Sumqayıtın baş memarı Əvəz Zeynallının məhkəməsində İFADƏ VERDİ


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda ittiham olunan jurnalist Əvəz Zeynallının növbəti məhkəmə iclası keçirilib.
Sumqayit.tv xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma şöbəsinin müdiri-şəhərin baş memarı Adil Xudadatov məhkəmədə ifadə verib.
Prosesdə şahid qismində çıxış edən Adil Xudadatov bildirib ki, Elnur Şükürov idarəyə gələrək onunla danışmaq istəyib:

“2018-ci ildən bəri tikinti şöbəsinin rəisiyəm. Elnur Şükürovu, Əvəz Zeynallını ancaq sosial şəbəkələrdə görmüşəm. Memarlıq idarəsində çox az-az oluram. Elə idarədə olduğum günlərdən biri idi. Mühafizədən zəng etdilər ki, Elnur Şükürov səninlə görüşmək istəyir.
Jurnalist olduğu üçün başçı Zakir Fərəcova məlumat verdim. Mənə dedi ki, qəbul elə və işlərinə kömək et. Zakir müəllim artıq məlumatlı idi”.
Onun sözlərinə görə, Elnur Şükürov Nəzakət Cəfərovanın işi ilə bağlı müraciət edib:
“Elnur Şükürovu otağıma dəvət etdim. Yanında Teymur adlı biri vardı. Cənab başçı deyəndən sonra Elnur Şükürov gəldi, onu dinlədim, o, gedəndən sonra məsələni başçıya məruzə etdim. Zakir Fərəcov da dedi ki, ona kömək edim. Mən də tapşırıq verdim, sənədləri hazırladılar".
Təqsirləndirilən şəxs Elnur Şükürov Zakir Fərəcovla görüşdüyünü təsdiqləyib:
"Mən bunu həmişə demişəm ki, icra başçısı ilə bir neçə dəfə görüşmüşəm. Bu işlə bağlı mən Zakir Fərəcova görüşəndə Zakir müəllim dedi ki, məzuniyyətə gedir. Ona görə də mənim yanımda Adil müəllimə zəng vurub məni tapşırdı. Mən də Adil müəllimlə görüşdüm, o da məsələni həll elədi". 
Daha sonra şahid Adil Xudadatov prosesdə müdafiə tərəfin suallarını cavablandırarkən özünü pis vəziyyətə salıb.
Vəkil şahiddən Elnur Şükürovun xahişi ilə Nəzakət Cəfərovanın obyektinin sənədləşdirilməsi prosesində qanunsuzluğun olub-olmamasını soruşub. Adil Xudadatov isə suala gülünc cavab verib:
"Xeyr! Sənədləşmə prosesində heç bir qanunsuzluq olmayıb. Əgər qanunsuzluq olsaydı, onu da yoluna qoya bilərdik. Onun da yolları var".
Baş memarın cavabı proses iştirakçılarının gülüşünə səbəb olub. 
Məhkəmə iclası sentyabrın 8-ə təxirə salınıb. 
Qeyd edək ki, Baş Prokurorluğun rəsmi məlumatında bildirilir ki, Ə.Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Elnur Şükürovla vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Əvəz Zeynalova Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham irəli sürülüb.
Xatırladaq ki, ötən ilin avqustunda jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının səs yazısını yayaraq onun həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən rüşvət almaqda ittiham etmişdi. İddia olunmuşdu ki, Ə.Zeynallı R.Məmmədov barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək onun ailəsindən 20 min manat rüşvət alıb//lent.az

1-09-2023, 19:54 144

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106