“Azərbaycanın Zəfəri” adlı respublika festivalının qalibləri mükafatlandırılıb




Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə  8 Noyabr – Zəfər Günü münasibətilə uşaq və gənclər arasında keçirilən “Azərbaycanın Zəfəri” adlı respublika festivalının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 
 
Sumqayit.tv xəbər verir ki, tədbir Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Cücələrim” ansamblı və Qavaldaş nağara ritm qrupunun, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Azərbaycan Milli Konservatoriyası nəzdində İncəsənət Gimnaziyasının, Bakı şəhəri 21 saylı Uşaq Musiqi Məktəbinin, Ağdam şəhər Uşaq Musiqi Məktəbinin, Samux, Kürdəmir, Şuşa və Bakı şəhərlərinin uşaq incəsənət məktəblərinin hərbi yaradıcılıq kollektivlərinin, ümumilikdə 152 nəfərdən ibarət 12 kollektivinin iştirakı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilib. 
 
Respublika festivalına Bakı şəhəri və respublikamızın regionlarındakı təhsil müəssisələrindən solo, duet, kollektiv olmaqla 4 yaş qrupunda (10 – 13, 14 – 17, 18 – 21 və qarışıq yaş qrupları) vokal, xor, xoreoqrafiya, hərbi ansambl nominasiyaları üzrə 500-ə yaxın iştirakçı qatılıb, 104 videoçarx finala vəsiqə qazanıb. Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib. 
 
Qeyd edək ki, festivalın məqsədi milli qürurun təntənəsinə çevrilən misilsiz qələbənin qeyd olunması, gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması, hərbi-vətənpərvərlik ruhunun və milli-mənəvi dəyərlərin təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, müasir ordumuzun gücünün təbliği və gənclərimizin mərd, cəsur, cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşdırılmasından ibarət olub.
 


10-11-2021, 14:57 190

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106