
Ceyranbatan qəsəbəsində bu gün qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Sumqayit.tv xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.
Bildirilib ki, d57 mm-lik qaz xəttində aşkar olunan sızmaların aradan qaldırılması məqsədilə bu gün saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.
Təmir işləri ilə əlaqədar Ceyranbatan qəsəbəsində 1500 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra abonentlərin qaz təchizatı bərpa olunacaq.
7-08-2026, 10:21
54