“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

 



Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri keçirildi.
Sumqayit.tv xəbər verir ki, bu dəfə tədbir Dağüstü parkda təşkil olundu. Tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.
Olimpiya çempionlarının da dəvət olunduğu tədbir Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən başlayıb. Ekskursiya avtobuslarında şəhəri gəzən  şəhidlərin övladları “Zəfər marşı”nı  ifa edərək tədbirə qatıldılar. Onlar öz atalarının fotoları həkk edilən geyimlərdə, digər uşaqlar üzərində subay şəhidlərimizin rəsmləri, şəhid anaları isə övladlarının şəkli olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirə qatıldılar.
Tədbirin rəsmi hissəsində aparıcı Nərgiz Cəlilova qəhrəman övladlarını, şəhid analarını, şəhid xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edildi.
Sonra Müdafiə Nazirliyinin Sosial Müdafiə Şöbəsinin rəisi Həbib Məmmədov çıxış edərək bu cür tədbirlərin mütəmadi keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirdi. Vətən uğrunda canından keçmiş oğullarımızın övladlarının hər birimiz üçün bir əmanət olduğunu deyən şöbə rəisi onların işıqlı gələcəyi naminə əlimizdən gələn hər şeyi etməyin vacibliyini vurğuladı.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenant Hafiz Təmirov da şəhid və qazilərimizin qəhrəmanlıqlarının xalqımız tərəfindən heç vaxt unudulmayacağını, bu cür oğulların var olduqca bu Vətənin daim yaşayacağını dedi.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov da çıxış edərək kimliyindən asılı olmayaraq hər kəsin şəhid ailələrinə diqqətlə yanaşmasının vacibliyindən danışdı.
“Fire Land Production”un rəhbəri Cəlal Qurbanov  da öz növbəsində tədbirin əsas məqsədinin qanı ilə tarix yazan hər bir şəhidimizin uşaqdan böyüyə hər kəsin yaddaşına həkk olunması, daim qürurla xatırlanması olduğunu dedi. Dövlətimizin  başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin böyük həssaslıq və sevgiylə yanaşdığı şəhid ailələrinin hamımızın əzizi, doğması olduğunu deyən C.Qurbanov vurğuladı ki, xalqımızın da hər zaman qəhrəmanlarımızın ailələrinin yanındadır.  O, bu layihənin hüdudlarının təkcə Bakı şəhərini əhatə etməyəcəyini, Azərbaycanın digər bölgələrində də bu cür tədbirlərin keçiriləcəyini dedi.
Şəhid analarına müraciətlə çıxış edən ilahiyyatçı Hacı Zaur Məmmədov onlara belə qəhrəman övladlar yetişdirdiklərinə görə minnətdarlığını bildirdi, şəhidlərimizə Allahdan rəhmət dilədi.
Tədbirin xüsusi qonağı Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə də şəhid övladları ilə birlikdə oldu, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşdü. O,  “Sən yadıma düşəndə” mahnısını ifa etməklə həssas anlar yaşandı.
Sonra “Əbədi məşəl” abidə-kompleksində qəhrəmanlarımızın övladları “Zəfər” marşını oxuyaraq və səmaya ağ göyərçinlər uçuraraq dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını  verdilər.
Sonda qəhrəman övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə olundu.

24-08-2021, 11:02 167

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106