“Vəzifəli şəxsin saxladığı atlar və itlər bizi yaşamağa qoymur” 

 

Sumqayıt şəhəri Novxanı bağ massivi 377A ünvanında yaşayan 66 yaşlı Novruz Əsgərov qonşu həyətdə saxlanılan heyvanların yaratdığı səs-küy və qoxudan şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, qonşunun saxladığı itlər və atlar ona və ailə üzvlərinə ciddi narahatlıq yaradır.

Vətəndaşın sözlərinə görə, qonşusuna məsələ ilə bağlı bir neçə dəfə müraciət etsələr də, həmin şəxslər narazılığa məhəl qoymayıblar: “Bir müddət əvvəl ürək əməliyyatı keçirmişəm, səhhətimlə bağlı problemlər yaşayıram, yoldaşım isə yüksək təzyiq xəstəsidir. Evimizdə 4 uşaq da var. Yaşadığım ünvanda qonşunun həyətində saxlanılan 9 it səbəbi ilə uzun müddətdir həm özüm, həm də ailə üzvlərim, xüsusilə uşaqlar ciddi narahatlıq keçirir. İtlərin gecə-gündüz fasiləsiz hürməsinə görə gecə yatmaq mümkün olmur, bu isə birbaşa olaraq səhhətimizə və psixoloji vəziyyətimizə mənfi təsir göstərir. Xüsusilə qeyd etmək istəyirəm ki, itlərin səsindən yoldaşımın təzyiqi tez-tez qalxır, 3 yaşlı nəvəm isə gecələr yuxudan oyanaraq qorxu içində ağlayır. Bu vəziyyət uşağın psixologiyasına ciddi zərər vurur, ailəmizdə daim həyəcan və stress yaradır. Bundan başqa, qonşumuz həyətinin kənarında atlar üçün xüsusi yer də hazırlayıb və orada 5 at saxlayır. Onların qoxusu da əlavə narahatlıqlar yaradır”.

N.Əsgərov əlavə edib ki, bəzi hallarda itlər sakitləşsin deyə həyətə daş atmağa məcbur qalırlar: “Lakin bununla bağlı dəfələrlə mühafizəçi tərəfindən hədələnmişik. Bizə bildirilib ki, “bir də bu həyətə daş atılsa, başınız ağrıyacaq”. Bu cür hədələr vəziyyəti daha da gərginləşdirir və biz özümüzü təhlükəsiz hiss etmirik. Yaranmış səs-küy, sanitar vəziyyət və təhlükə problemi ailəmizin normal yaşayış hüququnu pozur. Xahiş edirəm, məsələ yerində araşdırılsın və qanunvericiliyə uyğun tədbirlər görülsün”.

Şikayətçi həmin it və atların əsl sahibinin kim olduğunu öyrənməyə çalışdıqlarını və ev sahibinin general olduğunu eşitdiklərini qeyd edib: “Biz sonradan öyrəndik ki, həmin mülkiyyətlər Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin direktoru Fəlah Quliyevə məxsusdur”.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev sorğumuza cavab olaraq bildirdi ki, vətəndaş problemlə bağlı onlara müraciət ünvanlamayıb: “Vətəndaş tərəfindən rəsmi müraciət Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olduğu təqdirdə, məsələ qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumlarla birgə yerində araşdırıla bilər”.

Şikayətdə adı hallanan direktor Fəlah Quliyevlə bağlı ittihamlara aydınlıq gətirmək məqsədilə Müdafiə Sənayesi Nazirliyi ilə də əlaqə saxladıq. Lakin günlər keçsə də, nazirlikdən müraciətimizə cavab ala bilmədik.

 


9-01-2026, 10:52 66

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106