Zərifə Salahovanın 90 illik yubileyi keçirildi


Fevralın 2-də Zərifə Salahovanın anadan olmasının 90 illik yubileyi tamam olub. Bu münasibətlə mədəniyyət naziri onun 20 il bundan əvvəl yaratmış olduğu İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyinə gələrək Zərifə xanımı təbrik etdi.

Nazir Z.Salahovanın Azərbaycan Respublikasının ictimai və mədəni həyatında fəal iştirak etdiyini və onun fəaliyyətinin həm dövlətimiz, həm də xarici ölkələr tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi. Həmçinin, 1 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilməsi münasibətilə onu təbrik etdi.
Zərifə xanım diqqətinə görə nazirə minnətdarlığını bildirdi və onu yaratdığı muzeyin kolleksiyası ilə tanış etdi. Daha sonra nazir “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Zərifə Salahovaya təqdim etdi. Sonda nazir Zərifə xanımın ailə üzvləri ilə birgə xatirə şəkli çəkdirdi.
Qeyd edək ki, Z.Salahovanın 2002-ci ildə əsasını qoyduğu Miniatür Kitab Muzeyində ümumilikdə dünyanın 83 ölkəsində çap edilmiş 8500-dən çox miniatür kitab saxlanılır. Miniatür Kitab Muzeyi dünyanın ən böyük miniatür kitab kolleksiyası nominasiyası üzrə Ginnesin Rekordlar Kitabına daxil edilmiş və "Guinness World Records" sertifikatı ilə təltif edilmişdir.  Hazırda, Ginnes rekordları kitabının standartlarına uyğun, ölçüləri 75x75 mm qədər olan 3500 ədəd miniatür kitab muzeydə nümayiş etdirilir. Muzeyin ekspozisiyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin yer aldığı miniatür kitablarla yanaşı, dini miniatür kitablar da nümayiş olunur. Muzeyin fondları yeni nəşrlərlə daimi zənginləşdirilir.

3-02-2022, 12:08 216

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106