
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıtda vətəndaşları qəbul edəcək.
Sumqayıt.tv xəbər verir ki, nazir şəhərdə növbəti vətəndaş qəbulunu keçirəcək, həmçinin polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışını təşkil edəcək.
Qəbula yazılmaq istəyən Sumqayıt sakinləri avqustun 31-dək yaşadıqları ərazi üzrə polis orqanına, DİN-in “E-Polis” mobil tətbiqinə, e-xidmet.mia.gov.az elektron xidmət portalına və Nazirliyin sosial şəbəkə səhifələrinə müraciət edə bilərlər.
Polis orqanlarında və Daxili Qoşunlarda xidmət etmək istəyən namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da DİN Daxili Qoşunlarının Sumqayıtda yerləşən hərbi hissəsində keçiriləcək.
Qəbula və sıra baxışına gələn şəxslərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
24-08-2026, 16:10
41