DTA və UNDP arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub



Azərbaycanın regionlarında turizmin inkişafına dəstək, regional turizm müəssələrinin idarə olunması və təşkili, turizmlə bağlı infrastruktur və xidmətlərin yaxşılaşdırılması, eləcə də yerli icmaların imkanların genişləndirməsi kimi məsələlər oktyabrın 19-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə BMT-nin İnkişaf Proqramının (UNDP) Rezident Nümayəndəsi Alessandro Frakassetti ilə görüşü zamanı müzakirə olunub.
 

Sumqayit.tv xəbər verir ki, görüşdə Agentlik sədri postpandemiya dövründə ölkə turizminin bərpası və regional turizmin cəlbediciliyinin artırılması istiqamətində aparılan işlərdən, eləcə də  xarici turistlərin Azərbaycana yenidən səfər etmələri üçün bir sıra ölkələrlə sərhədlərin açılması, ölkə turizminin inkişafını ləngidən amilllərin aradan qaldırılmasında görülən işlərdən danışıb.
 
Fuad Nağıyev DTA olaraq BMT-nin İnkişaf Proqramı çərçivəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, ikitərəfli münasibətlərin inkişafı, qarşılıqlı təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını  diqqətə çatdırıb.
 
BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Alessandro Frakassetti qurumun Azərbaycandakı 30 illik fəaliyyətini yüksək qiymətləndirib. O, BMT-nin İnkişaf Proqramı çərçivəsində  Azərbaycanın regionlarının cədlbedici turizm məkanları kimi inkişafına dastək göstərilməsində, eləcə də turizmlə əlaqəli peşələrdə peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və maarifləndirmə işlərinin artırılmasında maraqlı olduqlarını bildirib.
 
Görüş çərçivəsində turizmin gələcək inkişafı məqsədilə planlaşdırılan tədbirlər haqqında da fikir mübadiləsi aparılıb.

Fuad Nağıyev ölkəmizdəki fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Alessandro Frakassettiyə növbəti fəaliyyətlərində uğurlar arzu edib.

20-10-2021, 17:38 178

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106