Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” əməkdaşlığa başlayıb




Sentyabrın 30-da Təhsil Nazirliyi və “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi keçirilib.
 
Sumqayit.tv xəbər verir ki, İmzalanma mərasimində iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu müqavilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğundur. Nazir müavininin sözlərinə görə, elmin qabaqcıl nailiyyətlərinə, innovativ təhsil texnologiyalarına əsaslanan proqramın əsas məqsədi ölkənin ali təhsil müəssisələrində yeni nəsil rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Firudin Qurbanov qeyd edib ki, “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq dövlət başçısının qarşıya qoyduğu tapşırığın həlli yolunda əhəmiyyətli bir addımdır.
 
“QS Quacquarelli Symonds” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional  direktoru Sergey Xristolubov Azərbaycanda ali təhsil müəssisələrinin qlobal rəqabətə davamlılığının artırılması məsələlərinə xüsusi diqqət yetirildiyini vurğulayıb.
 
Qeyd edək ki, müqavilə əsasında Azərbaycan universitetlərinin qlobal rəqabətə davamlılığını artırmaq, ölkənin təhsil proqramlarının beynəlxalq sahədə tanınmasını gücləndirmək və milli təhsilin akademik dairələrdə və işə götürənlər sahəsində nüfuzunun artırılması məsələləri haqqında razılığa gəlinib. İmzalanmış sənədə uyğun olaraq, Azərbaycanın qabaqcıl universitetləri akademik nüfuz, işə götürənlər arasında reputasiya, nəşr fəallığı, beynəlmilləşdirilmə və onlayn mühitdə iştirak strategiyasının formalaşdırılması imkanını verən “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyinin özəl məlumatlarına və analitik informasiyasına giriş əldə edəcək.











1-10-2021, 09:57 251

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106