Sumqayıt Bələdiyyəsi ilk yarımillik fəaliyyətinin hesabatını açıqlayıb

YAP Sumqayıt şəhər təşkilatının inzibati binasında Sumqayıt Bələdiyyəsinin 2026-cı ilin birinci yarısı üzrə fəaliyyətinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Sumqayit.tv xəbər verir ki, bələdiyyə sədri Adil Xudadatov hesabat dövründə 18 iclasın keçirildiyini, bu iclaslarda 761 məsələnin müzakirə olunduğunu bildirib. Onun sözlərinə görə, 1085 vətəndaş qəbul edilib, daxil olan müraciətlər qanunvericiliyə uyğun araşdırılıb, şəhid ailələri və qazilərlə mütəmadi görüşlər keçirilib.

Məlumata əsasən, ilin ilk altı ayında Yaşıldərə Yeni Yaşayış massivində "Bələdiyyə parkı" istifadəyə verilib, Sumqayıt Bulvarında yeni inzibati bina alınıb. Şəhərin müxtəlif ərazilərində yolların təmiri, asfaltlanması, küçələrin işıqlandırılması, yaşıllaşdırma işləri, məhəccərlərin quraşdırılması və digər abadlıq layihələri həyata keçirilib.

Bununla yanaşı, Yeni Yaşayış massivində dəmir yolu üzərində beton panelli keçid körpüsü və 250 metrlik kanalizasiya xətti inşa edilib. Hesabat dövründə məhəllə komitələri tərəfindən də müxtəlif infrastruktur layihələri icra olunub, küçə ticarətinə qarşı reydlər və ictimai nəqliyyatda maarifləndirici tədbirlər keçirilib.

Yığıncaqda bələdiyyə sədrinin müavinləri də fəaliyyət istiqamətləri üzrə hesabat təqdim edib. Sonda bir qrup bələdiyyə əməkdaşı Fəxri Fərmanla təltif olunub.


13-07-2026, 13:32 61

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106