Azərbaycanla Rusiya arasında turizm əlaqələri genişləndirilir



Oktyabrın 29-da Azərbaycan Turizm Bürosu tərəfindən Rusiyanın bir sıra regionlarının turizm nümayəndələri ilə Azərbaycan turizminin təbliğatının aparılması və həmin regionların turizm qurumları ilə ikitərəfli əməkdaşlığın qurulması məqsədilə onlayn konfrans keçirilib.
 
Sumqayit.tv xəbər verir ki, Təbdirdə Dövlət Turizm Agentliyinin, Azərbaycan Turizm Bürosunun, Naxçıvan Turizm Departamentinin əməkdaşları və bir sıra yerli turizm şirkətlərinin təmsilçiləri olmaqla, Rusiyanın Sverdlovsk, Krasnodar, Astraxan vilayətlərinin, Tatarıstan Respublikasının turizm üzrə ixtisaslaşmış qurumlarının və həmin regionlarda fəaliyyət göstərən turizm şirkətlərinin nümayəndələri iştirak ediblər.
 
Görüş zamanı Rusiya regionlarında Azərbaycan turizminin təbliğinə dair tədbirlər planı müzakirə edilib.

Bundan əlavə, tədbirdə Azərbaycanın turizm destinasiyası kimi təqdimatı, həmçinin Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin nümayəndəsi tərəfindən Naxçıvanın turizm məhsullarının nümayişi keçirilib.
Konfrans çərçivəsində Krasnodar, Sverdlovsk, Astraxan vilayətlərinin və Tatarıstan Respublikasının turizm məhsulları haqqında məlumat verilib.
 
Qeyd edək ki, Rusiyanın ərazi vahidləri səviyyəsində Azərbaycan turizminin təbliğatı əsasən Sverdlovk vilayəti ilə işgüzar və müalicəvi turizm sahəsində, Krasnodar vilayəti ilə “İter Vitis” şərab marşrutu üzrə şərab və qastronomik turlar, Tatarıstan Respublikası ilə tarixi və mədəni irs, Astraxan vilayəti ilə Xəzər dənizində kruiz marşrutlarının yaradılması istiqamətində keçirilməsi planlaşdırılır.
 
Məlumat üçün bildirək ki, 2021-ci ilin sentyabrında Azərbaycana səfər edən Rusiya vətəndaşlarının sayı 18967 nəfər təşkil edib ki, bu da 2020-ci ilin sentyabrı ilə müqayisədə 165 faiz artım deməkdir.

1-11-2021, 10:51 251

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106