Deputat Elnarə Akimova sağlamlıq imkanları məhdud şəxsləri ziyarət etdi - FOTO

 

3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru Elnarə Akimova Sumqayıtın müxtəlif ərazilərində yaşayan sağlamlıq imkanları məhdud şəxsləri ziyarət edib.
Sumqayit.tv xəbər verir ki, deputat görüşlər zamanı onların sosial durumu, sağlamlıq vəziyyəti, reabilitasiya ehtiyacları və qarşılaşdıqları gündəlik çətinliklərlə maraqlanıb.
Elnarə Akimova ziyarət etdiyi şəxslərə yardım paketləri təqdim edib.
Millət vəkili bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi ölkənin sosial siyasətinin əsas prioritetlərindən biridir və bu istiqamətdə dövlət tərəfindən genişmiqyaslı islahatlar həyata keçirilir.
“Bir daha anladım ki, bu uşaqların, bu insanların həyata tutunma eşqi bir başqadır. Onların olduğu mərtəbədən həyat bir başqa rəngdə, bir başqa çalarda görünür. Daha işıqlı və aydın... Və nə yaxşı ki, həyata elə bu ilahi qatdan baxa bilirlər”,- deyə deputat qeyd edib.
Ziyarət edilən vətəndaşlar göstərilən diqqəti yüksək qiymətləndirib, bu təşəbbüslərin həm maddi, həm də mənəvi dəstək baxımından mühüm rol oynadığını bildiriblər.
Sonda Elnarə Akimova əlilliyi olan şəxslərin hüquqlarının qorunması, onların cəmiyyətə tam inteqrasiyası və rifahının artırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb.

 

 

 


4-12-2025, 13:54 92

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106