İsmayıllı, Şamaxı və Salyanda üzümçülük layihəsi yekunlaşıb


Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) tərəfindən maliyyələşdirilən və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən həyata keçirilən İsmayıllı, Şamaxı və Salyan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) üzümçülük sahəsində potensialının inkişafı layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin Aparatı və tabeli qurumlarının əməkdaşları, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri eləcə də Şamaxı, İsmayıllı və Salyanda fəaliyyət göstərən üzümçü fermerlər iştirak ediblər.
Sumqayit.tv xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Şamaxı DAİM-də kənd təsərrüfatı texnikalarına baxış keçiriblər. Tədbiri giriş sözü ilə açan “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramının layihə rəhbəri Yuliya Bajenova proqramın əsas məqsədinin özəl sektorun inkişafına dəstək olduğunu qeyd edib. Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və tərəvəzçilik şöbəsinin müdiri Surxay Novruzlu üzümçülük sahəsinin inkişafı ilə bağlı həyata keçirilən bu layihənin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, layihəyə əsasən Şamaxı, İsmayıllı və Salyanda üzümçülük sahəsində fəaliyyət göstərən doqquz kiçik fermer təsərrüfatına 2020-ci ilin sentyabrından bir il ərzində məhsuldarlığın və məhsulun keyfiyyətinin artırılması istiqamətində aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirlərinin elmi-praktiki əsaslarla düzgün aparılması ilə bağlı məsləhətlər verilib, fermerlər və DAİM məsləhətçiləri bu sahədə sahə seminarları və təlimlərə cəlb edilib. Eyni zamanda, üzümçülük sahəsində fermerlərin kənd təsərrüfatı texnikasına ehtiyacları nəzərə alınaraq layihə çərçivəsində “tənəkarası frez” və ventilyatorlu çiləyicilər alınıb və hər üç rayonun DAİM-lərinin balansına verilib.
Üzümçü fermerlər Rahil Hüseynov və Qurban Kərəmov 2020-2021-ci təsərrüfat ilində aqroməsləhət xidməti və təqdim edilən müasir texnikalardan istifadə etməklə məhsuldarlığın artdığını, əlavə xərclərin xeyli azaldığını bildiriblər. Həmçinin, ətraf mühitin qorunması baxımından səmərəli bitki mühafizə tədbirlərinin tətbiqini yüksək qiymətləndirdiklərini ifadə ediblər.
Tədbirin sonunda üzümçülüyün inkişafı ilə bağlı müzakirələr aparılıb və fermerlərin sualları cavablandırılıb.
İsmayıllı, Şamaxı və Salyanda üzümçülüyün inkişafı ilə bağlı həyata keçirilən layihənin bağlanış mərasimi keçirilib İsmayıllı, Şamaxı və Salyanda üzümçülüyün inkişafı ilə bağlı həyata keçirilən layihənin bağlanış mərasimi keçirilib İsmayıllı, Şamaxı və Salyanda üzümçülüyün inkişafı ilə bağlı həyata keçirilən layihənin bağlanış mərasimi keçirilib İsmayıllı, Şamaxı və Salyanda üzümçülüyün inkişafı ilə bağlı həyata keçirilən layihənin bağlanış mərasimi keçirilib İsmayıllı, Şamaxı və Salyanda üzümçülüyün inkişafı ilə bağlı həyata keçirilən layihənin bağlanış mərasimi keçirilib

1-10-2021, 13:22 214

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106