13-cü mikrorayonda sakinləri narahat edən gecə səs-küyü – VİDEO

 
Sumqayıtın 13-cü mikrorayonunda, 3A/4A ünvanında yerləşən yaşayış binalarının həyətində quraşdırılan yelləncəklərlə bağlı sakinlərdən yeni şikayət daxil olub.

Sumqayit.tv-yə müraciət edən sakinlər bildirirlər ki, xüsusilə gecə saatlarında həyətdə yelləncəklərdən istifadə edən yeniyetmələrin yaratdığı səs-küy ciddi narahatlıq yaradır.

Sakinlərdən birinin sözlərinə görə, bəzi günlərdə başqa məhəllələrdən gələn yeniyetmələr və ətraf binalarda çalışan şəxslər gecə saat 00:00-dan 04:00-a qədər həyətdə oturaraq yüksək səslə danışır, qışqırır və zarafatlaşırlar.

Şikayətçi bildirir ki, evdə azyaşlı övladı və yaşlı atası var. Gecə saatlarında yaranan səs-küy səbəbindən ailə üzvlərinin rahat istirahət etməsi çətinləşib.

Sakin iddia edir ki, həyətdə yaranan narazılıqlar zamanı qonşular tərəfindən yeniyetmələrə irad bildirilsə də, bəzi hallarda bu, vəziyyəti daha da gərginləşdirib. Onun sözlərinə görə, uşaqlar iradlara məhəl qoymayaraq qışqırmağa və gülməyə davam ediblər.

Müraciətdə daha bir narahatedici hadisədən də bəhs olunur. Bildirilir ki, bir neçə yeniyetmə iti yelləncəyə mindirib və heyvanı yüksək sürətlə yellədikdən sonra onun ayağı yelləncəyə ilişib. Sakinlərin sözlərinə görə, itin uzun müddət uluması həyətdə yaşayan insanların təşvişinə səbəb olub və hadisə qonşuların da həyətə çıxmasına gətirib.

Sakin qeyd edir ki, ailələr uşaqların həyətdə təhlükəsiz şəkildə oynaması üçün yelləncəklərin quraşdırılmasına seviniblər. Lakin gecə saatlarında yaranan səs-küy və digər xoşagəlməz hallar səbəbindən hazırda həmin qurğuların istifadəsi ilə bağlı narahatlıq yaranıb.

Xatırladaq ki, 13-cü mikrorayon, 3A/4A ünvanında yelləncəklərlə bağlı problem daha əvvəl də Sumqayit.tv tərəfindən işıqlandırılıb. Həmin vaxt sakinlərdən birinin yelləncəkləri qıfıllaması məsələsi gündəmə gəlmişdi. Məsələ ictimailəşdirildikdən sonra isə problem ətrafında müzakirələr aparılmışdı.

Hazırda isə sakinlər bildirirlər ki, məsələ başqa formada yenidən gündəmə gəlib: problem artıq yelləncəklərin bağlanması ilə deyil, onlardan gecə saatlarında istifadə nəticəsində yaranan səs-küylə bağlıdır.

Sakinlər aidiyyəti qurumlardan yaşayış məhəlləsində gecə saatlarında asayişin və sakitliyin təmin olunmasını, uşaq meydançasından istifadə qaydalarına nəzarətin gücləndirilməsini istəyirlər.

Onlar hesab edirlər ki, uşaq meydançaları ilk növbədə uşaqların istifadəsi üçün nəzərdə tutulmalı, eyni zamanda ətraf binalarda yaşayan insanların gecə istirahəti də nəzərə alınmalıdır.

Sumqayit.tv məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyini öyrənməyə hazırdır.


17-08-2026, 11:20 59

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106