Mədəniyyət Nazirliyinin teatr islahatları Sumqayıt Dövlət Dram Teatrına da təsir edib

  

Mədəniyyət Nazirliyi dövlət teatrlarının idarəetmə sistemində köklü dəyişikliklər edərək yeni struktur və ştat cədvəllərini təsdiqləyib.
Sumqayit.tv "Yenisabaha"-a istinadən xəbər verir ki, teatr və teatr fəaliyyəti haqqında” qanunun tələblərinə əsasən, qəbul edilən qərara əsasən, teatrların uzun illərdir əsas yaradıcı siması hesab olunan bədii rəhbər və baş rejissor kimi strateji vəzifələr ləğv olunub.
Yeni əsasnaməyə görə, teatrların fəaliyyəti artıq konkret şəxslər üzərində deyil, ixtisaslaşmış departamentlərin koordinasiyası ilə idarə ediləcək. Nazirlik bu addımı idarəetmədə müasir yanaşmaların tətbiqi, çevikliyin və effektivliyin artırılması ilə izah edir.
Qərar Sumqayıt Dövlət Dram Teatrına da şamil olunub. Belə ki, aparılan struktur dəyişiklikləri nəticəsində teatrın baş rejissoru Firudin Məhərrəmov ştat cədvəlindən çıxarılıb. Bu dəyişiklik Sumqayıt teatr mühitində də geniş müzakirələrə səbəb olub.
Yeni sistemə əsasən, ləğv edilən vəzifələrin funksiyaları Yaradıcılıq, Tərtibat, Maliyyə və Marketinq istiqamətli yeni şöbələr arasında bölüşdürüləcək. Bu departamentlərin yaradılmasında əsas məqsəd teatrların həm bədii keyfiyyətini qorumaq, həm də maliyyə dayanıqlığını və tamaşaçı marağını artırmaqdır.
Qeyd edək ki, analoji dəyişikliklər ölkə üzrə 30-dan çox dövlət teatrını əhatə edir. Yeni idarəetmə modelinin Sumqayıt Dövlət Dram Teatrının repertuarına, yaradıcı mühitinə və tamaşaçı auditoriyasına necə təsir edəcəyi isə yaxın dövrdə aydın olacaq.


27-01-2026, 14:36 112

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106