Azərbaycanda polisin üzərinə “pitbull” qısqırdan şəxslər həbs edildi

Yevlaxda itlə gəzən şəxslər polis tərəfindən saxlanılıb, bu zaman onlar “pitbull” cinsli iti polislərin üzərinə qısqırdıblar.

Sumqayit.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Bakıxanov küçəsində baş verib.
İttihama görə, gecə saat 03 radələrində it ilə küçədə piyada hərəkət edən şəxsləri görən polis əməkdaşları onlara yaxınlaşıb. Bu saatlarda onların küçədə və itlə gəzməsinin şübhəli olduğunu bildirən polislər həmin şəxsləri sorğu-sual edib, şəxsiyyətlərini müəyyən etməyə, küçədə hansı məqsədlə olmalarına aydınlıq gətirməyə çalışıb. Bu zaman həmin şəxslər mübahisə yaradaraq xidmət başında olan əməkdaşların tələblərinə qarşı çıxıblar. Onlar yanlarında olan “pitbull” cinsli iti polislərin üzərinə qısqırdıblar.
Bundan sonra ərazidəki polislərin köməkliyi ilə həmin şəxslər saxlanılıb. Polis şöbəsinə gətirilən şəxslərin Yevlax şəhər sakinləri: 1988-ci il təvəllüdlü E. Kazımov və 1995-ci il təvəllüdlü F.Quliyev olması müəyyən edilib. Onların barəsində protokol tərtib edilərək Yevlax Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə F.Quliyevə 8, itin sahibi olan E.Kazımova isə 15 sutka inzibati həbs cəzası verilib.

13-10-2022, 16:39 284

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106