Deputat Elnarə Akimova Özbəkistanda Azərbaycanşünaslıq mərkəzinin açılışınida çıxış edib - FOTOLAR

 

Daşkənd İqtisadiyyat və Pedaqoji Universitetində Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi çərçivəsində XX əsr türkoloji elminin görkəmli nümayəndəsi Xalid Səid Xocayevin adını daşıyan Azərbaycanşünaslıq mərkəzinin açılışı baş tutub.
Sumqayit.tv xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova, Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, universitetin rektoru Sanjar Adilov və digər rəsmi şəxslər iştirak edib. Millət vəkili Elnarə Akimova açılış mərasimində çıxış edərək Azərbaycanşünaslıq mərkəzlərinin yaradılmasının elmi-humanitar əməkdaşlığın inkişafında xüsusi rol oynadığını vurğulayıb. O bildirib ki, Xalid Səid Xocayev kimi alimlərin irsi yalnız iki xalqı deyil, bütövlükdə türk dünyasını birləşdirən mənəvi körpüdür. Deputatın sözlərinə görə, belə mərkəzlər gənc nəslin ortaq ədəbi və elmi irsə marağını artırmaqla yanaşı, yeni tədqiqat istiqamətlərinin formalaşmasına da təkan verir. E.Akimova xüsusilə qeyd edib ki, Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətinin xaricdə tədrisi ölkənin beynəlxalq humanitar siyasətinin mühüm istiqamətlərindən biridir və bu kimi təşəbbüslər dost və qardaş ölkələrlə münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Mərasim çərçivəsində iştirakçılar yeni yaradılmış mərkəzdə yaradılan şəraitlə tanış olublar. Bildirilib ki, mərkəz Azərbaycan tarixi, ədəbiyyatı və mədəniyyətini əks etdirən zəngin kitab fondu, foto materiallar və tədris vəsaitləri ilə təmin olunub. Burada həmçinin Azərbaycan və Özbəkistanın dövlət rəmzləri, görkəmli şəxsiyyətlərin portretləri və müxtəlif vizual materiallar yer alır. Qeyd edilib ki, Azərbaycanşünaslıq mərkəzi tələbələr üçün Azərbaycan dili və mədəniyyətinin öyrənilməsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsi baxımından mühüm akademik platforma olacaq.

 

 

 

 

 


9-04-2026, 10:10 208

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106