə qərarlaşması təsadüfi deyil. Bu illər ərzində formalaşdırılmış güclü infrastrukturun, etibarlı tərəfdaş imicinin və düşünülmüş strateji xəttin məntiqi nəticəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışında xüsusi vurğulamışdır ki, sonuncu dəfə qaz təchizatının coğrafiyasının genişləndirilməsi ilə bağlı səsləndirilən planlar artıq reallığa çevrilib. Bu fakt bir daha göstərir ki, ölkəmizdə qəbul edilən qərarlar konkret fəaliyyət proqramına əsaslanır və qısa müddətdə praktik nəticə verir. Enerji siyasətində sözlə əməl arasında tam uyğunluq Azərbaycanın beynəlxalq arenada etimadını daha da möhkəmləndirir. Əlamətdar məqamlardan biri də qaz təchizatının artıq Avropa hüdudlarından kənara çıxmasıdır. Bu isə Azərbaycanın enerji ixrac marşrutlarının şaxələndirilməsi istiqamətində yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xəzər qazının yeni istiqamətlərə çatdırılması ölkəmizin qlobal enerji xəritəsində mövqeyini genişləndirir, eyni zamanda beynəlxalq bazarda rəqabət qabiliyyətini artırır”.

Parlamentari onu da qeyd edib ki, Azərbaycan artıq təkcə regional deyil, qlobal miqyasda enerji təhlükəsizliyinə töhfə verən aparıcı ölkələrdən biridir:

“Qaz təchizatının coğrafiyasının genişlənməsi, yeni tərəfdaşların qoşulması və mövcud əməkdaşlığın dərinləşməsi gələcək illərdə də müsbət dinamikanın davam edəcəyini deməyə əsas verir. Enerji sahəsində əldə olunan uğurlar nəqliyyat, logistika, sənaye və yaşıl enerji layihələri kimi digər istiqamətlərdə də yeni imkanlar açır. Beləliklə, Azərbaycan enerji resurslarının ixracı ilə yanaşı, regional əməkdaşlıq platformalarının təşəbbüskarı və fəal iştirakçısı kimi çıxış edərək qlobal iqtisadi sistemdə mövqelərini daha da möhkəmləndirir”.


3-03-2026, 19:22 109

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106