104 yaşlı azərbaycanlı: “Uzunömürlülüyün sirri gec evlənməkdir” - FOTO


Azərbaycanın hazırda ən yaşlı kişi pensiyaçısının 104 yaşı var . Tovuz rayonunun Ağdam kənd sakini olan Fərrux Səməd oğlu Hacıyev 01.01.1920-ci ildəndir.
Atası haqqında AzVision.az -a danışan Qasım Hacıyev bildirib ki, ailədə 4 uşaqdırlar - 3 oğlan, bir qız. Fərrux kişinin ən böyük övladının 64, ən kiçiyinin isə 56 yaşı var. Balaca oğlu I Qarabağ müharibəsində iştirak edib, I qrup əlildir.

Qasım Hacıyev deyib ki, yaşla əlaqədar atasının yaddaşı zəifləyib və keçmişi getdikcə unudur:
“Koronavirusa qarşı iynə vurulandan sonra ayaqları da tutulub. Sadəcə gəzməyi sevdiyi üçün yataqda qalmır, çətin də olsa, çəliklə bağa düşüb, gəzir, hərəkət etməyə çalışır. Gözləri də zəifləyib, övladlarını, nəvələrini səslərindən tanıyır. Bacımla, qardaşım Sumqayıtda yaşayır, 2-3 ay qışda gedib, onların yanında qalır. Amma mart ayında artıq deyir ki, “burada sanki həbsdəyəm, kəndə qayıtmaq istəyirəm”.
Fərrux dayının 6 nəvəsi, 5 nəticəsi var. Qasım Hacıyev nəvə-nəticəsinin sayının az olmasını həm atasının, həm də onların gec ailə qurması ilə əlaqəli olduğunu deyib:
“Atamgilin nəsli uzunömürlüdür. Uzunömürlü olmalarının bir sirri isə gec ailə qurmalarıdır. Deyir ki, atası da, babası da ona məsləhət ediblərmiş ki, “gec ailə qur, uzun ömür sür”. Atamın gec ailə qurmasının digər səbəbi isə II Dünya müharibəsi olub. Atam danışırdı ki, qardaşı 1939-cu ildə Rusiya-Finlandiya müharibəsinə aparılıb. 1941-ci ildə evə təzə gəlmişdi ki, kənd soveti gəlib qardaşını anasının əlindən alıb. Anası nə qədər yalvarıb ki, bir gün də qalsın, qoymayıblar.

Qardaşı müharibədən qayıtmadı. Anası isə onun da getməməsi üçün qaçaqlıq etməyini bildirib. Özünün danışdığına görə bir gün çayda iki kənd uşağı ilə çimirmiş, görüb uzaqdan kimsə gəlir, qaçıb kolda gizlənib. Həmin adam iki gənci müharibəyə aparıb. Onlardan biri qayıdıb, digəri isə yox. Atam da Bakıya gəlib işləyib, fermalarda çobanlıq edib. Qaçaqçılıq adı üstündən götürüləndən sonra Tovuza qayıdıb evlənib.
Atam kimi bizim də gəncliyimiz Qarabağ müharibəsinə düşüb. Məlumdur ki, Ağdam kəndi Ermənistanla sərhəddir və daim atəş altındadır. Biz burada sanki həbsdəydik. Ağdamda sanki hər şey, həyat ləngiyirdi. Buna görə bizlər də gec ailə qurduq”.
Oğlunun sözlərinə görə Fərrux dayının uzunömürlülüyünün digər sirri hər şeyi yeməməsidir:
“Atam bostanda bitən tərəvəzləri, həyətdə böyüdülən toyuqları yeyər. O indiyə qədər yarımfabrikat məhsullar, broyler toyuq, kolbasa, sosiska yeməyib. Spirtli içkilər içmir. Yalnız evdə bağlanan kompot və çay içir”.

Fərrux dayının gözləri zəif görsə də, ölkədə gedən siyasi prosesləri yaxından izləyir. Vətən müharibəsində kənd və rayonların işğaldan azad edilməsi xəbərlərini daim televizordan alıb.

23-01-2024, 12:30 387

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106