Xəzər icra başçısı Elşən Salahovun etinasızlığı ilə üzləşən şəhid atası Prezidentdən kömək istəyir

 
Şəhid atasından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya açıq müraciət
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!
Mən Vətən müharibəsi şəhidi Ceyhun Səfərovun atası Akif Səfərovam.
Oğlum Vətən uğrunda canını fəda etdi. Dövlətimiz onun qəhrəmanlığını yüksək qiymətləndirərək "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif etdi. Bir ata üçün övlad itkisini heç nə əvəz edə bilməz. Amma Sizlərin şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı hər zaman bizə təsəlli verib, dövlətimizin şəhid ailələrinin yanında olduğunu hiss etdirib.
Məhz buna görə bu gün ümidimi yenidən Sizə bağlayaraq müraciət edirəm.
Dövlət Məşğulluq Agentliyi tərəfindən mənə öz zəhmətimlə dolanışığımı təmin etməyim üçün təkər təmiri sexi yaratmaq məqsədilə avadanlıqlar verilib. Xeyirxah insanların köməyi ilə Binə qəsəbəsində kiçik torpaq sahəsi də ayrılıb. Lakin həmin avadanlıqlardan istifadə edə bilməyim üçün lazım olan tikintiyə icazə ala bilmirəm.
Dəfələrlə Xəzər Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Dəfələrlə mənə gözləməyi, problemin həll olunacağını bildiriblər. Ancaq sonradan müxtəlif bəhanələrlə müraciətlərim nəticəsiz qalıb.
Mən bu məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun da qəbulunda olmuşam. Təəssüf ki, müraciətlərimə biganə münasibət göstərildiyini düşünürəm. Mənə kömək edilməyəcəyi bildirildi. Hətta yaşadığım ağır vəziyyətin məni çıxılmaz həddə çatdırdığını söylədikdə belə, bunun mənim şəxsi problemim olduğu ifadə edildi. Bu münasibət mənim üçün çox ağır oldu.
Cənab Prezident!
Mehriban xanım!
Siz hər zaman çıxışlarınızda şəhid ailələrinin dövlətin ən böyük mənəvi dayağı olduğunu, onların qayğılarının daim diqqət mərkəzində saxlanıldığını bəyan etmisiniz. Mən də inanıram ki, dövlətimizin siyasəti məhz budur. Buna görə də yaşadığım problemin araşdırılmasını və müraciətimə obyektiv baxılmasını Sizdən xahiş edirəm.
Mən heç kimdən xüsusi imtiyaz istəmirəm. Sadəcə dövlətin mənə verdiyi avadanlıqlardan istifadə edib halal zəhmətimlə dolanmaq, ailəmi dolandırmaq istəyirəm. Mənim yeganə arzum oğlumun adına layiq yaşamaq və onun Vətən uğrunda verdiyi canın müqəddəs xatirəsini qürurla yaşatmaqdır.
Ümid edirəm ki, müraciətim diqqətinizdən kənarda qalmayacaq və aidiyyəti qurumlara məsələnin araşdırılması üçün müvafiq tapşırıqlar veriləcək.
Hörmətlə,
Akif Səfərov
Vətən müharibəsi şəhidi Ceyhun Səfərovun atası.

 


28-07-2026, 17:52 68

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106