”Dəmir Yumruğun” xidməti həlledicidr - DEPUTAT

 



“Ermənistanın 2020-ci ildə təslimçilik aktı imzalamasından cəmisi bir həftə sonra Xudafərinə baş çəkən Azərbaycan Prezidentinin işğaldan azad edilən Arazboyu torpaqları qonşu İranla dostluq sərhəddi adlandırdığı yəqin ki, unudulmayıb. Mən Tehrandakı səfirliyimizə qarşı terror aktından sonra iki qonşu ölkənin rəhbərlərinin mayın 19-da sərhəddə, yəni sıfır nöqtəsində bir araya gələrək "Xudafərin”lə “Qız Qalası” hidroqovşaqlarının açılışını etmələrini əlaqələrdə yeni mərhələyə start verildiyinin və dövlətimizin başçısının o zaman dediklərinin reallığa çevrilməsi yönündə mühüm addım atılmasının əlaməti kimi qiymətləndirirəm”.
Musavat.com bildirir ki, deputat Sahib Alıyev bu sözləri Milli Məclisin iclasında söyləyib.
Deputat əlavə edib ki, burada ondan da mühüm və bizi sözün hər anlamında daha da yaxınlaşdıracaq məsələ var. Bu məsələ tərəflərin Şimal-Cənub Nəqliyyat Dəhlizini cənab İlham Əliyevin təbirincə desək, dünyanın ən önəmli nəqliyyat damarına çevirmək niyyətləridir ki, İrandan keçməklə Naxçıvana çəkilən yeni kommunikasiya xətləri də onun bir parçası olacaq: “Demək ki, Azərbaycan Prezidenti plansız və istəyini reallaşdırcağına əmin olmadan hər hansı addım atmır. Yəni hələ 2016-cı ildə İranla Araz üzərində hidroqovşaq və elektrik stansiyalarının tikintisi haqda hökümətlərarası saziş imzalanarkən cənab İlham Əliyev işğal altındakı torpaqlarımızın azad ediləcəyinə tam əmin idi.
Ötən həftə ölkəmizdə dövlət səfərində olan Belarus Prezidenti Lukaşenkonun açıqlamasından da görünür ki, hələ ikinci Qarabağ savaşından bir neçə il əvvəl cənab İlham Əliyev növbəti seçkini deyil, millətin gələcəyini düşünən əsl Dövlət Böyüyü olaraq nəinki torpaqlarımızın savaş yoluyla azad edilməsinin, eyni zamanda orada aparılacaq quruculuq işlərinin plan-proqramını hazırlayırmış. Nəticə göz önündədir, yəni cənab Lukaşenko Azərbaycan Prezidentini elə-belə bütün Qafqazın lideri adlandırmadı, bu, sadəcə reallığın təsbiti idi.
MDB üzvü olan digər bir ölkənin - Tacikistanın Prezidentinin Azərbaycana dövlət səfəri isə başqa bir reallığı göstərir. Fikrimcə, bu səfər ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə töhfə verməklə yanaşı, rəsmi Bakının dünya güclərinin sıx əməkdaşlığa can atdıqları Mərkəzi Asiya Birliyi ilə bağlı planlarınına da təsirsiz ötüşməyəcək. O planın tam reallaşacağı günün uzaqda olmadığını isə ötən il BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının - SPECA Sammitinin Bakıda keçirilməsi və onun ardınca Mərkəzi Asiyanın 4 ölkəsinin başçısının Azərbaycana səfərlərinin hamısının dövlət səfəri statusu daşımaları haradasa bunun təsdiqi deyilmi?
Və həm də onun təsdiqi deyilmi ki, KTMT-də Azərbaycanı dəstəkləyən dövlətlərin sayı heç də Ermənistan baş nazirinin bildirdiyi kimi 2 yox, daha çoxdur.
Ancaq Paşinyanın harizmasını darmadağın etdiyi Qriqorian kilsəsinin əsrlərdir “böyük təsir agenti” rolu oynadığı haqda dediklərini bölüşürəm. Və əlavə edirəm ki, Ermənistanın ən böyük düşməni orada təqdim edildiyi kimi Azərbaycanla Türkiyə yox, hay kilsəsi və hay diasporudur ki, qonşu ölkədə bunu dərk edənlərin sayı getdikcə artmaqdadır. Heç şübhəsiz, burada “Dəmir Yumruğun” xidməti həlledicidr”

24-05-2024, 17:47 165

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106