Bakı–Sumqayıt taksiləri ilə bağlı qayda sərnişinləri narazı salır

Bakı–Sumqayıt marşrutu üzrə taksi fəaliyyəti ilə bağlı mövcud qaydalar sərnişin və sürücülər üçün müəyyən çətinliklər yaradır.

Sumqayit.tv  xəbər verir ki,qaydalara əsasən, bir şəhər üzrə verilmiş buraxılış kartı ilə digər şəhərdə sərnişin götürmək mümkün deyil. Bu səbəbdən Bakıdan Sumqayıta sərnişin gətirən bəzi taksilər geri qayıdarkən boş qalır. Nəticədə sürücülər əlavə yanacaq və vaxt itkisi ilə üzləşir, sərnişinlər isə xüsusilə gecə saatlarında və gediş-gəlişin intensiv olduğu vaxtlarda taksi tapmaqda çətinlik çəkə bilirlər.

Nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, problemin həlli zamanı səfərin qiyməti və sürücünün geri dönüşlə bağlı xərcləri nəzərə alınmalıdır.

Digər nəqliyyat eksperti Yasin Mustafayev isə qeyd edib ki, qaydaların əsas məqsədlərindən biri Bakıda taksi sayını və tıxacları azaltmaq, insanları ictimai nəqliyyata yönləndirməkdir.

Ekspertin sözlərinə görə, ətraf rayonlardan və Sumqayıtdan qeydiyyatdan keçmiş taksilərin Bakıda fəaliyyətinə geniş icazə verilməsi şəhərdə nəqliyyat sıxlığının artmasına səbəb ola bilər.

Hazırkı qaydaların Bakı–Sumqayıt istiqamətində sərnişindaşımanın rahatlığına necə təsir edəcəyi və gələcəkdə bu sahədə hər hansı dəyişiklik ediləcəyi isə diqqət mərkəzindədir.


18-08-2026, 12:49 224

Digər xəbərlər

Sumqayıt-Bakı marşrutlarında yeni sistem tətbiq olunur – 500 və 503 də qoşuldu

Abşeron-Xızı regionu üzrə 42 məzun qızıl və gümüş nişana namizəd göstərilib

İlham Əliyev BMT-nin Azərbaycandakı yeni rezident əlaqələndiricisini qəbul edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtda 38 yaşlı kişi dayanacaqda qəfil vəfat edib

Sumqayıtlı basketbolçu ABŞ universitetindən 100 faiz təqaüd qazandı

Həkimlərin əməkhaqqı artırılır – yeni məbləğlər AÇIQLANDI

Regionlarda çalışan həkimlərin bonus ödənişləri artırılacaq

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda fərdi yaşayış evində yanğın baş verdi – oğlu saxlanıldı

Laçın Yaddaşı: Kalafalı Kəndinin Tarixi Bayatı İrsi - 1987-1988-ci illərin səs salnaməsi (VİDEO)

Şəhriyar Məmmədyarov dünya reytinqində mövqeyini qorudu

Deputat Elnarə Akimova İlham Əliyevlə Pezeşkianın görüşündən yazdı: Bir stəkan su ilə dünyaya diplomatiya dərsi...

Vilayət Eyvazov Sumqayıtda 585 vətəndaşı qəbul etdi-FOTO/VİDEO

Sumqayıtda avtomobil qadını vuraraq öldürdü

Sumqayıtda 45 yaşlı kişi kimyəvi məhluldan zəhərlənərək öldü

Şabranda ölümlə nəticələnən qəzaya görə “pravasız” traktor sürücüsü həbs edildi

İrec İsmayıl: Dil xalqın tarixinin, dünyagörüşünün və mədəni yaddaşının qorunmasının ən mühüm vasitələrindən biridir MÜSAHİBƏ

Sumqayıt filialının sabiq direktoru ile bağlı məhkəmə işinde YENİ DETALLAR

Köçəryan həbsxanadan mesaj göndərdi – “Yavaş-yavaş türk dilini öyrənin”

1 2 3 4 5 6 7 8 9 10 ... 1106
2-09-2026, 18:38
2-09-2026, 15:03
2-09-2026, 14:53
2-09-2026, 14:52
2-09-2026, 13:04
2-09-2026, 12:57
2-09-2026, 12:17
2-09-2026, 12:15
2-09-2026, 11:58
2-09-2026, 01:25
1-09-2026, 18:25
1-09-2026, 16:36
1-09-2026, 15:44
1-09-2026, 15:32
1-09-2026, 13:44
1-09-2026, 12:03
1-09-2026, 11:59
1-09-2026, 10:46
1-09-2026, 10:41
1-09-2026, 10:36
1-09-2026, 10:26
1-09-2026, 10:10
1-09-2026, 09:00
1-09-2026, 05:00
31-08-2026, 23:59
31-08-2026, 22:51
31-08-2026, 20:47
31-08-2026, 19:14
31-08-2026, 16:52
31-08-2026, 16:09
31-08-2026, 13:17
31-08-2026, 12:30
31-08-2026, 12:06
31-08-2026, 11:44
31-08-2026, 11:35
31-08-2026, 10:44
30-08-2026, 19:20
30-08-2026, 17:13
30-08-2026, 15:53
30-08-2026, 12:26
1 2 3 4 5 6 7 8 9 10 ... 1106