Azərbaycanda 6 ayda 5,5 tona yaxın narkotik dövriyyədən çıxarıldı

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində 5 ton 497 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Sumqayit.tv xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının 2026-cı ilin ilk yarısının yekunlarına dair hesabatında bildirilib.

Məlumata əsasən, hesabat dövründə hüquq-mühafizə orqanları tərəfindən 4 434 cinayət faktı aşkarlanıb. Onlardan 1 091-i narkotik vasitələrin qanunsuz satışı, 3 266-sı qanunsuz əldə etmə və saxlama, 75-i narkotik tərkibli bitkilərin qanunsuz əkilməsi, 2-si isə digər narkotik cinayətləri ilə bağlı olub.

Əməliyyatlar zamanı 4 ton 698 kq marixuana, 236 kq heroin, 104 kq tiryək, 240 kq həşiş, 124 kq digər narkotik vasitə və 91 kq psixotrop maddə, həmçinin 24 437 ədəd metadon həbi, 9 444 ədəd çətənə bitkisi və 29 ədəd psixotrop həb götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin ümumi bazar dəyərinin 166 milyon manat olduğu qeyd edilib.

Hesabat dövründə narkotiklərlə bağlı cinayət məsuliyyətinə 2 848 nəfər cəlb olunub. Onlardan 2 766-sı kişi, 82-si qadın, 30-u isə xarici ölkə vətəndaşıdır.

Bundan başqa, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 90 fakt aşkarlanıb və həmin əməliyyatlar zamanı 1 ton 344 kiloqramdan çox narkotik vasitə və 20 930 ədəd metadon həbi müsadirə olunub.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə ölkədə fəaliyyət göstərən üç məntəqədə, o cümlədən Sumqayıt Narkoloji Mərkəzində 119 nəfər, ümumilikdə isə 677 pasiyent müalicə alır.


13-07-2026, 15:38 55

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106