Qida böhranı astanasında ola bilərik: “Yerli istehsalı artırmağımıza ehtiyac var” - FOTO


Marketlərdə yerli mallar xaricdən gətirilən məhsullardan baha satılır. Məsələn, Rusiya istehsalı olan günəbaxan yağı 4,80-4,90 manata satıldığı halda Azərbaycanda istehsal olunan yağ 6,50-6,60 manata təklif olunur. Həmçinin 1 manat 30 qəpiyə satılan 200 qramlıq xarici istehsal olan mayonezin yerli alternativinin qiyməti 1 manat 65 qəpikdir. Qeyri-ərzaq məhsullarının satışında da vəziyyət eynidir. Bunu yerli məhsula çəkilən xərclərin yüksək olması ilə əlaqələndirirlər.
İdxal artdıqca istehsal azalır, buna görə də xarici məhsul bazarda daha ucuz ola bilər. Yerli məhsula çəkilən xərclər isə inflyasiya səbəbindən yüksək olur. Sahibkarlar istehsal əvəzinə idxala üstünlük verirlər.
Bəs görəsən, bu məsələ hansı şəkildə tənzimlənməlidir? İnsanlar hansı məhsulun istifadəsinə daha çox üstünlük verirlər?
Sumqayit.tv
xəbər verir ki, mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimovun sözlərinə görə, məhsulun dəyəri xammal və inqrediyentlərinə çəkilən xərc hesabına müəyyən edilir:

“Əlavə vergi və daşınma xərcləri də ola bilər. Müəyyən məhsullar var ki, Azərbaycanda istehsal olunur. Lakin həmin məhsulların tərkibində olan xammal və inqrediyentlər xarici ölkədən gətirilir.
Günəbaxan yağı Rusiya və Ukraynada daha ucuzdur. Çünki həmin ölkələrdə günəbaxan tumlarının əkilməsi üçün geniş sahələr ayrılıb. Bu, təkcə günəbaxan yağına aid deyil. Azərbaycanda belə məhsulların əsasını təşkil edən bitkilərin əkilməsi o qədər də geniş yayılmayıb. Rusiya və Ukrayna qədər həmin məhsulların əkinini həyata keçirmirik”.
A.İbrahimov qeyd edib ki, Azərbaycan qida böhranının astanasında ola bilər:
“Xammal ilə yanaşı, digər əlavə xərclər də ortaya çıxır. Azərbaycanda da bu işləri həyata keçirmək olar. İlk növbədə məhsul əlavə dəyər vergisindən azad olunmalıdır. Qida məhsulu istehsalçılarına dövlət tərəfindən dəstək olmalıdır, yoxsa 2023-cü ilin ilk ayından etibarən Azərbaycan qida böhranı astanasında ola bilər. Ona görə düşünürəm ki, bu istiqamətdə dövlət proqramı tətbiq olunmalıdır. Xammalın gətirilməsində müəyyən şərtlərlə yüngülləşdirmələr aparılmalıdır.
Dünyanın taxıl ehtiyacının 25 faizini qarşılayan iki ölkə - Rusiya ilə Ukrayna - arasında gedən müharibə hazırda bəşəriyyəti qida böhranı təhlükəsi ilə üz-üzə qoyub. Bu müharibə Azərbaycana xarici faktor olaraq ciddi təsir göstərir”.
Ekspertin fikrincə, yerli istehsalı artırmağımıza ehtiyac var:
“Müəyyən nüanslar var. Ölkəyə həmin məhsulların çox daxil olması müəyyən balans yaradır, qiyməti stabil saxlamağa yardım edir. Bu da öz növbəsində rəqabət yaradır. İnsanlar, əsasən, daha ucuz və keyfiyyətli məhsula üz tuturlar. 
Bu səbəbdən də yerli istehsalı artırmaq lazımdır. Yerli istehsal da tək “istehsal edirəm” deməklə olmur. Bir çox komponentləri var. 2021-ci ildə yanacağın qiyməti iki dəfə artmışdı. Bunun özü də istehsal xərclərinə ciddi təsir göstərməyə başladı. Bu istiqamətdə müəyyən yumşalmalar etməliyik. Bunu etmiriksə, boynumuza almalıyıq ki, bu işi görə bilmirik. Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq. Kim bacarırsa, bazara ucuz məhsul daxil etsin”.
Şəhər sakini Nigar Ağayeva yerli məhsullardan çox az istifadə etdiyini qeyd edib:
“Yerli məhsullardan sırf qiymətlərin yüksək olması səbəbindən az istifadə edirəm. Marketlərdə məhsullara yaxın durmaq mümkün deyil. Qiymətlər od tutub yanır. Daha çox ən münasib, yəni ucuz və keyfiyyətli məhsul axtarışında oluram. O da yerli istehsal məhsulu deyil”.
Nicat İsmayılov isə ümumiyyətlə qiymətlər arasında o qədər ciddi fərq görmədiyini söyləyib:
“Qiymətlər o qədər yüksəkdir ki, onları ayırd etmək belə, mümkün deyil. Bütün məhsulların qiyməti artıb. Üzərinə “endirim” yazırlar. Lakin o da çox vaxt düzgün olmur. Elə həmin “endirilən” qiyməti də baha olur. Əgər, həqiqətən, endirim edilibsə, öz qiymətinin nə qədər olduğu çox maraqlıdır. Qiyməti əl yandıran məhsulların içərisindən ən ucuzunu seçib, almağa çalışırıq. Lakin tapa bilmirik”.

12-01-2023, 11:59 176

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106