Dövlət Turizm Agentliyinin dəstəyi ilə Milli Kulinariya Konqresi keçirilib


Oktyabrın 24-də Milli Kulinariya Mərkəzi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı və Dövlət Turizm Agentliyinin dəstəyi ilə Milli Kulinariya Konqresi keçirilib. 

Konqresin keçirilməsinin əsas məqsədi milli kulinariyanın və qastro turizminin inkişafına dəstək olamaq, yerli istehsalçılar və fermerlər arasında əməkdaşlıq əlaqələrini genişləndirmək üçün platforma yaratmaq, həmçinin yerli tərəvəzlərdən istifadə ideyasını təşviq edən “0 km” fəlsəfəsini təbliğ etməkdir.

Beynəlxalq Kulinariya Günü çərçivəsində baş tutan tədbirdə milli kulinariya nümunələrinin tanıdılması və təbliği istiqamətində görülən işlər haqda məlumat verilib  və  bir sıra yeni məhsulların təqdimatı keçirilib.

Tədbirdə çıxış edən edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycanın dünyada “Qastronomiya ölkəsi” kimi tanınması üçün böyük potensialının olduğunu və son illərdə bu istiqamətdə bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib.

Agentlik sədri qastronomiya turizminin inkişafının yalnız ölkənin milli mətbəxinin deyil, həmçinin zəngin maddi-mədəni irsinin, tarixi ənənələrinin, mədəniyyətinin dünyaya tanıdılmasına baxımından mühüm amil olduğunu bildirib.

O, Dövlət Turizm Agentliyinin tabeliyindəki Milli Kulinariya Mərkəzi tərəfindən bu günədək milli mətbəx nümunələrinin tədqiqi, qorunması və tanıdılması üçün vacib işlər görüldüyünü diqqətə çatdırıb. Fuad Nağıyev kulinariyamızın beynəlxalq səviyyədə tanıdılması, milli mətbəximizin dünya mətbəxində özünəməxsus vacib yerə malik olduğunu dünya ictimaiyyətinə çatdırmaq üçün, bütövlükdə bu sahənin inkişafı üçün sənayenin birgə fəaliyyətinin önəmli faktor olduğunu vurğulayaraq mütəşəkkil və koordinasiyalı fəaliyyətin əsas məqsəd olduğunu qeyd edib və sənayeni vahid hədəf üçün birgə fəaliyyətə çağırıb.

Təbirdə çıxış edən Gənclər və idman naziri Fərid Qayıbov gənclərin milli mətbəximizin qorunub saxlanması və inkişafında rolunun artırılması üçün zəruri  olduğunu, dövlətimiz tərəfindən bütün sahələrdə  olduğu kimi kulinariya sahəsində də gənclərin fəaliyyətinə şərait yaradıldığını, həmçinin nazirlik tərəfindən kulinariya sahəsində çalışan gənclərin beynəlxalq müsabiqələrdə iştirakını dəstəkləndiyini qeyd edib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov Azərbaycanda kuinariya sahəsində məşğul olan kiçik və orta sahibkarların inkişafı üçün mövcud dəstək mexanimzlərindən danışıb. O qeyd edib ki, KOBİA tərəfindən restoran və kafe biznesi üzrə sahibkarlar və aşpazlar üçün maliyyə dəstəyi ilə yanaşı,  satış mexanizmləri yaradılır ki, bu da yeni bizneslərin formalaşması və saylarının artmasına şərait yaradır. O əlavə edib ki, kulinariya sahəsinin dəstəklənməsi həm də turizm üzrə yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına kömək edir.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid beynəlxalq tədbirlərdə Azərbaycanın milli mətbəxinin geniş təbliğatının aparıldığını qeyd edib, qastronomiya turizminin və milli şərabçılıq ənənələrinin tanıtımı üçün enoturizmin inkişaf etdirilməsi üçün görülən tədbirlər haqqında məlumat verib. 

Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Orxan Sadıqov milli mətbəxin qorunmasının ölkəmizin identifikasiyası və milli irsi üçün önəmli amil olduğunu qeyd edib. O, mərkəzin əsas fəaliyyətinin elmi-metodolji bazanın təkmilləşməsinə yönəldiyini, mərkəzin milli mətbəxi təşviq edən, milli yeməklərin reyestrini yaradan qurumlar üçün istinad mərkəzinə çevriləcək elmi mərkəz olmağı hədəfləyini vurğulayıb.

Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının sədr müavini Fərhad Aşurbəyli çıxışında Assosiasiyanın fəaliyyəti və planlaşdırılan layihələr haqqında məlumat verib. O, kulinarları birləşdirən ictimai təşkilat olaraq bu növ tədbirlərin keçirilməsinə hər zaman önəm verdiklərini və beynəlxalq yarışlarda təmsil olunmağın vacibliyini qeyd edib.

Tədbir panel sessiyalarla davam edib və tədbir çərçivəsində tanınmış aşpazlar tərəfindən ustad dərsləri keçirilib.

24-10-2022, 15:44 148

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106