Sumqayıt Məhkəməsi "Xalid dayının camaatı" adlı qanunsuz silahlı qruplaşmanın üzvü ilə bağlı qərarı açıqladı


Ali Məhkəmədə Azərbaycan Suriyada yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan Kamran Zülfüqarovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 
 
Sumqayit.tv
xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.  
 
Qərara əsasən, şikayət təmin edilməyib.
 
İttihama görə, Kamran Zülfüqarov 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından çıxarılıb. Onun Suriyadakı cinayətkar fəaliyyəti isə 2013-cü ili əhatə edib. Sonradan əməllərindən peşman olaraq, gizli yolla Azərbaycana gələn Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatçıları tərəfindən müəyyən edilərək tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) maddəsi ilə yekun ittiham elan edilib. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, məhkəmədə əvvəl dediklərindən fərqli ifadə verib.
 
İstintaq vaxtı ifadəsində deyib ki, Suriyada təlimlərdə iştirak edib. Həmin ölkənin Haritan şəhərində "Xalid dayı" dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi "Xalid dayının camaatı" adlı qanunsuz silahlı qruplaşmanın üzvü olub. Amma sonradan Xalid dayı ilə arası pisləşdiyi üçün sonuncu onu İŞİD-ə həbs etdirib. İki ay sonra o, həbsdən buraxılaraq gizli yollarla Türkiyəyə qaçıb. Kamran bir neçə il Türkiyədə yaşadıqdan sonra tırın altında gizlənməklə qanunsuz yolla Azərbaycana keçib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü Kamran Zülfüqarova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

14-02-2025, 12:27 226

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106