Zirəddin Rzayevi Azərbaycana buraxmırlar? - “Mən şoka düşürəm”


Rusiyada  yaşayan həmyerlimiz, tanınmış ekstrasens-kliniki psixoloq Zirəddin Rzayevin müsahibələri, açıqlamaları hər dəfə ciddi müzakirələrə, söz-söhbətlərə rəvac verir. Uzun müddətdir Moskva şəhərində yaşayan həmyerlimizin niyə Azərbaycana geri dönmədiyi barədə suallar tez-tez insanları düşündürür.
Bəs görəsən, ekstrasens niyə Azərbaycana geri dönmür?

Mövzu ilə bağlı danışan Z.Rzayev Dövlət Miqrasiya Xidmətinin onun övladına Azərbaycan vətəndaşlığı vermədiyini açıqlayıb:
“Mənim qızım Azərbaycanda doğulub, mən özüm də, həyat yoldaşım da Azərbaycan vətəndaşı idi. Qızım Azərbaycanda doğulubsa, ana-ata da Azərbaycan vətəndaşıdırsa, o Azərbaycan vətəndaşı sayılır. Bunu Prezidentdən başqa heç kəs onun əlindən ala bilməz. 
Qızım hələ 18 yaşına çatmamış həyat yoldaşımı göndərdim ki, gedib ona pasport alsın, amma təəssüflər olsun ki, bu alınmadı. Miqrasiya xidmətindən bildirdilər ki, 17 yaşına qədər pasport almayıb deyə biz ona pasport verə bilmərik. Qızım Gəncədə doğulub.
Mən bunu eşidəndə dəhşətə gəldim ki, axı insanı Prezidentdən başqa heç kim vətəndaşlıqdan çıxara bilməz. Miqrasiya Xidmətində sual verdim ki, bu uşaq Azərbaycanda doğulubmu? Dedilər ki, bəli. Uşaq faktiki Azərbaycanda doğulub və ikili vətəndaşlığa da icazə var. Amma qızıma Azərbaycan vətəndaşlığı vermədilər, dedilər ki, belə qanun var. Belə şey olarmı? Mən şoka düşürəm. İndi Azərbaycana niyə gəlmədiyimi sual edəndə deyirəm ki, Azərbaycan mənim qızıma vətəndaşlıq verdimi ki, mən onları götürüb vətənimə gəlim? Bəzi suallar var”.
Ekstrasens yaxın aylarda Azərbaycana gələcəyini də bildirib:
“Özüm təbii ki, Azərbaycana gələcəyəm. Hazırda işlərim bir az çox olduğu üçün gələ bilmirəm, vaxtım buna izin vermir. Məni sevənlərə bildirmək istəyirəm ki, yaxın vaxtda – mart, aprel ayında Azərbaycana gəlmək planlarım var”. /buta.ws/

26-01-2023, 16:28 138

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106