“Azərbaycanlılar əhd ediblər ki, dünyaya xəstə və çirkin uşaqlar gətirsinlər”



Qohum evliliyindən irsi və genetik xəstəliklə doğulan uşaqların sayı artır.
Mütəxəssislərin fikrincə, belə evliliklərin əksəriyyəti rayon və kəndlərdə baş tutur.
Qohum olmayan evliliklərdə də xəstə uşaqlara rast gəlinir, lakin belə uşaqlar iki-dörd faizdirsə, qohum olanlarda bu göstərici dörd-səkkiz faizdən çox olur.
Millət vəkili Rəşad Mahmudov da bir müddət əvvəl sözügedən məsələyə toxunaraq bildirib ki, qonşu ölkələrlə müqayisədə bu hallar ölkəmizdə daha çoxdur.
Günümüzdə qohum evliliyindən yaranan fəsadlarla bağlı nə qədər danışılsa da, insanlar bu yolla getməkdən çəkinmirlər.
Bəs bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Sumqayit.tv xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, qohum evliliyi zamanı həm uşaqların xəstə doğulma ehtimalı var, həm də körpələr çirkin olur: "Məndə bəzən elə hiss yaranır ki, sanki biz düşüncə baxımından köhnə əsrlərə qayıdırıq. Orta əsrlərdə olduğu kimi yaxın qan qohumları arasında cütləşmə sayəsində xəstə uşaqların artması, sivilizasiyadan geri qalmanın göstəricisidir.
Eyni zamanda da çirkin uşaqların doğulması da qaçılmaz faktdır. Ümumiyyətlə, ölkəmizdə insanların çoxu bir birinə bənzəyir. Yeganə olaraq bu yaxınlarda Sumqayıtda imza günündə iştirak edəndə hədsiz çox sayda təbii gözəlliyi ilə seçilən xanımlar diqqətimi çəkdi. 2 gün ərzində bunu maraqlananda məlum oldu ki, Sumqayıt şəhərinə Azərbaycanın müxtəlif yerlərindən köçən insanlar var. Tam yad qan, yad genetikanın qarışması nəticəsində həqiqətən gözəl və sağlam uşaqlar doğulmuşdu".
S.Bağırova qeyd edib ki, gəncləri qohum evliliyinə məhz valideynlər təşviq edir: "Qohum evliliyi yalnız bölgələrdə deyil, elə Bakı kəndlərində, qəsəbələrində də geniş yayılıb. Sanki insanlar əhd ediblər ki,ölkəyə xəstə və çirkin uşaqlar yaymalıyıq. Yad biri ilə, yaxud yad milliyətlə evlilikdən qaçmaq qorxu, özgüvənsizlik əlamətidir. İlk başda isə valideynə nökərlik sayəsində gənclər öz istədikləri həyatı yaşaya bilmirlər. Gəncləri qohum evliliyinə valideynlər təşviq edir".

6-06-2024, 17:48 180

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106