Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR - Yaxın aylarda..

 Ekspert deyir ki, limit ləğv olunarsa, varlılar borcunu kasıba ödətdirəcək, çünki...
“Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunların tətbiqindən sonra Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq.

Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği də əlavə olunacaq

Bu qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.

Qaz və işığa görə sabit tarif tətbiq olunması fonunda qaz və işıq limitlərinin ləğvi müzakirələri yenidən gündəmə gəlib. Qeyd edək ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Hazırda aylıq elektrik enerjisi istehlakı 200 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 8,4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün 22 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında limitlərin ləğv olunmasını və bütün vətəndaşlar üçün məqbul orta tarif müəyyənləşməsini təklif edib. Deputata görə, bu, limitlərin tətbiqi ilə bağlı cəmiyyətdə artıq müzakirələrə son qoyar.

Ötən ay energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının plenar iclasında bildirib ki, sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq. Onun sözlərinə görə, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir: “Bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına əldə edilməsidir”.

Eyni zamanda nazir müavini qeyd edib ki, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub: “Hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2%-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”.

Xalid Kərimli: Ərzaq qiymətlərindəki artımın əsas səbəbi idxaldır

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib. Onun sözlərinə görə, əgər mövcud tariflər vətəndaşların ödəmə imkanlarına uyğun gəlmirsə, daha məntiqli addım həmin tariflərin endirilməsi olardı: “Limitlərin tamamilə aradan qaldırılması isə kasıb və qənaətcil təbəqənin maraqlarına ziddir. Çünki limit tətbiqinin əsas məqsədi az enerji sərf edən insanların daha ucuz qiymətlərlə xidmət almasına şərait yaratmaqdır. Bu, həm də istehlakçıları daha rasional davranmağa təşviq edir.

Limitin mövcudluğu sosial baxımdan ədalətli mexanizmdir. Tariflərin yüksək olduğu qənaətindəyiksə, bu zaman çıxış yolu limitləri ləğv etmək deyil, məhz onların həcmini artırmaqdır. Belə olanda həm kasıb təbəqə qorunur, həm də insanlar qənaət mədəniyyətinə alışır. Limitin götürülməsi isə əslində imkanlıların sərf etdiyi enerjinin bir hissəsini az istifadə edənlərin üzərinə yükləmək deməkdir. Yəni daha çox enerji sərf edənlər əlavə xərclərinin müəyyən qədərini az istifadə edənlərin cibindən çıxarmış olacaqlar.

Təəssüf ki, bəzi çevrələrdə “limit zərərlidir” kimi sadə yanaşmalar eşidirik. Halbuki limit sistemi az enerji sərf edən vətəndaşlar üçün daha münasib tarif formalaşdırır və onların maraqlarını balanslaşdırır. Maddi imkanı məhdud olan, kiçik evdə yaşayan, qışda evini güclə qızdıran və hər detalda qənaət etməyə çalışan insanlar bu sistemdən faydalanır. Əgər limit ləğv edilərsə, bu təbəqənin yükü avtomatik olaraq artacaq, onlar daha yüksək vahid tarif ödəmək məcburiyyətində qalacaqlar.

Əgər həqiqətən sosial ədaləti əsas götürürüksə, doğru addım limitlərin ləğvi deyil, onların artırılmasıdır. Məsələn, hazırkı 1200 kVt-saatlıq limit 1500 və ya 1800-ə yüksəldilə bilər".

Qeyd edək ki, bu il yanvarın 2-dən Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın qiyməti limitlərə müvafiq olaraq, artırılıb. Əhaliyə pərakəndə qaz satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Əvvəl əhali bir kub metr qaz üçün azı 12 qəpik ödəyirdisə, indi bu, yarım qəpik daha çox olacaq. Əhali üzrə illik istehlak həcmi 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpiyə qaldırılıb. İldə 2500 kub metrdən çox qaz işlədənlər üçün isə qiymət 5 qəpik bahalaşıb. İndi onlar bir kub metr üçün 25 qəpik yox, 30 qəpik ödəməli olacaqlar. Qiymət artımı ilə bağlı bu qərar 2 yanvar tarixindən qüvvəyə minib. Qiymət artımından sonra hazırda üçpilləli limitə müvafiq olaraq, mövcud qiymətlər belədir: 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 22 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 30 qəpik ödəyir. Ölkədə təbii qazın qiymətini Tarif Şurası tənzimləyir. Sonuncu qiymət artımı 2021-ci ildə olmuşdu. Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərar təxminən 8 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub. Sonradan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunmağa başlayıb. Hazırda üçpilləli limitin ilkin pilləsi 1200 kubmetr təyin olunub.

Bu illər ərzində limitin ilkin pilləsi gah artırılıb, gah da azaldılıb. Bir müddət bu limit 1700 kubmetrdən 2200 kubmetrə də çatdırılmışdı. Sonradan isə limit 1200-ə endirildi. Azərbaycanda təbii qazın satışı üzrə tariflər əhali və qeyri-əhali qrupu üzrə fərqli hesablanır.

Ölkədə məişət qazı əhali istehlakçı qrupuna iki cür satılır: öncədən pulu ödənməklə - smart tipli sayğaclar vasitəsilə və sonradan ödənməklə - mexaniki sayğaclar vasitəsilə.

Əhali kateqoriyasına aid abonentlər üçün tətbiq edilən limit istifadə olunub-olunmamasından asılı olmayaraq, hər il yenilənir, yəni sıfırlanır. Yəni bir abonent il ərzində 1200 kub metr və ya 2500 kub metrdən artıq işlətsə də, işlətməsə də ilin əvvəlində onun limiti sıfırlanır. Hazırda təbii qazdan güzəştli tariflə istifadədə ən aşağı limit 1200 kub metrdir.

//“Yeni Müsavat”

29-08-2025, 09:39 603

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106