Sumqayıtda qəbiristanlıqlarla bağlı monitorinq aparılıb – Ombudsman hesabat açıqladı

 

Ombudsmanın bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması üzrə müstəqil monitorinq mexanizmi çərçivəsində Sumqayıt şəhərində də baxış keçirilib.

Sumqayit.tv xəbər verir ki, Ombudsman Aparatının yaydığı məlumata görə, monitorinq zamanı əməkdaşlar Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Göygöl, Quba, İsmayıllı və Lənkəran da daxil olmaqla bir sıra bölgələrdə digər millətlərə və dinlərə mənsub şəxslərə aid qəbiristanlıqlara və memorial obyektlərə baxış keçiriblər.

Bildirilir ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən monitorinqin məqsədi müxtəlif dövrlərdə salınmış qəbiristanlıqların mövcud vəziyyətinin qanunvericiliyin və beynəlxalq öhdəliklərin tələblərinə uyğunluğunu qiymətləndirmək, həmçinin onların mühafizəsi və istifadəsində bərabərlik prinsipinə riayət olunub-olunmamasını araşdırmaq olub.

Hesabatda qeyd olunub ki, Sumqayıt şəhərində II Dünya müharibəsindən sonra ölkəmizdə yaşamış alman əsirlərinin dəfn edildiyi qəbiristanlıq da monitorinq edilən ərazilər sırasında yer alıb.

Aparılan baxışlar zamanı qəbiristanlıqların ərazisində qanunsuz tikinti və ya təyinatdan kənar istifadə halları aşkar edilməyib. Bu isə tarix və mədəniyyət abidələrinin qorunması ilə bağlı tələblərə ümumilikdə əməl olunduğunu göstərir.

Eyni zamanda, bəzi ərazilərdə texniki xarakterli çatışmazlıqların olduğu bildirilib və müvafiq qurumlara tövsiyələr verilib. Tövsiyələr arasında tarixi qəbiristanlıqlara nəzarətin gücləndirilməsi, məlumatlandırıcı lövhələrin quraşdırılması, abadlıq işlərinin ardıcıl aparılması və gənclər arasında multikultural dəyərlərin təbliğinin davam etdirilməsi də yer alıb.


19-03-2026, 20:11 74

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106