Sumqayıtlı tələbənin də həyatını itirdiyi ADNA terrorundan 17 il keçir - FOTOLAR


Azərbaycanın yaddaşına ən ağır faciələrdən biri kimi həkk olunan Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) baş vermiş terror aktından 17 il keçir.

Sumqayit.tv xatırladır ki, 2009-cu il aprelin 30-da səhər saatlarında Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Fərda Qədirov universitetin Bakı şəhərində yerləşən ikinci tədris binasına daxil olaraq silahlı hücum həyata keçirib. O, binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə atəş açaraq 12 nəfəri qətlə yetirib, 13 nəfəri isə yaralayıb. Hücumdan sonra Qədirov intihar edib.

İstintaq materiallarına əsasən, hadisəni törədən şəxs erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. Onun Gürcüstan vətəndaşı Mardun Qumaşyan adlı erməni ilə əlaqədə olduğu və bu məqsədlə silah və maliyyə dəstəyi aldığı müəyyən edilib.

Qeyd edək ki, faciə zamanı həyatını itirənlər arasında Sumqayıt şəhər sakini, 1980-ci il təvəllüdlü Taleh Məmmədov da olub. Bu hadisə ölkə ictimaiyyətində böyük sarsıntıya səbəb olub və bu gün də ağrısı unudulmur.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, hadisə ilə əlaqədar bir neçə nəfər məsuliyyətə cəlb olunaraq məhkəmə qərarı ilə cəzalandırılıb.

Bu gün terror qurbanlarının xatirəsi ehtiramla yad olunur. 
Allah rəhmət etsin!

 

 

 

 

 

 

 


 

 

 

 



30-04-2026, 08:57 361

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106