ADTGT erkən və qohum nikahlarla mübarizə mövzusunda təlimlərə Masallıdan start verdi



Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə  “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi (ADTGT) tərəfindən icra olunan “Erkən və qohum nikahlarla mübarizədə region təmsilçilərinin bilik, bacarıq və potensialının artırılmasına dəstək” layihəsi çərçivəsində təlimlərə Masallı rayonunda start verildi.
Rayon icra hakimiyyəti, gənclər və idman idarəsi, qeydiyyat şöbəsi, təhsil, səhiyyə, ailə, qadın və uşaq problemləri ilə iş və digər aidiyyətli struktur təmsilçilərinin iştirakı ilə Masallı Gənclər Evində təşkil olunan təlimə 30 nəfər yerli təmsilçi cəlb olunmuşdu. İştirakçılar təlim vasitələri (qovluq, bloknot və qələm) və mövzuya dair və İB tərəfindən hazırlanan kitabça ilə təmin olundular.   
Təlim kursunun açılışında Masallı rayon icra hakimiyyəti, rayon strukturları rəsmiləri çıxış edərək, bu maarifləndirici layihənin bölgə təmsilçiləri üçün fayda və əhəmiyyətini müsbət qiymətləndirdilər.
ADTGT İctimai Birliyinin sədri Asif Əsgərli layihəyə dəstək verən QHT Agentliyinə öz təşəkkürünü bildirərək, 3 ay ərzində Masallı, Biləsuvar, Şamaxı və Kürdəmir rayonunda icra olunan layihənin erkən və qohum nikahların gənclərə, onların tibbi-psixoloji, sosial-hüquqi durum, vəziyyətinə və ümumilikdə monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizədən və bu sahədə vacib alət və mexanizmlərin aşılanması və tətbiqindən danışdı. 
Sonra təlim ekspert Gülnarə Bağırovanın proqram mövzularına uyğun aparıldı, interaktiv, iştirakçıların da fəal iştirakı ilə davam etdirildi. Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı region gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlim sonda iştirakçıların qiymətləndirməsi və gələcək əməkdaşlıq şəbəkəsinin qurulması təşəbbüsü ilə yekunlaşdı.
ADTGT İctimai əlaqələr və informasiya departamenti          











10-04-2023, 23:48 164

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106