Sumqayıtın keçmiş icra başçısı ilə bağlı tender iddiaları

 
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda abadlıq yenidənqurma və təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 
Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi "Xezer-Construction" MMC seçilib. Abadlıq, təmir və yenidənqurma işlərinə görə şirkətə 61 087 536,21 manat ödəniləcək. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Xezer-Construction" MMC 26 fevral 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 200 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 1130-da yerləşir. Şirkətin qanuni təmsilçisi Binnətov Rəmzi Rüfət oğludur. Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 
Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Xezer-Constructuon" MMC əsasən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC-nin tenderlərinin qalibi olur. Şirkət ötən il sözügedən MMC-nin 4 tenderinin qalibi seçilib. Tenderlər aşağıdakı satınalma predmetləri üzrə keçirilib:
* Bakı şəhərinin, Nərimanov, Səbail, Nizami, Binəqədi, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində dövlət mənzil fonduna aid binaların təmirinin satın alınması;
 
* Bakı şəhərinin, Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu rayonları ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması;
 
* Bakı şəhərinin, Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonları ərazisində səkilərdə, həyətlərdə, park və xiyabanlarda təmir, yenidənqurma və abadlıq işlərinin satın alınması;
 
* Bakı şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması.
"Xezer-Construction" MMC bu tenderlər üzrə 73 230 421,09 manatlıq sifariş alıb. 
2024-cü ildə isə şirkət "Bakı Əsaslı Tikinti və Təmir” MMC-nin keçirdiyi 2 tenderin qalibi seçilib. Həmin tenderlər "Bakı Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində Mərkəzi Nəbatat Bağı"nın abadlaşdırılması işlərinin davam etdirilməsinin və Bakı Şəhəri ərazisində məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satın alınması ilə keçirilib. Satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 8 983 668,42 manat olub. 
Beləliklə, adicə internet səhifəsi belə, olmayan "Xezer-Construction" MMC 2024-cü ildən bu yana "Bakı Əsaslı Tikinti və Təmir” MMC-dən 143 301 625,72 manatlıq sifariş alıb. 
"Bakı Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir. MMC-nin rəhbəri Abit Əliyevdir. O, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun yaxın adamı kimi tanınır. Eldar Əzizov hansı şəhər və ya rayonda icra başçısı vəzifəsində çalışıbsa, Abit Əliyev də onun yanında olub. 
Eldar Əzizovun icra başçısı kimi karyerası 2000-ci ildə başlayır. O, 2000-2003-cü illərdə Nizami rayonunun, 2003-2011-ci illərdə Gəncə şəhərinin, 2011-2015-ci illərdə Sumqayıt şəhərinin, 205-2018-ci illərdə Səbail rayonunun icra başçısı vəzifəsində çalışıb. O, 2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır. 

30-04-2026, 14:15 453

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106