“Eurohome”un “Rolls Royce”da gəzən rəhbəri məhkəmələrə təzyiq edir, sahibkarlar müflis olur”- İLGİNC QƏRAR

Beş il öncə yanan “Eurohome” bazarının sahibi Azay Möhnətov üzərinə həbs qoyulan “Rolls Royce”da gəzir, sahibkarlar isə onlara dəyən zərəri ala bilmirlər. Hazırda bununla bağlı məhkəmə çəkişmələri davam edir.
İqtisadi məsələlər üzrə ekspert Ramin Kərimov bildirib ki, ölkədə iqtisadiyyatın və sahibkarlığın stabilliyi, həmçinin inkişafı üçün biznesmenlər ədalətli mühitə güvənməlidirlər: “Sahibkar öz fəaliyyətinə başlayanda arxayın olmalıdır ki, onun qarşılaşacağı problemləri dövlət və qurumlar qanun çərçivəsində həll edəcək, ona dəstək olacaq. Burada ilkin mərhələdə sahibkarlığa dəstək göstərən qurumlar müəyyən addımlar atmalı olsalar da, son sözü məhkəmələr deyir. Əgər dövlət qurumlarının davranışlarında və ya istintaqda hansısa pozuntular olubsa belə, məhkəmələr ədaləti bərpa etməlidir. Amma daha əvvəl mediada gedən və təkzib olunmayan məlumatlardan görürürük ki, “Eurohome” işində bazarın sahibi 200 minlik borc müqaviləsi göstərərək 25 milyonluq əmlakı 100 dəfə az məbləğdə olan borcun əvəzinə öz adına keçirib və bunu hakimlərin qərarı ilə rəsmiləşdirib, burada nəticənin ədalətli olması sual yaradır.

Yekunda “Eurohome” tərəfindən 10-a yaxın sahibkara 1,5 milyonluq təzminat ödənilməyib, amma hadisəyə görə təqsirləndirilən həmin MMC-nin sahibi yeganə qazanan şəxs olub, məhkəmələr də bu ədalətsiz prosesdə ona dəstək göstərib. Bu məsələ yalnız “Eurohome” ətrafında qiymətləndirilməməlidir, presedent olaraq biznes mühiti üçün mənfi nümunədir və sahibkarların ölkədə ədalətli və güvənli mühitə inamını sarsıdır. Məhz bu iş ətrafında baxsaq “Eurohome” rəhbərliyinin məhkəmələrə təzyiqi ilə əldə etdiyi qərar sahibkarları müflis edir”.
"EuroHome" sahibinin şeytanın ağlına gəlməyən planı...
Bakı-Sumqayıt yolunda - Binəqədi rayonunda yerləşən "EuroHome" tikinti materialları bazarındakı yanğından 5 ilə yaxın vaxt ötsə də, hadisə vaxtı yüz minlərlə manat ziyana düşən sahibkarlar hələ də pulunu ala bilməyiblər. Məhkəmə illər öncə onlara dəymiş ziyanın ödənilməsinə qərar verib. Həmin qərara görə, "EuroHome" rəhbərliyi sahibkarlardan Ümid Qayınbəyova 392 min, Samir Məhərrəmova 325 min, Teymur İbrahimova 194 min, Əjdər Həsənova 193 min, İsmayıl İsmayılova 136 min, Ramin Babayevə 115 min, İlqar Məmmədova 108 min manat - toplam təxminən 1.5 milyon manat ödəməlidir. Ancaq bu qərar illərdir kağız üzərində qalıb.
"EuroHome" rəhbərliyi sahibkarların pulunu könüllü şəkildə vermir. Ona görə də mağaza sahibləri şirkətin pul öhdəliyinin onun əmlakına yönəldilməsini istərkən, xəbər tutublar ki, istintaq gedən dövrdə "EuroHome"un əmlakı bazar dəyərindən dəfələrlə ucuz qiymətə satılıb. Yanğından ziyan çəkən sahibkarlar arasında kompensasiya alan tək adam da "EuroHome"un öz sahibi olub.
Ticarət mərkəzinin yerləşdiyi 4 hektara yaxın torpaq sahəsi və 4 min kvadratmetrlik əmlak kompleksi cəmi 200 min manat borc müqabilində təsisçiyə bağışlanıb. Bu qətnaməni də Binəqədi rayon Məhkəməsi və bu rayonun icra şöbəsi verib. Bu qeyri-adi qətnamə digər sahibkarlar "EuroHome" MMC-dən məhkəmədə zərər tələbi ilə çıxış etdikləri bir vaxtda çıxarılıb.
Buna görə də sahibkarlar Azay Möhnətovun xeyrinə çıxarılan qeyri-adi qətnamədən şikayət veriblər. Onların fikrincə, dəyəri təxminən 25 milyon manat olan əmlakın 200 min manat həcmində qiymətləndirilməsi, "EuroHome"un təsisçisinə bağışlanması digər sahibkarların hüquqlarının kobud şəkildə pozulmasıdır.
Yanğından ziyan çəkən sahibkarlara təzminat ödənilməsi haqda qərarın icrası Binəqədi rayon İcra Şöbəsinə həvalə edilib. Bu qurumun rəisi İlham Həsənov, icra məmuru Məhəmməd Qaragözov bir müddət sonra qərar çıxarıblar ki, "EuroHome" MMC müflis olub və əmlaksız qalan şirkət ödəniş etmək iqtidarında deyil. Bu üzdən, sahibkarlara kompensasiya verilməyib.
Məhkəmə qərarından görünür ki, yalnız bir sahibkar – "EuroHome"un öz sahibi təzminat ala bilib. Başqa sözlə, şirkətin təsisçisi özü elə özündən pul aldığına görə müflis olub və digər sahibkarlara verməyə pulu qalmayıb.
Sənədlərə görə, istintaq dövründə "EuroHome"un təsisçisi Azay Möhnətov Binəqədi rayon Məhkəməsinə müqavilə təqdim edərək yanğından öncə 500 min manat borc verdiyini göstərib. Üstəlik, öz şirkətinə verdiyi borcun 200 min manatının hələ qaytarılmadığını iddia edərək həmin pulun ödənilməsini istəyib.
"EuroHome" Azərbaycanın tikinti malları satılan ən böyük bazar mərkəzlərindən biridir. 2019-cu il dekabrın 10-da baş vermiş yanğın 3 saata yaxın sürmüşdü. Nəticədə 100-ə yaxın tikinti malları mağazasına ziyan dəymiş, 10-dək adam xəsarət almışdı.

Musavat.com

10-02-2025, 12:42 126

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106