Seçkidən sonra Məcnun "səhranın ortası"nda qala bilər


Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 7 fevralda keçiriləcək Prezident seçkilərindən sonra hökumətin formalaşan yeni tərkibində yer almayacaq.
 
Bu barədə "Arqument.az"a adının çəkilməsini istəməyən mənbə məlumat verib.  
 
Məcnun Məmmədovun yeni kabinetdə yer almaması onun fəaliyyətsizliyi ilə əlaqələndirilir:
 
"Kənd Təsərrüfatı Nazirliyi tarixi boyu belə zəif nazir görməyib. Düzdür, o, nazir vəzifəsindən əvvvəl fəaliyyət göstərdiyi müxtəlif MMC-lərdə təşkilatçı rəhbər kimi fərqlənə bilmişdi. Ancaq nazirliyə rəhbər gətirildikdən sonra əvvəlki Məcnun Məmmədovdan sanki əsər-əlamət qalmadı. Nazir təyin edilməsindən bir il vaxt keçməsinə baxmayaraq, hələ də Məcnun Məmmədovun ortaya çıxarılası proqramı, konsepsiyası yoxdur. Verilən hesabatlar isə sadəcə rəqəm yığınından ibarətdir. Hətta vəziyyət o dərəcədədir ki, nazirliyin tabeliyində fəaliyyət gösətərən qurumlarda çalışan şəxslərin əksəriyyətinin Məcnun Məmmədovu adını konsepsiyası olmadığına görə "kitabsız peyğəmbər" qoyublar".

Bildirilir ki, onun dövründə qeyri-neft sektoru sayılan kənd təsərrüfatı da ciddi nəticə əldə edə biməyib. Halbuki bir neçə il öncə kənd təsərrüfatının inkişafı ilə bağlı strategiya da hazırlanmışdı. 

Mənbə bildirir ki, Məcnun Məmmədovun fəaliyyətsiz olmasının bir səbəbi aqrar sektoru yaxşı bilməməsi, təşkilatçılıq bacarığının zəifliyidirsə, digər səbəbi də nazirlikdə olan müxtəlif qruplaşmaların islahata qarşı dirəniş göstərmələridir. 

Bir neçə ildir ki, nazirlikdə kök atmış bu qruplaşmaların ən əsasının başında isə Aqrar Kredit Fondunun sədri Fuad Sadıqov dayanır. 

Özü barəsəində yüksək instansiyalarda savadlı iqtisadçı, menecer imici formalaşdırmağı bacarmış Fuad Sadıqovun nazir postuna iddialı olduğu bildirilir. Onun bu niyyətinə çatması üçün yaxşı əlaqələrinin olduğu da iddialar sırasındadır. 
 
Məlumata görə, Prezident seçkilərindən sonra Fuad Sadıqov Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilə bilər.

27-01-2024, 11:00 154

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106