Qrant müsabiqələrə layihə qəbulu bu gün yekunlaşır
“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı”, “Peşə təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” və “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” mövzularında Təhsil Nazirliyi tərəfindən elan edilmiş qrant müsabiqələrinə layihələrin qəbulu davam edir.
Sumqayit.tv xəbər verir ki, Müsabiqədə iştirak üçün müraciət sənədləri elektron formada musabige@edu.gov.az ünvanına göndərilməlidir.
Layihələrin qəbulu bu gün saat 21:00-da başa çatacaq.