Monolit ailə institutuna dair təlimlərə Salyandan start verilib -FOTOLAR


"Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə regionlarda gənclər üçün "milli-mənəvi dəyərlər və monolit ailə institutu” mövzusunda maarifləndirici təlim kursuna Salyan rayonundan start verdi.
Sumqayit.tv xəbər verir ki, rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş, GİKM nümayəndəliyi və digər aidiyyətli struktur təmsilçilərinin iştirakı ilk təlim Salyan rayonunda 30 nəfər yerli gənc üçün təşkil olundu. İştirakçılar öncə təlim vasitələri (loqolu qovluq, bloknot və qələm) və mövzuya dair və İB tərəfindən hazırlanan kitabça ilə təmin olundular.   
Təlim kursunun açılışında Salyan rayon icra hakimiyyətinin baş məsləhətçisi Əzizağa Yaqubov, rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov çıxış edərək, bu maarifləndirici layihənin və təlim kursunun bölgə gəncləri üçün fayda və əhəmiyyətini müsbət qiymətləndirdilər.
ADTGT sədri Asif Əsgərli və layihə rəhbəri, ADTGT icraçı direktoru Gülnarə Bağırova layihəyə dəstək verən AGF-na və Salyan rayon icra hakimiyyətinə təşəkkürünü bildirərək, 3 ay ərzində Salyan, Biləsuvar, Neftçala rayonu və Şirvan şəhəridə icra olunan layihənin erkən və qohum nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizədən və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvəi dəyərlərin və ailə ənənələrinin aşılanmasından danışdı. 
Təlim ekspert Asif Əsgərlinin təqdimatı ilə proqrama uyğun aparıldı və interaktiv, iştirakçıların da fəal iştirakı ilə davam etdirildi. Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı region gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlimin sonunda qiymətləndirmə aparıldı və iştirakçılar sertifikatlarla təltif olundular.
Layihədə Gənclərin İnkişaf və Karyera Mərkəzi və onun yerli nümayəndəlikləri tərəfdaş olaraq iştirak edirlər.  

29-01-2023, 19:38 164

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106