“Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib







Təhsil Nazirliyinin dəstəyi, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı iləBakı şəhər ümumtəhsil məktəblərinin və respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri arasında “Xarıbülbül” adlı Respublika Uşaq Rəqs Festivalına start verilib.
 
Sumqayit.tv xəbər verir ki, müsabiqə milli (xalq və folklor) rəqslər, Azərbaycanda yaşayan milli azlıq, azsaylı xalqlar və etnik qrupların rəqsləri, vətənpərvərlik mövzusunda fləşmob, rəqs kompozisiyaları üzrə 3 yaş (7-12, 13-17 və qarışıq) qrupunda və 3 mərhələdə keçirilir.
 
Müsabiqənin şərtləri aşağıdakılardır:
- Festivalda Bakı şəhərinin ümumtəhsil məktəblərinin, respublikada fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzlərinin 7-17 yaşadək olan uşaq və yeniyetmələrdən ibarət rəqs kollektivləri iştirak edə bilər;
- Rəqs qrupunun tərkibi 6-12 nəfərdən ibarət ola bilər;
- Təhsil müəssisələri hər nominasiyada müxtəlif yaş qrupları üzrə 1 rəqs nömrəsi təqdim edə bilər;
- Təqdim olunan rəqs nömrələrinin videogörüntüləri aydın və keyfiyyətli çəkilməli və təşkilat komitəsinin xaribulbulfestival2021@gmail.com elektron poçt ünvanına göndərilməlidir;
- Çıxışın müddəti 1-3 dəqiqədən artıq olmamalıdır;
- Rəqs kollektivinin geyimi rəqsin məzmununa uyğun olmalıdır;
- Rəqsin musiqisi aydın və keyfiyyətli olmalıdır.
 
Festival aşağıdakı mərhələlər üzrə keçiriləcək:
l mərhələ – 28 sentyabr - 22 oktyabr 2021- ci il. Festivala qatılmaq istəyən iştirakçıların qeydiyyatı ilə bağlı sifarişlərin və videogörüntülərin qəbulu. Bu mərhələdə iştirakçıların sifarişləri və videogörüntüləri Təşkilat Komitəsinin xaribulbulfestival2021@gmail.com elektron poçt ünvanına göndərilməlidir.
ll mərhələ  –  23-31 oktyabr 2021-ci il. Münsiflər heyəti tərəfindən videogörüntülərə baxılması və qiymətləndirilmənin aparılması.
lll mərhələ – 6 noyabr 2021- ci il. Festivalın final konserti, qaliblərin elan  olunması və mükafatlandırılması.
 
Müsabiqədə hər yaş qrupu üzrə l, ll, lll yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılacaq,  hər nominasiya üzrə yüksək ifa tərzi ilə seçilən rəqs kollektivləri münsiflər heyətinin xüsusi mükafatına layiq görüləcək, festivalda iştirak edən rəqs kollektivləri diplomlarla təltif olunacaqlar.
 
Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 421 54 66 , +994 12 421 41 91, +994 55 549 58 52, +994 77 440 22 94 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.









29-09-2021, 15:22 337

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106