Lənkəranda kənd məktəbinin şagirdləri üçün onlayn öyrətmə platformasına dair layihənin təqdimatı olub


AR Elm və Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” VII Qrant müsabiqəsinin qalibi olan və Lənkəran rayonu N. Aslanov adına Ləj kənd tam orta məktəbi tərəfindən icra olunan “Khan Academy Lənkəran təhsilində” layihəsinin açılış tədbiri – ictimai təqdimatı keçirilmişdir. 
Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbində təşkil olunan açılış tədbirində - ictimai təqdimatda qalib olan məktəbin rəhbərliyi (direktor və direktor müavinləri), ümumtəhsil müəssisəsinin 10 nəfər ibtidai sinif müəllimi, layihə heyəti, ekspertlər, eləcədə Lənkəran rayonu Haftoni qəsəbə S. Əliyev adına tam orta məktəbin rəhbərliyi, ibtidai sinif müəllimləri, Lənkəran-Astara regional təhsil idarəsi və Lənkəran şəhər təhsil sektorunun məsul əməkdaşları, Lənkəranın digər ümumtəhsil müəssisələri direktorları və digər məsul qonaqlar iştirak edirdilər.
Təqdimatı açan layihənin rəhbəri, Ləj kənd tam orta məktəbin direktoru İlkin Yaqubov ilk olaraq 9 (doqquz) ay müddətində icra olunacaq layihənin məqsəd və vəzifələri, nəzərdə tutulan fəaliyyətlər haqqında ümumi məlumat verdi və hər 2 məktəb üçün layihənin müsbət əhəmiyyətini qeyd etdi. 
Sonra layihənin eksperti Asif Əsgərli çıxış edərək, Lənkəran rayonu N.Aslanov adına Ləj kənd tam orta məktəbi və S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin ibtidai sinif şagirdlərinin onlayn öyrətmə platforması Khan Academy əlçatanlığını və səmərəli istifadəsini təmin etməklə şagirdlərdə riyazi, məntiqi təfəkkürü, sürətli hesablama vərdişini və yüksək IQ qabiliyyətini inkişaf etdirmək üçün bu təhsil müəssisələri müəllimlərin bilik, bacarıq və təcrübəsinin artırılmasını və eləcədə məktəb üçün nəzərdə tutulan geniş texniki dəstək fəaliyyətlərini qeyd etdi. 
Asif Əsgərli təqdimatında layihə çərçivəsində qısa hazırlıq dövründə görülmüş operativ işləri qeyd edərək, növbəti ayda ibtidai sinif müəllimləri üçün nəzərdə tutulan peşəkar təlimin hazırlıqları, nəzəri bilik və praktik təcrübənin tətbiqi ilə pedaqoqların arifmetika tədrisinə marağının artması və bu tədrisin gələcək davamlılığını bildirdi.
Layihənin sosial media, KİV və sosial şəbəkələrdə geniş məlumatlandırma, paylaşımların edildiyi, Facebook səhifəsi, WhatsApp qrupu və e-poçtunun yaradıldığı və müəllimlərin təlimdə iştirakı üçün onlayn ərizə-qeydiyyat sisteminin yaradıldığını vurğulayan A.Əsgərli layihənin müsbət davamlılığı olaraq şəbəkənin qurulacağını və onun requlyar fəaliyyət göstərəcəyini bildirdi. 
Sonra təqdimatda dəvət olunan qonaqlardan İqbal Əmənullayev, Gülnarə Bağırova, Aydın Əbilov, Lənkəran şəhər təhsil sektorunun əməkdaşları Mais Quliyev, Cəmil Axundzadə və eləcədə digər orta məktəb direktorları çıxış edərək, bu layihənin Ləj kənd və Haftoni qəsəbə tam orta məktəbləri, onların şagirdləri, müəllimləri və ümumilikdə Lənkəran təhsili üçün müsbət əhəmiyyəti və rolunu qiymətləndirdilər və uğurlar arzuladılar.
Sonda açılış tədbiri iştirakçıların sual, fikir, təklif və rəyləri ilə qısa müzakirələr aparıldı.









25-10-2023, 20:54 432

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106