Vüsal Kərimli bu şirkətləri tenderdə qalib edib - Fakt


Bakı Nəqliyyat Agentliyi (BNA) ilə bağlı tənqidlər, iradlar hələ də səngimək bilmir və qurumun rəhbəri Vüsal Kərimlinin adı korrupsiyada hallanır.
Sumqayit.tv
Unikal-a istinadən xəbər verir ki, adıçəkilən qurumda korrupsiya və yeyintinin həm miqyası, həm də mexanizmi aydın şəkildə görünür. Belə ki, BNA il ərzində dövlətdən təqribən 200 milyon manat dotasiya alır. Sözügedən vəsait isə Kərimliyə yaxın şirkətlər arasında bölüşdürülür.
Təkcə 2022-ci il ərzində dəyəri milyondan çox olan tender layihələrinin qalib edilmiş şirkətləri aşağıdakılardır:
"CIG AZERBAİJAN" MMC – 985413.7 AZN
"ADVENTA CO" MMC - 498308.58 AZN
"FIRE SECURITY" MMC -1890450.03 AZN
“SM CONSTRUCTION SUPPLIES" MMC - 2340394.3 AZN
“N TENSILE" MMC - 160305.83 AZN
"ARIS" MMC – 3 tender layihəsi birlikdə - 1.995.714 AZN
"ORN GROUP" MMC – 644.992 AZN
"FLEX GROUP" MMC – 541.996 AZN
“SEAR SUPPLY” MMC – 2 tender layihəsi üzrə 1.577.038 AZN
"A4 PLAZA" MMC – 138.924.35 AZN
"TECHMASTER" MMC - 3178565.64 AZN
İlk baxışda bu prosesin tenderlər yolu ilə həyata keçirildiyinə dair təəssürat yaransa da, əslində obyektivlikdən söhbət gedə bilməz, yəni satınalma müsabiqələrinin "qaliblər"i əvvəlcədən məlumdur. Marşrutların təşkili, "Bakıkart" üçün post-terminalların, dayanacaqların quraşdırılması və s. bu kimi xidmətlərin həyata keçirilməsi ilə bağlı tenderlərin "qalib"inə çevrilən şirkətlər vasitəsilə silinən pullar isə Vüsal Kərimli ilə yanaşı, onun himayədarına çatır. İddialara görə, bu korrupsiya mexanizminin konkret şərti də var – hər hansı xidmət üçün ayrılan vəsaitin 40 faizi "qalib" şirkətə çatır, yerdə qalan 60 faiz isə Kərimli ilə onu himayə edən məmura ötürülür.
BNA rəhbərinin ən ilginc yeyinti "fəndi" isə "Bakıkart"la bağlıdır. "Bakıkart"ın idarəçisi "K Group" şirkətidir. Yeraltı və yerüstü sərnişindaşıma üzrə kartlara yüklənən hər gediş haqqı məbləğinin 5 faizi xidmət haqqı olaraq məhz "K Group"a çatır. Sərnişindaşıma şirkətlərinin sahibləri indiyədək dəfələrlə BNA rəhbərliyinə müraciət edərək həmin faizin kifayət qədər yüksək olduğunu bildirib və aşağı salınmasını istəyiblər. Onların bu haqlı irad və istəyi isə Vüsal Kərimli tərəfindən hər dəfə rədd olunub. Səbəb kifayət qədər aydındır.
Qeyd edək ki, adıçəkilən şirkəti BNA rəhbəri öncə öz adına qeydiyyatdan keçirib. Hətta şirkətin rəsmi saytının – bakikart.az domeni də Kərimlinin adına qeydə alınıb. Lakin sonradan bu cür rəsmi sənədləşmələrin artıq geniş ictimaiyyətə açıq olduğunu öyrənən Agentlik rəhbəri bu dəfə şirkət və saytı öz adından çıxararaq yaxın adamlarının adına rəsmiləşdirib. Lakin V.Kərimli iki məqamda gecikib: əvvəla, şirkətin yerləşdiyi "Çıraq Plaza"nın sahibi məhz BNA-nın icraçı direktorunu himayə edən məmura məxsusdur; ikincisi, domenin məhz Kərimlinin adına olmasını təsdiqləyən skrinşot mövcuddur.

12-01-2023, 14:47 240

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106